FutbolMedia.Az
  • 18:16 Cümə
    10 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rəhman Hacıyev:

Rəhman Hacıyev: "İnşəallah qolun ardını gətirəcəm"

"Neftçi" klubunun təcrübəli futbolçusu Rəhman Hacıyevin Futbolmedia.Az saytına müsahibəsi.

Rəhman Premyer Liqanın 5-ci turunda evdə “Sumqayıt”ı böyük hesabla məğlub etdiniz. Çox maraqlı və bol qollu bir oyun keçdi. Bu oyunda sən də, qol vuraraq fərqləndin. Lakin sənin vurduğun qoldan və oyunundan az sonra danışacağıq. İlk olaraq, bu oyunu, qələbənizi analiz edərdin. Deyəsən işlər yaxşı gedir?

İlk öncə, onu deyim ki, asan oyun yoxdur. Biz heç bir rəqibimizə yuxardan aşağı baxmırıq. Buna görə yaxşı oyun sərgiləyir, qələbə qazanırıq. Bundan başqa meydanda daha istəkliyik. Meydana çıxıb ən yaxşı oyunlarımızdan birini ortaya qoymağa çalışırıq. Bir sözlə, çox məhsuliyyətlə yanaşırıq. Oyuna gəlincə isə rəqibi hər tərəfli və bütün kompanentlərdə üstələdik. Əlimizə düşən real qol imkanalarını maksimum dəyərləndirməyi bacardıq.

Uğrunuzda və qələbənizdə baş məşqçi Laurntsiu Regekampfın yüksək peşəkarlığı, səviyyəsini, komandanızın nizam – intizamlı olmasını, kolektivinizin mehribançılığını xüsusi qeyd etmək olarmı?


Rəhman Hacıyev:



Çox doğru vurğuladınız. Əlbəttə ki, sadaladıınız bu xüsusiyyətlər çox önəmlidir. Belə yaxşı , səviyyəli baş məşqçimizin olması, komandamızda nizam-intizamın höküm sürməsi, kollektiv içində mehribançılığımız da, qələbəmizə dəlalət edir. Mən “Neftçi” komandasının içində olan bir futbolçu olaraq deyirəm ki, biz baş məşqçinin tələblərini meydanda daha yaxşı edə bilsək, daha yüksək səviyyədə oyun sərgiləyərik. Bunu da, edə biləcəyik. Biraz zamana ehtiyyac var. Heyətimizdə kifayyət qədər yeni futbolçular var. Mən özüm də, bu mövsüm komandaya qoşuldum. Baş məşqçimiz yeni gəlib. Yəni gələn legionerləri odaptasiyası üçün vaxt lazımdır. Düşünürəm ki, qısa bir zamandan sonra hər şey əla lacaq. Çox güclü bir “Neftçi” görə biləcəyik. Qış fasiləsinə qədər yaxşı fomaya düşəcəyik. Qış fasiləsində təlim-məşq toplanışı olacaq. Komandamız daha da, güclənə biləcək.


Rəhman deyərdim ki, hörmətlə, sevgi ilə bağlı olduğun “Neftçi”də bu mövsüm qol hesabını açdın. Mən deyərdim ki, vurduğun qolla yanaşı, onu salto vuraraq xüsusi qeyd etməyin belə qola gözəllik qatdı. Hətta baş məşqçi Regekampf vurduğun qolu xüsusi alqışladı. Bu vurduğun qol haqda təsüratlarını bilmək istərdim?

Bilirsiniz, çox adamlar məndən çox şey etməyimi gözləyir. Bir neçə oyunda mən 10 - 15 dəqiqə meydanda oldum. Hətta bəzi oyun oldu ki, meydana çıxmadım. Bu qısa müddət zamanında futbolçunun qeyri adi nəsə etməsi çox çətin məsələdir. Bu qısa dəqiqələr ərzində top səni gəlib 4-5 dəfə tapır. Bu isə çox azdır. Mən də, hər futbolçu kimi öz şansımı gözləyirdim. Əlimdən gələni etdim ki, verilən şansı yaxşı dəyərləndirim. “Sumqayıt”la oyunda şansımı dəyərləndirməyi bacardım. Vurduğum qolun yaxşı alındığını söyləmək olar. Bəli qoldan sonra onu salto vuraraq xüsusi qeyd etmək içimdən gəldi. Düşünürəm ki, pis alınmadı. Mənim bu qola çox ehtiyacım vardı. “Neftçi”yə bu mövsüm gələndən bəri qolum yox idi. Bu bir başlanğıcdır. İnşəallah ardını gətirəcəm.

Rəhman Hacıyev:


“Neftçi”yə xüsusi sevginin hətta transfer pəncərəsi dönəmində daha çox hiss edildi. Bildiyim qədər həm ölkənin adlı-sanlı, maliyə təklifi yaxşı olan klublara yox demisən. Hətta Türkiyə 2-ci liqasından da, 2 kluba rədd cavabı verdin. “Neftçi”ni tərci etdin. Doğrudurmu?

“Neftçi”yə çox bağlı bir insanam. Futbolçu kimi olmaq bir kənara, içimdə bu komandaya bir azarkeşlik də, var. Məhz bu üzdən xüsusi sevgim seçilir. Buna görə də, 3-5 min əlavə pula görə, sevgimə, arzuma yox demədim. Çünki “Neftçi” klubu mənim üçün çox əhəmiyyət kəsb edir.

Növbəti oyununuz daha oturuşmuş, güclü rəqib “Qəbələ”yə qarşı olacq. Bu oyunda 3 xal qazanmaq şansınızı necə görürsən?

“Qəbələ” çox yaxşı komandadır. Oturuşmuş heyəti var. Öz oyunları ilə də, bunu sübut edirlər. Çox yaxşı yerli futbolçuları da var. İndidən demək olar ki, onlarla oyun asan olmayacaq. Əksinə çox çətin və ağır oyun bizi gözləyir. Lakin bütün bunlara, rəqibə biz baxmırıq. Meydana çıxıb öz oyunumuzu ortaya qoyacağıq. Rəqib komandanı yaxşı analiz etdikdən sonra baş məşqçinin xüsusi tapşırıqlarını alacağıq. Əlimizdən gələni edəcəyik ki, bu oyundan yaxşı nəticə qazanaq.


Əli HƏYATİ

4-09-2022, 15:23
32357
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
8-08-2022, 12:18
Rəhman Daşdəmirov:
Rəhman Daşdəmirov: "Neftçi" ilə oyunda yaxşı təsir bağışladıq"
10-04-2022, 12:38
Rəhman Daşdəmirov :
Rəhman Daşdəmirov : “Neftçi” kimi güclü komandaya qarşı yaxşı oynadıq"
7-04-2022, 19:35
Rəhman Hacıyev:
Rəhman Hacıyev: “Neftçi”yə qol vurmaq üçün əlimdən gələni edəcəm"
1-04-2022, 08:23
Rəhman Hacıyev:
Rəhman Hacıyev: “Qəbələ”də qol vurub qələbə qazanmağımız üçün əlimdən gələni edəcəm"
4-03-2022, 07:39
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Növbəti oyunlarda qol vuracağıma inanıram"
1-03-2022, 19:11
Tural Axundov:
Tural Axundov: "Sabah"la oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdur"
1-03-2022, 12:44
Mirsayib Abbasov:
Mirsayib Abbasov: “Neftçi” ilə oyunda qələbəyə köklənmişik"
29-01-2022, 12:34
Tural Axundov:
Tural Axundov: "Qarabağ"a meydanda dirəniş göstərməliyik"
23-11-2021, 21:05
Adil Nağıyev:
Adil Nağıyev: “Neftçi”nin komanda şəklində oyunu çox təhlükəlidir"
17-11-2021, 21:13
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyunda sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik"
7-11-2021, 12:00
İlkin Qırtımov:
İlkin Qırtımov: “Qarabağ”la oyunda daha ehtiyyatlı olmalıyıq"
5-11-2021, 08:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "İlk qolu “Neftçi”yə biz vursaq, qələbə də bizim olacaq"
  Xəbər Lenti
Salah azarkeşlərə söz verdi - Xarici xəbərlər 10.07.2026, 18:15
"Barselona"nın yetirməsi "Kristal Pelas"da - Transfer xəbərləri 10.07.2026, 17:13
"Əl-Nəsr"dən ayrılan yarımmüdafiəçi "Real"ın hədəfində - Transfer xəbərləri 10.07.2026, 17:03
"Neftçi" Sebiya klubuna qarşı - 10.07.2026, 16:12
"Şəfa" fransalı futbolçu tansfer etdi 10.07.2026, 15:28
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu 10.07.2026, 14:29
FİFA Argentina yığmasını cəzalandıracaqmı? - Xarici xəbərlər 10.07.2026, 14:03
Modriç yığma karyerasını bitirir? - Xarici xəbərlər 10.07.2026, 13:10
“Kəpəz” daha bir legionerini göndərdi - Rəsmi 10.07.2026, 12:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Bu gün, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
Bu gün, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
Bu gün, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
Dünən, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
14-06-2026, 11:02
“Arsenal” argentinalı futbolçu ilə maraqlanır -
“Arsenal” argentinalı futbolçu ilə maraqlanır - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb