FutbolMedia.Az
  • 09:59 Cümə
    10 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Kamal Bayramov:

Kamal Bayramov: “Maksimum nətcə üçün meydanda vuruşacağıq“

"Keşlə" klubunun qapıçısı Kamal Bayramovun Futbolmedia.az saytına müshibəsi.

Kamal uzun Premyer Liqanın startından son 3 tura qədər komandanız uğursuzluq yaşayırdı. Komandanızın oyununda hər şey vardı, lakin bircə nəticə gəlmirdi. Belə desək,”qara zolağa” düşmüşdünüz. Lakin hazırda bu tilsimi qırdığınızı söyləmək olar. Artıq “Keşlə”nin uğurlu seriyasından danışmağa başlayıblar. Sən necə düşünürsən?

Özünüz dediyiniz kimi oyunumuzda hər şey vardı. Yüksək sürət, hücumlarımız, real qol vəziyyətləri yaratmağı bacarırdıq. Lakin nəticəni, sonluğu qoymaq alınmırdı. “Sumqayıt”la oyundakı məğlubiyyətdən sonra komanda ruh düşgünlüyü yaşamışdı. Beləcə də, ardı-ardı uğursuzluqlar gəlməyə başladı. Lakin “Qarabağ”la oyunda alınan bir xal komandaya yüksək motivatsiya verdi. “Qarabağ” kimi komandanın gücünü dəyərləndirməyə ehtyyac duymuram. Bütün Azərbaycan və Avropa “Qarabağ”ın gücünü bilir. Dünən “Kayrat”la oyunda da, bunun şahidi olduq. Sizin sayt vasitəsiylə “Qarabağ” ailəsini təbrik edirəm. Doğurdan da, “Qarabağ” çiynində tək Azərbaycan futbolunu daşıyır. Bizdə belə bir rəqiblə oyundan sonra psixoloji durumumuzda müsbət irəliləyiş oldu. Komandanın özünə inamı artdı. Yəni biz bunu bacararıq dedik. Və beləcə də,uğurların ardı gəlməyə başladı. Bu inam komandamızda vardı. Sadəcə olaraq, bizə bir qığılcım lazım idi. Ən əsası odur ki, biz çətin günlərimizdə belə komanda dğılmadı. Birləşməyi, yumruğu bir yerə vurmağı bacardıq.

Növbəti oyun “Qəbələ”yə qarşı olacaq. Rəqib komandanızın bu mövsümə yaxşı başladığı göz önündədir. Hazırda yuxarı pillələrdə qərarlaşıblar. Təkcə “Qarabağ”a məğlub olublar. Evdə “Qəbələ” ilə oyundan nə gözləyirsən. Yəni ən azı bir xal sizin üçün uğur sayılacaqmı?

İlk olaraq, onu deyim ki, “Qəbələ” klubu keçənilki, klub deyil. Bu mövsüm daha güclü, daha sürətli hücum futboluna üstünlük verirlər. Mövsümün əvvəlində də, oyunlarını görürük. Oyun zamanı 4-5 futbolçu ilə birdən hücuma atılırlar. Bu amil istənilən komanda üçün çətinlik yaradır. Mən deyərdim ki, çox yaxşı komanya qarşı oynayacağıq. Yəni bizim üçün çətin olacaq. Bütün bunlara baxmayaraq “Keşlə” komandası olaraq meydana qələbə üçün çıxacağıq. Maksimum nətcə üçün meydanda vuruşacağıq. Həmin əzimkarlığı qoruyub saxlamalıyıq. Çünki hər turda itirilən xalın sonda fəsadları çox böyük olur. İnşəallah meydana qələbə üçün çıxacağıq.Lakin yenə deyirəm ki, bizi çox ağır oyun gözləyir.

Kamal uzun zamandı ehtiyyada qalmısan. Qapıçı Namaşko əsas heyətdə oynayır. Yəni sən necə deyərlər kölgədə qalmısan. Bunun səbəbini nədə görürsən. Bəlkə yenə ağır zədən var?

Xeyir. Heç bir zədəm yoxdur. Formada olmağıma gəlincə özümü çox əla hiss edirəm. Yəni daim yüksək səviyyədə məşqlər edirəm. Bununla bağlı heç bir problemim yoxdur. Düzdü, bir müddət əvvəl ayağımla bağlı çox ağır zədəm vardı. Şükürlər olsun ki, çətinliyi artıq geridə qoymuşuq. Şans verilən anda maksimum şəkildə komandama kömək olmağa hazıram. Buna gücüm də var, illərlə topladığım təcrübəm də. Bundan başqa həmkarım qapıçımız Namaşkonun çıxışlarını da yüksək qiymətləndirirəm. Belə durumda düşünürəm ki, baş məşqçi heç vaxt dəyişikliklər etməz. Lakin hər ehtimala mən daim öz üzərimdə çalışıram. Və meydana hər an çıxmağa hazıram. Allah eləməsin, zədə və ya, qırmızı vərəqə ola bilər. Futbolda belə şeylər qaçılmaz olur. Buna görə, hər zaman hazıram.

Ümumiyyətlə, əsas heyətdə yer almadığınla bağlı baş məşqçi Sənan Qurbanovla söhbətin olubmu?

Mən heç zaman karyeram ərzində heç zaman oynamamğımla bağlı məşqçilərlə söhbət etməmişəm. Yəni sırf mən niyə görə oynamıram belə deməmişəm. Çünki ilk növbədə bunun səbəbini özümdə axtarmışam. Niyə oynamıram deməmişəm. Ümumiyyətlə, bu bir başa öz həmkarına edilən hörmətsilikdir. Bunu sizin sayt vasitəsiylə bəyan edirəm ki, bütün qapıçılar eşitsin. Belələri var ki, altdan-altdan gedib baş məşqçiyə şikayyət edirlər. Mən niyə oynamıram, filan qapıçı , filan oyunda belə səhv etdi. Yəni bunlar mənlik deyil. Problemləri ilk növbədə özündə axtarmalısan. Məsələn, Namaşko hava toplarında məndən bir pillə üstündür. Məhz bu üzdən baş məşqçi Sənan müəllim ona üstünlük verir. Bunu açıq etiraf edirəm.

“Keşlə” ilə müqavilənin müddəti nə vaxta qədərdi?

“Keşlə” ilə müqaviləm mövsümün sonunda başa çatacaq. Yəni keçən mövsüm bitən kimi tez bir zamanda klub müqaviləni yeniləmək üçün təklif göndərdi. Məndə dəyərləndirdim.

Ümumiyyətlə, başqa klublardan təkliflər almısan?

Keçən mövsüm bitər-bitməz “Keşlə” müqaviləni yenilədi. Yəni vaxt çox az olduğundan təkliflər gəlmədi. Artıq mən “Keşlə”nin rəsmi olaraq futbolçusu oldum. Buna görə də, təkliflər gəlmədi.

Əli HƏYATİ

22-10-2021, 17:00
21506
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
21-10-2021, 18:03
Nicat Qurbanov:
Nicat Qurbanov: "İnanıram ki,yaxın günlərdə Sənan müəllim məni meydana buraxacaq“
19-10-2021, 08:00
İlkin Qırtımov:
İlkin Qırtımov: “Orta səviyyəli klublarımızdan təkliflər almışam“
17-10-2021, 19:27
Tural Axundov:
Tural Axundov: “Neftçi" ilə oyunda ayağımdan zədə almışdım“
17-10-2021, 09:19
"Keşlə"nin yuxudan ayılan ac Aslanı Sənan Qurbanov
16-10-2021, 11:33
Veysən Rzayev:
Veysən Rzayev: “Qarabağ”la oyundan xalla ayrılmaq istəyirik “
15-10-2021, 12:26
Arif Əsədov:
Arif Əsədov: "Hər şeyə rəğmən millimizdə irəliləyiş var"
14-10-2021, 11:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Ruh yüksəkliyini saxlasaq, uğurların ardı gələcək“
10-10-2021, 16:21
Sənan Qurbanov:
Sənan Qurbanov: “Zaur Axundovun komandaya göstərdiyi diqqət bizə stimul verir“
9-10-2021, 12:27
Aftandil Hacıyev:
Aftandil Hacıyev: “Təsəffür edin ki, dua edirik Raufa, Nikolasa heçnə olmasın “
4-10-2021, 12:05
“Sabah”ın qanını içib, çırağını söndürən Maksudlar, Ponomaryovlar - YAZI
“Sabah”ın qanını içib, çırağını söndürən Maksudlar, Ponomaryovlar - YAZI
25-08-2021, 16:59
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
16-06-2021, 12:37
Gündüz Abbaszadə: “Dino Ndlovu ilə danışıq aparmağımız yalnız şaiədir“
Gündüz Abbaszadə: “Dino Ndlovu ilə danışıq aparmağımız yalnız şaiədir“
  Xəbər Lenti
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO 10.07.2026, 09:20
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı - Nəticələr 10.07.2026, 09:09
"Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) - 3:0 - VİDEO 10.07.2026, 08:06
Fransa Mərakeşi məğlub edərək yarımfinala yüksəldi - DÇ-2026 10.07.2026, 02:08
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol - Avropa Liqası 9.07.2026, 23:42
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi 9.07.2026, 23:10
Qurban Qurbanov: "Çox məsuliyyətli olmalıyıq, gözləntilər böyükdür" 9.07.2026, 22:40
"Vestri" klubunun baş məşqçisi: "Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər" 9.07.2026, 22:15
Karim Rossi “Qəbələ”də - Transfer xəbərləri 9.07.2026, 18:35
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Dünən, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Bu gün, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
10-06-2026, 14:36
Bu legionerlər legioner
Bu legionerlər legioner "Karvan-Yevlax"dan ayrıldı
10-06-2026, 18:03
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək -
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək - Transfer xəbərləri
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
14-06-2026, 11:02
“Arsenal” argentinalı futbolçu ilə maraqlanır -
“Arsenal” argentinalı futbolçu ilə maraqlanır - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb