FutbolMedia.Az
  • 14:33 Cümə
    10 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tərlan Əhmədov:

Tərlan Əhmədov: "Türkiyə təlim -məşq toplanışından razı qaldım"

"Kəpəz" klubunun baş məşqçisi Tərlan Əhmədovun Futbolmedia.Az saytına müsahibəsi.

Tərlan müəllim ilk dəfə idi ki, “Kəpəz”lə Türkiyə təlim –məşq toplanışına yollanmışdınız. Ümumi götürəndə Türkiyə toplanışından razı qaldınızmı?

Bəli ilk dəfə idi ki, “Kəpəz”lə Türkiyə toplanışında oldum. Belə deyək ki, yeni komandamla, fərqli toplanış keçirdik. Qardaş bir dövlətdə hazırlıq prosesi keçmək, komandanı sıfırdan hazırlamaq mənim üçün xoş oldu. Bu da, bir tarixdir. Düşünürdük ki, komandanı fasilədən istifadə edərək, komandanın çatışmayan cəhədlərini aradan götürək. Onlar üzərində çox çalışdq. Yeni transferlərin komandaya uyğunlaşması, futbolçuların xətlər-arası əlaqəni daha yaxşı bərpa etmək üçün müəyyən işlər gördük. Bu cür toplanışlar komandaya çox faydalıdır. Səfərdə keçirdiyimiz bir neçə yoxlama görşlərimiz oldu. Hə biri ayrı bir dövlətin komandası oldu. Bütün bunlardan sizin xəbəriniz var. Hər bir klub həm mintalitet, həm də. Futbol baxımından fərqlidirlər. Məhz bu klublarla oyunlarda komandamız inkişaf edir. Oyun təcrübəsi üçün çox faydalıdır. Gəncə klubunun heyətindəki gənc futbolçulara çox faydalı oldu. Yəni əla bir təcrübə qazandılar. Serbiya klubu fərqli bir oyun, futbol nümaiş etdirdi. Çox aqressiv, sürətli bir oyun üslubları vardı. Bir sözlə, bizim üçün bu toplanışda istəklərimizi həyata keçirtdik. Hər şey praqram üzrə oldu. Mən bir baş məşqçi kimi razı qaldım. Düzdü, müəyyən mənada bir neçə futbolçuların xəstələnməsi, qrip epidemiyasına yoluxması, müəyyən problemlər yaratdı. Lakin ümumi götürəndə, kollektivin mehriban olması, oyun təcrübəsi qazanmsı, fiziki durumun yüksəlməsi üçün əla bir fürsət oldu.

Türkiyədəki keçirdiyiniz yoxlama oyunlarda qələblər qazandınız. Bu nəticələri, oyunu necə dəyərləndirərdiniz?

Bu oyunlar yoxlama görüşləridir. Yəni, nəticələr O qədər də, əhəmiyyət kəsb etmir. Lakin futbolçuların psixoloji durumlarının yüksəlməsi, özlərinə inamlarının artması üçün qalib gəlmək çox vacibdir. Mən bütün yetirmələrimə bildirmişdim ki, hərbir oyuna mütləq qalibiyyət üçün çıxırıq. Yəni bizim üçün bütün oyunlar professional komanda olaraq çox vacibdir. Həmçinin futbolçularda bir özümə inam yaratmağa çalışırıq. Hər bir oyuna məhsuliyyətlə yanaşmalarını tələb edirik. Bir peşəkar futbolçu üçün bu amillər çox vacibdir. Məhz bu üzdən çox oyunlarda qalibiyyətlər qazandıq. Mən bir baş məşqçi kimi də, hər zaman qalibiyyət ruhunu üstün tuturam. Əslində, mən də, komandamın belə qalibiyyətləri, heç –heçələrini düzünü deyim ki, gözləmirdim. Lakin mənim üçün tam olaraq nəticə çox da, önəmli deyil. Əsas məslə, futbolçuların fiziki hazırlığı, oyun praktikasının qazanılması, xətlərarası əlaqənin inkişaf etməsi, futbolçuların yaxşı formaya düşməsi, psixoloji durumun yüksəlməsi və sair önəmlidir. Ümumi götürəndə belə nəticələr mənim üçün gözlənilməz oldu.

Yeni transferlər də, sizinlə birgə Türkiyə toplanışında iştirak etdi. Tərlan müəllim bir baş məşqçi olaraq onların hazırki durumu sizi qane etdimi?

İki futbolçu bizə birbaşa Türkiyədə qoşuldu. Digərləri isə bizimlə Bakıda məşqlərə qoşulmuşdu. Həm Abdulla, Junior, Azərbaycanda bizimlə birgə məşqlər edirdi. Bu dörd futbolçunun durumu məni qane edir. İdris, Abdulla, Junior, Mario bu futbolçuların performansları məni qane edir. Bir müddət hazırlıqlardan sonra onların da, optimal fiziki hazırlıqlarının bərpa ediləcəyini düşünürəm. Düşünürəm ki, bu futbolçular komandamıza daha tez uyğunlaşacaq. Mustakis hazır olmasa belə Türkiyə toplanışında müəyyən çatışmamazlıqları aradan qaldırdıq.Lakin hələ ki, komandaya uyğunlaşmaq, oyun praktikasında axsamalar var. Uzun müddət məşqsiz qaldığı üçün bu problemlə üzləşdik. Əlimizdən gələni edirik ki, onu optimal formaya qaytaraq. Bunun üzərində çox ciddi iş görürük.

Bir neçə gündən sonra fasilədən sonra çempionat davam edəcək. Komandanızı bu vaxta qədər hazır olacaqmı?

Fasilədən sonra bütün klublar çempionat oyunlarına tam hazır ola bilmirlər. Yəni bir nçə turdan sonra komanda oturuşur. Yəni yoxlama oyunları başqa, vacib qarşılaşmalar başqadır. Bu oyunlara yanaşma və motivatsiya tam başqa olur. Çempionatda yaranan fasilə istər-istəməz klubların oyunlarına, futbolçuların fiziki durumuna, oyun praktikası baxımından təsir edir. Düşünürəm ki, çempionat ərzində oyundan –oyuna istədiyimiz səviyyəyə çatdırmaq olar. Ancaq yoxlama oyunları göstərdi ki, komandam pis durumda deyil. İnşəallah hansısa fors-major hadisələr baş verməsə,komandamız gözəl oyunu ilə “Kəpəz” sevərləri sevindirəcək. Ən əsası onu da, deyim ki, komanda yüz faiz hazır deyil. Fikrimcə, bu az müddətdə heç bir klub 100 faiz hazır ola bilmir. Çünki hazırlıq üçün zaman çox azdır. Lakin əlimizdən gələni edəcəyik. Unutmayaq ki, bizi qarşıda ağır, çətin və uzun bir marafon gözləyir.

Heyətdə və sistemdə dəyişikliklər gözlənilirmi?

Əlbəttə ki, heyətdə dəyişikliklər olacaq. Yeni transferləri nəzərə alaraq deyirəm. Bundan başqa bilirsiniz ki, bizim bir neçə futbolçumuz cəzalı durumda olduğu üçün ayın 24-də komandaya kömək edə bilməyəcək. Buna görə də, dəyişikliklər mütləqdir. Sistemə gəldikdə isə hə oyunda bizim fərqli –fərqli taktika ilə yanaşırıq. Çünki hər bir rəqibə qarşı fərqli oyun sistemi, taktika ilə oynayırıq. Lakin bu barədə çox söz deyə bilmərəm. Çünki bu hər bir məşqçinin, komandanın özünə məxsus sirridir.

22-01-2023, 09:38
21029
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
20-01-2023, 13:39
Tural Axundov:
Tural Axundov: "Türkiyə toplanışı çox yaxşı keçdi"
19-01-2023, 13:54
Tərlan Quliyev:
Tərlan Quliyev: "Çempionatda yaxşı oynayan futbolçulara təkliflər olacaq"
15-01-2023, 09:32
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Qarşımıza məqsəd kimi Premyer Liqada qalmaq qoyulub"
4-01-2023, 16:42
Tərlan Quliyev:
Tərlan Quliyev: "Turan Tovuzun" fasiləyə qədərçıxışını uğurlu saymaq olar"
5-01-2023, 12:07
Tural Axundov:
Tural Axundov: "inanıram ki, fasilədən sonra daha güclü olacağıq" "inanıram ki, fasilədən sonra daha güclü olacağıq"
24-10-2022, 15:59
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qol vurduqdan sonra sanki nəsə baş verir"
6-08-2022, 15:22
Tural Axundov:
Tural Axundov: "Zirə" ilə oyunda məğlubiyyətə layiq deyildik"
2-08-2022, 11:52
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qəbələ" ilə oyun gərgin keçəcək"
1-08-2022, 07:07
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Qarabağ"la oyun çox çətin olacaq"
28-01-2022, 14:31
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin olacaq"
11-01-2022, 08:17
Tural Axundov:
Tural Axundov: "Fasilənin sonuna qədər tam optimal formada olacam"
15-11-2021, 12:18
Millimizin məşqçisi Arif Əsədov:
Millimizin məşqçisi Arif Əsədov: "Onda gərək Çin və Hindistan futbolda lider ölkələr olsunlar"
  Xəbər Lenti
FİFA Argentina yığmasını cəzalandıracaqmı? - Xarici xəbərlər 10.07.2026, 14:03
Modriç yığma karyerasını bitirir? - Xarici xəbərlər 10.07.2026, 13:10
“Kəpəz” daha bir legionerini göndərdi - Rəsmi 10.07.2026, 12:07
Braziliya millisinin sabiq futbolçusu Felipe Melo: “Messi indiyə qədər gördüyüm ən böyük futbolçudur” 10.07.2026, 11:25
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri 10.07.2026, 11:08
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər 10.07.2026, 10:11
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO 10.07.2026, 09:20
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı - Nəticələr 10.07.2026, 09:09
"Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) - 3:0 - VİDEO 10.07.2026, 08:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Bu gün, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
Bu gün, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
Bu gün, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
Dünən, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
10-06-2026, 14:36
Bu legionerlər legioner
Bu legionerlər legioner "Karvan-Yevlax"dan ayrıldı
10-06-2026, 18:03
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək -
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək - Transfer xəbərləri
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb