FutbolMedia.Az
  • 10:15 Cümə axşamı
    26 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tərlan Əhmədov:

Tərlan Əhmədov: "Qarşımıza məqsəd kimi Premyer Liqada qalmaq qoyulub"

"Bu gün hər şey qaydasındadır. Artıq zədəlilərimiz də qayıdıb, yeni futbolçular da komandaya cəlb olunurlar. 2 gün əvvəl hücumçumuz axtarışda idi. O hücumçu da artıq bizə qoşulub. Hər halda növbəti yoxlama matçında onu meydanda görəcəyik. Artıq müqavilənin şərtlərində razılaşmışıq. Ümumilikdə hər şey normaldır, hazırlığımız gedir. Antalyaya gəlməzdən əvvəl necə plan qurmuşduqsa, işimiz elə o plan üzrə davam edir".

Futbolmedia.az "Kəpəz"in sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov deyib. O, Türkiyədəki təlim-məşq toplanışları barədə danışıb. Antalyadakı ilk yoxlama matçında Macarıstanın 2-ci liqa təmsilçisi "MTK Budapeşt"ə qalib gələn (1:0) komandanın çalışdırıcısı hər şeyin öz axarında getdiyini bildirib:

"Artıq ilk yoxlama matçımızı keçirdik Qarşıda 2 yoxlama oyunu qalıb. 1 həftəlik yükləmədən sonra bəzi nüanslar var ki, bugünkü oyunda məni sevindirdi. Amma bəzi şeylər də var ki, hələ də mənim üçün həyəcan təbili çalır. Lakin ümumilikdə işimiz normal, öz qaydasında gedir".

T.Əhmədov qeyd edib ki, mövsümün ilk hissəsində buraxdıqları səhvləri təkrarlamamaq üçün çox çalışırlar: "Mövsüm ərzində buraxdığımız qollar var idi. Qalib gəldiyimiz oyunlar olurdu ki, son dəqiqələrdə konsentrasiyanı, topa nəzarəti itirirdik. Biz artıq burada belə şeylərin üzərində çox çalışırıq. Nəzəri məşqlərdə də bunun üçün işləyirik. Bilirsiniz ki, 2 yerli futbolçu transfer etmişik: Abdulla Rzayev və İdris İnqilablı. Yeni gələn Junior da braziliyalı yaxşı hücumçudur. Onların komandaya uyğunlaşması məsələləri var idi. Biz çalışırdıq ki, ümumiyyətlə,komanda komplektləşsin. Çempionatda xallarımız bəlkə də 20-dən çox olmalı idi. Buraxdığımız səhvlərə görə olmadı. Biz də bunun üzərində işləyirik ki, çempionatın 2-ci hissəsində həmin səhvlər baş verməsin.

Mütəxəssis yeni transferləri barədə də danışıb. O, yeni futbolçuların komandaya tədricən uyğunlaşmağa başladığını deyib: "Mən çox vaxt baxışa futbolçu çağırmıram. Çünki bu, həm zaman itkisidir, həm də futbolçu bəzən peşəkar cəhətdən deyir ki, oyunda zədə ala bilərəm. Ona görə də biz futbolçunu uzun müddət seçirik, son oyunlrına baxırıq. Ona görə də bizdə baxışda futbolçu yoxdur. Gələnlərin hamısı da müqavilə şərtləri ilə gələn oyunçulardır. Abdulla Rzayev U-21 millimizin əsas üzvüdür. İdris İnqilablı da artıq peşəkar futbolda bir balaca öz sözünü demiş futbolçudur. Junior braziliyalıdır. Hər halda bizə uyğundur. Uzun müddət izləmişik. Məndən əvvəl o, yayda bu komandada baxışda olub. Sadəcə hansısa problem yaranıb, gedib. Bu gün isə gəlib. O, bizi qane edir. Digər yeni transfer Salif Sissedir. Seneqal əsilli fransa vətəndaşıdır. Salifdən başqa bütün yeni futbolçuların komandaya uyğunlaşması normal gedir. Salif 2 gündür ki. gəlib. Onun üçün uyğunlaşma prosesi hələ bir az çətindir".

T.Əhmədov vurğulayıb ki, "Kəpəz"in daim hücum futbolu oynamasını istəyir: "Artıq hamı mənim iş fəlsəfəmi bilir. Ümumiyyətlə, müdafiədə futbol oynamağı sevmirəm. Həmişə çalışmışam ki, komanda hücum futbolu oynasın, hətta qol vurmasa belə, məğlub olmağı bacarsın. Çünki bu halda futbolçu, məşqçi inkişaf edər. Bizim qarşımıza məqsəd kimi Premyer Liqada qalmaq qoyulub. Mən isə çalışıram ki, komanda yüksək nəticə əldə etsin, 5-ci, 6-cı yerlər uğrunda mübarizə aparsın. Bu yöndə də işimiz ancaq hücum, yaradıcılıq futbolu, mübarizə olmalıdır. Komanda meydana çıxanda ətrafdan baxan ictimaiyyət bilməlidir ki, bu komandada oyun nizam-intizamı, oyun sistemi var. Mən də çalışıram ki, bu gün "Kəpəz"də bu sistem formalaşsın ki, komandanın gələcəyi olsun, yəni, komanda uzun müddət o yol üzrə getsin. Birinci dövrədə bəzən komanda sönük olub, 7 tur məğlubiyyət olub. Mən də çalışıram ki, bunları unutdurub gözəl oyunla qalibiyyətlər əldə edən, qələbə ruhu olan bir komanda formalaşdırım. Bunun üzərində də çalışıram.

15-01-2023, 09:32
18840
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
14-12-2022, 17:15
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Qışda yeni bir komanda formalaşdıracağıq"
9-12-2022, 16:40
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Bizə futbolçu lazımdır"
13-11-2022, 17:35
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "İstədiyim futbolun çox hissəsini meydanda gördüm"
29-10-2022, 18:20
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Komanda yaxşı mübarizə aparır"
22-10-2022, 18:29
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Hərdən düşünürəm ki, bu gedişlə "şəkər" tutacağam"
16-10-2022, 17:37
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "O, mütləq cəzalanacaq"
9-10-2022, 21:54
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Bu məğlubiyyətin səbəbkarı mənəm"
2-10-2022, 21:19
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "6 məğlubiyyətdən sonra komandanı toparlamaq çox çətindir"
9-09-2022, 19:17
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Kaş ki, pis oynayıb qalib gələrdik"
1-08-2022, 11:51
Tural Axundov:
Tural Axundov: "Zirə" ilə oyunda yaxşı nəticə qazanmaq istəyirik"
28-01-2022, 14:31
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin olacaq"
  Xəbər Lenti
“Sabah”ın qapıçısı Pokatilov ÇL-də qurtarış sayına görə birincidir! 26.11.2026, 09:10
"Sabah" - "Barselona" 1:4 - VİDEO 26.11.2026, 08:04
Dambrauskas: “Hiss etdik ki, biz də nəsə bacarırıq” 26.11.2026, 00:20
“Barselona”nın baş məşqçisi Flik “Sabah”la oyundakı qələbədən danışdı 26.11.2026, 00:12
"Qalatasaray"ın hücumçusu əməliyyat olundu - Xarici xəbərlər 25.11.2026, 18:09
"Neftçi"nin futbolçuları üçün seminar keçirildi 25.11.2026, 17:07
"Şəfa" klubunda iclas oldu - Zaur Həşimov idtefaya göndəriləcəkmi? 25.11.2026, 16:15
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər 25.11.2026, 15:23
“Kalyari” “Napoli”nin hücumçusuna göz dikib - Transfer xəbərləri 25.11.2026, 14:05
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb