FutbolMedia.Az
  • 18:56 Cümə
    27 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tərlan Quliyev:

Tərlan Quliyev: "Ölkə kubokunda uğur qazanmaq istəyirik"

"Turan Tovuz" klubunun aparıcı futbolçularından olan Tərlan Quliyevin Futbolmedia.Az saytına müsahibəsi.

Tərlan premyer liqanın daha bir turunda evdə qalib gələ bilmədiniz. Çətin oyun olacağı gözlənilirdi. Lakin “Turan Tovuzu”un qələbəsini çoxları gözləyirdi. Ancaq evdə 2 xal itirdiniz. Matç haqqında təsüratların?

Matçın gərgin keçəcəyini əvvəlcədən yaxşı bilirdik. Çünki “Şamaxı” klubu da, bizimlə oyuna ölüm-dirim savaşına çıxacaqdı. Turnir cədvəlindəki mövqeləri onları buna sövq edirdi. Buna görə də, rəqib Tovuza nəyin bahasına olursa-olsun, xal qazanmaq üçün gələcəkdi. Lakin biz də, bu oyunda mütləq qalib gəlmək istəyirdik. Çünki bizim də,qləbəyə çox böyük ehtiyacımız vardı. Neçə tur idi ki, qalibiyyət üzü görmürdük. Elə ilk qolu da, biz vurduq. Çox təəssüflər olsun ki, heç nədən qapımlzda qol gördük. Bəlkə də, rəqib futbolçu Fuad həmin mövqedən 100 dəfə də, topu qapımıza tərəf qaldırsaydı, qapımızdan keçməzdi. Lakin qismət belə imiş.

Bəs konkret bu oyunda qalib gələ bilməməyinizi nə ilə əlaqələndirərdin. Yəni səbəb nə oldu?bəlkə komandanızda bir qədər ruh düşgünlüyü yaranıb?

Deməzdim ki, komanda taməmən ruhdan düşüb. Ümumiyyətlə, ruh düşgünlüyü olması üçün tutarlı səbəblər olmalıdır. Hazırda klubumuzda elə bir səbəbə yoxdur. Ola bilər hansısa futbolçularımızda bir qədər yorğunçuluq olsun. Və ya, oyuna hazır olmaya bilərlər. Ruh düşgünlükdən söhbət belə gedə bilməz. Sadəcə, əlimizə düşən real qol imkanlarını dəyərləndirə bilmədik. Bundan başqa qapımıza girən qolda, bəxtsizliklə üzləşdik.

Tərlan Quliyev:


Tərlan sən neçə turdu meydana çıxmırsan. Bildiyimizə görə, komandanın əsas fiqur oyunçularındansan. Bunun səbəbi nədir?

Hazırda elə bir dönəmdəyik,elə bir gərginlikdəyik ki, bu cür hallar olur. Kimin oynayıb-oynamaması vacib deyil. Əsas məsələ, komandamızın nəticə qazanmasıdır. Bilirsiniz ki, bir müddət öncə iki turda xəstəliklə əlaqədar meydana çıxa bilmirdim. Lakin hazırda hər şey mənimlə bağlı əladır. Növbəti oyuna tam hazıram. Baş məşqçinin verəcəyi qərarı gözləyirəm. Nə vaxt meydana buraxarsa, canla –başla komandamın uğuru üçün vuruşacam.

Mövsümün sonuna qədər “Turan Tovuz” daha yaxşı nəticə qazana bilərmi. Məsələn, kubokda uğur qazanmasını nəzərdə tuturam?

Əlbəttə ki, buna görə çalışırıq. Niyədə, olmasın axı. Lakin çox çətin bir qrafik bizi gözləyir. Gəncə klubu ilə oyunumuz var. Bu aralarda “Sabah”la qarşılaşacağıq. Bundan başqa ölkə kubokunda çox ağır oyunumuz var. Lakin buna baxmayaraq, mövsümün sonuna qədər turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq. Ən əsası da, kubokda da, uğur qazanmaq istəyirik.

Bildiyimizə görə, mövsümün sonunda “Turan Tovuz”la müqavilənin müddəti başa çatır. Mətbuatda gedən xəbərlərə görə, biri iddialı olmaqla 3 klub səninlə maraqlanır. Bununla bağlı nə deyərdin?

Mən də, mətbuatdan oxumuşam. Əslində, bir futbolçuya mövsüm ərzində yaxşı performans göstərən, daha çox əsas heyətdə yaxşı oyun sərgiləyən futbolçuya təkliflərin gəlməsi normaldı. Şifahi təkliflər var. Lakin hazırda bütün diqqətimi “Turan Tovuz”a yönəltmişəm. Çünki başqa bir şey haqqında fikirləşməyə belə vaxtımız yoxdur. Çox çətin qarşılaşmalar qarşıdan gəlir. Bu barədə may ayının ortası və ya, sonunda qərar verəcəm. "

10-04-2023, 16:04
15273
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
1-04-2023, 15:24
Tərlan Quliyev:
Tərlan Quliyev: “Şamaxı” ilə oyun, “Sumqayıt”la qarşılaşmadan da, çətin keçəcək
13-03-2023, 19:41
Rövşən Şahmuradov:
Rövşən Şahmuradov: "Bir neçə klubun mənimlə maraqlandığını mətbuatdan oxudum"
13-03-2023, 15:14
Tərlan Quliyev:
Tərlan Quliyev: "Artıq komanda ilə məşqlərə başlamışam"
7-03-2023, 19:01
Tərlan Quliyev:
Tərlan Quliyev: “Neftçi” ilə oyunda da, meydana xal qazanmaq üçün çıxacağıq"
19-01-2023, 13:54
Tərlan Quliyev:
Tərlan Quliyev: "Çempionatda yaxşı oynayan futbolçulara təkliflər olacaq"
1-11-2022, 15:56
Tərlan Quliyev:
Tərlan Quliyev: "Əlimizə düşən fürsətdən maksimum yararalandıq"
24-10-2022, 15:59
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qol vurduqdan sonra sanki nəsə baş verir"
17-10-2022, 09:43
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin keçəcək"
9-10-2022, 15:02
Tərlan Quliyev:
Tərlan Quliyev: "Hətta "Neftçi"ni məğlub da, edə bilərdik"
3-10-2022, 19:26
Tərlan Quliyev:
Tərlan Quliyev: "Neftçi" ilə oyundan xalla ayrılmaq istəyirik"
19-09-2022, 16:21
Tərlan Quliyev:
Tərlan Quliyev: "Zirə" bizimlə oyuna final kimi baxır"
27-08-2022, 15:06
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sumqayıt"la oyunda qələbə də, qazana bilərdik"
  Xəbər Lenti
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq 27.11.2026, 17:02
Türkiyə millisinin müdafiəçisi Fransa klubuna keçir 27.11.2026, 16:10
"Qarabağ" "Barselona"da oynamış forvardla maraqlanır 27.11.2026, 15:07
UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib 27.11.2026, 14:03
"İmişli" "Şəfa"ya, "Neftçi" "Zirə"yə qarşı - YENİLƏNİR 27.11.2026, 13:09
Azərbaycanlı futbolçu Konfrans Liqasında oyuna çıxdı 27.11.2026, 12:08
“Roma” ispan müdafiəçini heyətdə saxlayacaq - Yeni müqavilə 27.11.2026, 11:35
Savinyo zədələnməsi İngiltərə klubunu çətinə saldı - Xarici xəbərlər 27.11.2026, 11:02
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avropa Liqası 27.11.2026, 10:10
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb