FutbolMedia.Az
  • 17:33 Çərşənbə axşamı
    8 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Elmar Baxşıyev:

Elmar Baxşıyev: "Mütləq onun yerini dolduracaq futbolçuya ehtiyacımız var"

"Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyevin Futbolmedia.Az saytına müsahibəsi.

Elmar müəllim “Qəbələ”nin hazırki durumu, az büddcəsi ilə gözəl nəticəyə imza atdınız. Çoxları bunu bəlkə də, gözləmirdi. Çünki, sizin avropa liqası yolunda “Sabah” kimi hər tərəfli güclü rəqibiniz vardı. Bəs siz necə bu nəticəyə ümüdlü idiniz?

Sözsüz ki, futbolda büdcə önəmlidir. Lakin biz komandanı formalaşdıranda nə qədər də, büdcəmizin kasadçılığı olsa da, yaxşı nəticə qazanacağımıza ümüdümüz vardı. İnanırdıq ki, bu heyətlə yaxşı nəticəyə nail ola biləcəyik. Şükürlər olsun ki, məqsədimizə çatdıq. Bundan sonrakı üçün çalışmaq lazımdır.

Çempionatın gərigin dönəmində “Qarabağ”, “Neftçi” kimi komandalarla oyunda qapınızda iki oyuna 9 top gördünüz. Məğlubiyyətlər aldınız. “Şamaxı” komandası ilə evdə heç –heçə etdiniz. “Səbail”ə səfərdə böyük hesanla uduzdunuz. Belə deyək ki,bir ara uğursuz çıxışlarınız oldu. Və bir çoxları düşündü ki, “Qəbələ”nin gücü elə bura qədərmiş. Yəni bir inamsızlıq yaranmışdı. Bəs sizdə necə?

Əlbəttə ki, çətin oyunlarımız oldu. Bir neçə oyunda istəmədiyimiz, tam olaraq gözləmədiyimiz,nəticələrlə üzləşdik. Lakin bu futboldur. Belə hallar qaçılmaz olur. Bu məğlubiyyətlərin baş verməsini, yəni həmin problemlərin kökünü bilirdik. Çünki bizim ehtiyyat skamiyamız elə zəngin və geniş deyildi. Ən əsası isə zədəli futbolçularımız çox idi. Bundan başqa kart limitini aşan futbolçularımız da, çoxluq təşkil etdi. Bütün bunlar nəticəyə təsir edirdi. Lakin həmin dönəmlərdə belə komandama, özümüzə,inamım bir anda belə sarsılmadı. Yəni inanırdım ki, yaxşı nəticə qazanacağıq. Zənnim, inamım, istəyimizi doğrultdu.

Elmar Baxşıyev: "Mütləq onun yerini dolduracaq futbolçuya ehtiyacımız var"


Komandanızda dəyişikliyin çox olacağı gözlənilirmi. Həm yerli, həm də, legionerlər baxımından deyirəm?

İlk öncə çalışacağıq ki, komandanın optimal heyətini qoruyub – saxlayaq. Çünki komandamızın kifayyət qədər istedadlı futbolçuları var. Hələ bu hqada tam dəqiq bir söz demək çətindir. Bundan başqa büdcəmiz nəyə imkan verəcəksə, onu edəcəyik. Ancaq dəyişiklik, transferlər mütləqdir. Bundan başqa bizim əsas heyət üzvümüz Urfan Abbasov əməliyyata getdi. Buna görə, çox çətin olacaq. Mütləq onun yerini dolduracaq futbolçuya ehtiyacımız var.

Ümumiyyətlə, göz-altı etdiyiniz legionerlər varmı?

Düzünü deyim ki, bununla bağlı işlərə hələ heç başlamamışıq. Yəni indən sonra bununla bağlı işlərə başlanacaq. Sırf çempionat bitməsini gözləyirik. Bundan sonra hərəkətə keçəcəyik.


Komandanızı tərk edəcək futbolçularınız bir neçəsinin adı hallanır. Məsələn, Murad Musayevin “Sabah”a və ya, “Qarabağ”a keçəcəyini deyirlər. Bu doğru məlumatdır. Yəni “Qəbələ”dən gedəcək. Yoxsa?

Bizim futbolçuların başqa klubların diqqətini çəkməsi normaldır. Yəni çempionat ərzində özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Ancaq mən inanıram ki, nəinki Murad Musayev, həm də, digər futbolçular bizimlə davam edəcəklər.

Elmar Baxşıyev: "Mütləq onun yerini dolduracaq futbolçuya ehtiyacımız var"


Azərbaycan futbolunun ən istedadlı, nəticə verən məşqçilər sırasına siz də qatıldınız. İlk pillədə Qurban Qurbanov durur. Bəlkə də, onun nəticəsi əlçatmazdır. Bu sıralamalarda Samir Abbasov, Aftandil Hacıyev də var. Hər biri klublarını Avropa yarışlarına çıxarmağı bacarıblar. Siz də, Elmar Baxşıyev olaraq bunu bacardınız. Bəlkə də, siz onlardan daha yaxşı nəticələr verə bilərsiniz.Çünki hər bir məşqçinin özünə məxsuz bir istedadı, bir sistem var. Və sizin kimi gənc məşqçilərə üstünlük vermək lazımdır. Azərbaycan futboluna sizin kimi yaxşı, istedadlı,yerli məşqçilər lazımdır.Buna görə sizi təbrik edirəm. Əslində mənim də, bir məşqçi və bir insan olarq hörmət etdiyim şəxslərdənsiniz. Qazandığınız nəticə ilə bağlı nə deyərdiniz?

Qurban hocanı çox düzgün qeyd etdiniz. Qurban Qurbanov biz gənc nəsil üçün örnəkdir. Bizlər də, ona baxıb nələrisə öyrənməyə, götürməyə çalışırıq. Buna baxımdan biz də, bir stimul qazanırıq. Yəni futbolda yaxşı mənada gözəl bir rəqabət yaranır. Bütün bu kimi amillər futbolumuzun inkişafına yalnız müsbət təsir göstərə bilər. Biz gənc nəsil məşqçilər üçün əlavə motivatsiya verir. Əlimdən gələni edəcəmmki, Azərbaycan futbolu adına, “Qəbələ” klubu adına yaxşı nəticələr qazanaq.

“Qəbələ” rəhbərliyi ilə müqaviləniz barədə danışığınız olubmu. Yəni yeni şərtlərlə, yeni müqavilə olacaq?

Belə deyim ki, mən hələ uzun müddət “Qəbələ”də çalışacam. Klub rəhbərliyi ilə aramızda elə gözəl münasibət, dostluq əlaqələri var ki, müddət məsləsi, müqaviləyə, önəm vermirik. Yəni bizi hazırda bu amil düşündürmür. Daha vacib məsələlər haqda fikirləşirik. Yəni gücümüzü, işimizə yönəldirik. Bununla bağlı heç bir narahatçılığım yoxdur.


Əli HƏYATİ

18-05-2022, 12:07
44472
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
11-05-2022, 12:49
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Səbail" klubunun rəhbərliyi də, qalmağımı istəyir"
4-03-2022, 07:39
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Növbəti oyunlarda qol vuracağıma inanıram"
1-03-2022, 19:11
Tural Axundov:
Tural Axundov: "Sabah"la oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdur"
28-01-2022, 14:31
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin olacaq"
12-12-2021, 18:34
Səna Qurbanov:
Səna Qurbanov: "İstəyirik ki, fasiləyə qələbə qazanıb, yaxşı əhval ruhiyyə ilə yollanaq"
11-11-2021, 22:04
Urfan Abbasov:
Urfan Abbasov: "Nə vaxt məni milliyə dəvət etsələr, canla-başla hazıram"
8-11-2021, 18:18
Asif Məmmədov:
Asif Məmmədov: "Qəbələ"nin futbolçularına qarşı haqsızlıq ediblər"
22-10-2021, 17:00
Kamal Bayramov:
Kamal Bayramov: “Maksimum nətcə üçün meydanda vuruşacağıq“
14-10-2021, 11:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Ruh yüksəkliyini saxlasaq, uğurların ardı gələcək“
10-10-2021, 16:21
Sənan Qurbanov:
Sənan Qurbanov: “Zaur Axundovun komandaya göstərdiyi diqqət bizə stimul verir“
9-10-2021, 12:27
Aftandil Hacıyev:
Aftandil Hacıyev: “Təsəffür edin ki, dua edirik Raufa, Nikolasa heçnə olmasın “
  Xəbər Lenti
Qatti “Yuventus”dan ayrılmağa yaxın olub - Xarici xəbərlər 8.09.2026, 17:06
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - VİDEO 8.09.2026, 16:13
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq 8.09.2026, 15:17
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda 8.09.2026, 14:15
“Arsenal” “Əl-Əhli”də çıxış edən hücumçu ilə maraqlanır - Transfer xəbərləri 8.09.2026, 13:14
“Fiorentina”nın yeni baş məşqçisi bəll oldu - Xarici xəbərlər 8.09.2026, 12:11
"Neftçi"nin yeni transferi: "Mən çox qaçıram, bu, mənim əsas üstünlüyümdür" 8.09.2026, 11:30
"Barselona"dan ötən mövsümdə rekord gəlir - Xarici xəbərlər 8.09.2026, 11:07
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 8.09.2026, 10:15
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
20-08-2026, 15:29
La Liqada 400-cü oyun -
La Liqada 400-cü oyun - Xarici xəbərlər
20-08-2026, 14:02
Puyol:
Puyol: “Yamala başa salmalıyıq ki…”
20-08-2026, 11:37
Joze Mourinyo:
Joze Mourinyo: "Mbappe məni güldürür"
20-08-2026, 12:09
"Qarabağ" "Tvente"yə qarşı - YENİLƏNİR
20-08-2026, 16:11
"Qalatasaray" rus futbolçunun transferini açıqladı - Transfer xəbərləri
20-08-2026, 13:20
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
20-08-2026, 14:28
"Araz-Naxçıvan"dan ayrılan qapıçı bu klubla anlaşdı
20-08-2026, 17:02
"Barselona" "Çelsi"dən 80 milyon avro tələb edir Xarici xəbərlər
20-08-2026, 11:06
“Hapoel”ə (Beer-Şeva, İsrail) -  “Sabah” 2:1 -
“Hapoel”ə (Beer-Şeva, İsrail) - “Sabah” 2:1 - VİDEO
20-08-2026, 18:04
Arteta daha bir hücumçu istəyir -
Arteta daha bir hücumçu istəyir - Xarici xəbərlər
28-08-2026, 10:37
Tahir Gözel:
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm"
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb