FutbolMedia.Az
  • 14:39 Çərşənbə axşamı
    24 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Sənan Qurbanov:

Sənan Qurbanov: “Qış fasiləsinə qədər istədiyimiz nəticəni əldə etməyə çalışmalıyıq“

Sənan müəllim premyer liqanın 8-ci turunda çox möhtəşəm bir qarşılaşma izlədik. “Qəbələ” ilə oyun bol qolu, sürətli, sonacan yüksək tempdə keçdi. Sanki İspaniyada keçirilən “El Klasiko”ya baxırdıq. Baş məşqçi olaraq oyunla bağlı fikirləriniz maraqlı olardı?

Doğurdan da, maraqlı bir oyun oldu. Lakin evdə məğlub olmaq istəməzdik. Bəlkə də, ilk dəqiqələrdən buraxdığımız qollar işimizi daha da çətinləşdirdi. Lakin ikinci hissədə komanda özünü toparlamağı bacardı. Soyunub –geyinmə otağında söhbətimiz oldu. Futbolçulara inamı hiss etdirməyə çalışdım. İkinci hissədə meydana çıxıb dinamik oyun sərgiləməyi bacardılar. Ümumi götürsək, maraqlı, sürətli oyun oldu. Həmin ounda buraxdığımız səhvləri analiz edib, üzərində çalışacağıq. Çalışmalıyıq ki,növbəti turlarda belə səhvlərə yol verməyək.

Konkret olaraq, bu oyunda səhvlər nədə oldu. Məğlubiyyətin əsas səbəbi kimi nəyi göstərərdiniz?

Məsələn, standart vəziyyətdən adi bir diqqətsizlikdən qol buraxdıq. İkinci qolda top bizdə olsa da,istədiyimiz nöqtəyə ötürmə edə bilməyərək səhvə yol verdilər. Həmin epizod zamanı bir dağınıqlıq yarandı. Rəqib komanda da, bundan maksimum istifadə etdi. Belə götrsək, kiçik səhvlərdən doğan bir məğlubiyyət oldu. Lakin bütün bunlara baxmayaraq komandadan razı qaldım. Sona qədər istəkli , sürətli və inamlı oyun sərgilədilər.

Bir jurnalist kimi müşahidəmdən deyə bilərəm ki, “Keşlə”nin oyununda bir Sənan Qurbanov üslubu var. Yəni komandanı xüsusi bir oyun üslubuna uyğunlaşdırmısınız. Bu doğrudur?

Əgər siz bunu görə bilmisinizsə çox sevindirici haldır. Əlbəttə ki, bununla bağlı planlarımız da var. Hər zaman bu oyun üslubunu futbolçulara aşılamağa çalışıram. Çalışırıq ki, məşqlərdə xüsusi verilən tapşırıqlar üzərində çox işləsinlər. Bununla bağlı çoxlu sayda işlər görülür. Bilirsiniz, heyətimizə yeni futbolçular gəldiyi üçün müəyyən dəyişikliklər olur. Məsələn sistem dəyişikliyinə də gedirik. Şükürlər olsun ki, öhtəsindən gəlməyə çalışırıq.

“Keşlə”nin heyətində bir neçə futbolçular var ki. Oyun zamanı yüksək performans göstərir.Demək olar ki, öz mövqeyində çox az səhvlər edir. Bunlardan biri də, Tərlan Quliyevdir. Bu futbolçu haqqında nə deyərdiniz?

Btün futbolçularıma inamım var. Sırf Tərlanla bağlı danışım. Mən “Keşlə”yə gələndə bu klubda ilk tanışlığımız oldu. Çox yüksək potensiallı futbolçudur. Sol müdafiəçi kimi yüksək kefiyyətlər ki, onda var. Onların üzərində daim işləyərək inkişaf etdirir. Məşqlərdə də, oyunlarda da, çox istəkli olduğunu görürük. komandanın aparıcı üzvlərindən biridir. İnanıram ki, Tərlan daha yaxşı addımlar atacaq. Mənim güvəndiyim futbolçulardandır.

Sənan müəllim sizin bir xusisiyyətiniz var. Oyunlarda çox az oyunçu dəyişikliyinə üstünlük verirsiniz. Məsələn maksimum iki nəfəri dəyişmək. Bunu nə ilə əlaqələndirərdiniz?

Əsas 11-likdə daim oynayan və oyun zamanı yorulan futbolçuların dəyişdirilməsinə üstünlük verirəm. Əslində düz deyirsiniz ki, mən oyun zamanı tez-tez futbolçu dəyişikliyinə üstünlük vermirəm. Xüsusi hallar olan zaman buna gedirəm. Çalışıram ki,oyun nizamını, futbolçular arasında olan anlaşmanı pozmayım.

Heyətinizdə təcrübəli futbolçulardan olan Tural Axundovun durumu necədir. Daim əsas heyətdə olan oyunçunu əsas heyətdə, meydanda az görürük. “Səbail”lə qarşılaşmada oyunun 68-ci dəqiqəsində meydana çıxmışdı. Yaxşı təsir bağışladı. Komandanın qələbəsində pay sahiblərindən biri oldu. Ümumiyyətlə, T. Axundovla bağlı durum nə yerdədir?

Tural bizim təcrübəli futbolçularımızdandır. Zədədən sonra komandadan kənarda qaldı. Ynə də komanda ilə maşqlərini davam etdirir. Bəli. “Səbail”lə oyun sonradan daxil oldu. Yaxşı təsir bağışladı. Tural təcürbəli və inandığım futbolçulardandır.Tural yaxın zamanlarda meydançaya çıxaraq, komandaya köməyi dəyəcək.

Növbəti oyununuz güclü “Zirə” komandasına qarşı olacaq. Bilirsiniz ki, heyətlərində kifayyət qədər yerli və əcnəbi futbolçular var. Bu oyundan nə gözləyirsiniz?

Çətin bir səfər oyunu gözləyir bizi. “Zirə” əməlli başlı yaxşı forma yığmaqdadır.”Neftçi” ilə oyunda da, öz oyun üslubunu göstərdi. Lakin biz də, yaxşı başa düşürük ki,oyunumuzu ortaya qoymalıyıq. Həmin gün ən yaxşı oyunlarımızdan birini göstərməliyik. Bütün bun amilləri futbolçulara çatıdıracağıq. Komandamız ruhdan düşməməlidir. Qış fasiləsinə qədər istədiyimiz mövqedə qərarlaşmağa çalışacağıq. İstədiyimiz nəticəni əldə etməyə çalışmalıyıq.

Əli HƏYATİ

25-10-2021, 21:01
27392
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
25-10-2021, 18:18
Tərlan Quliyev:
Tərlan Quliyev: “Əlimdən gələni edirəm ki, komandam qalib gəlsin“
24-10-2021, 18:12
Tural Axundov niyə ehtiyyatda qaldı?
Tural Axundov niyə ehtiyyatda qaldı?
24-10-2021, 15:26
Amin Sevdiyev:
Amin Sevdiyev: “Top qapı xəttini qəti keçməmişdi “
22-10-2021, 17:00
Kamal Bayramov:
Kamal Bayramov: “Maksimum nətcə üçün meydanda vuruşacağıq“
21-10-2021, 18:03
Nicat Qurbanov:
Nicat Qurbanov: "İnanıram ki,yaxın günlərdə Sənan müəllim məni meydana buraxacaq“
19-10-2021, 08:00
İlkin Qırtımov:
İlkin Qırtımov: “Orta səviyyəli klublarımızdan təkliflər almışam“
17-10-2021, 19:27
Tural Axundov:
Tural Axundov: “Neftçi" ilə oyunda ayağımdan zədə almışdım“
17-10-2021, 09:19
"Keşlə"nin yuxudan ayılan ac Aslanı Sənan Qurbanov
17-10-2021, 08:47
"Keşlə"nin və turun ən yaxşı futbolçusu Tərlan Quliyev
14-10-2021, 11:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Ruh yüksəkliyini saxlasaq, uğurların ardı gələcək“
10-10-2021, 16:21
Sənan Qurbanov:
Sənan Qurbanov: “Zaur Axundovun komandaya göstərdiyi diqqət bizə stimul verir“
25-08-2021, 16:59
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
Turan Vəlizadə: . “Qəbələ” ilə oyunda məğlubiyyətə layiq deyildik“
  Xəbər Lenti
İlin ən yaxşı gənc oyunçusu oldu - Xarici xəbərlər 24.11.2026, 14:02
Legioner limiti ləğv oluna bilər 24.11.2026, 13:20
"Qalatasaray" "Aston Villa"ya, "Mançester Siti" "Napoli"yə qarşı - Çempionlar Liqası 24.11.2026, 13:00
Canlı əfsanə Canfranko Zola: “Təəccübləndim. Ronaldinyo milyonlarla gəncə ilham verdi" 24.11.2026, 12:04
PSJ-də daha bir şok zədə - Bu dəfə Dezire Due sıradan çıxdı 24.11.2026, 11:31
Laporta: "Laminin 19 yaşı var, lakin o, hətta ..." 24.11.2026, 11:00
"Şəmkir" - "Ağdaş" 2:0 - VİDEO 24.11.2026, 10:14
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi 24.11.2026, 09:11
"Milan"dan "Real"ın futbolçusu üçün 70 milyon avroluq təklif - Transfer xəbərləri 24.11.2026, 08:08
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb