FutbolMedia.Az
  • 08:51 Bazar ertəsi
    9 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Millimizin kapitanı:

Millimizin kapitanı: "Çempion olacağıq" deyəndə hamı mənə güldü"

Slovakiyada keçirilən Avropa çempionatını qalibi olan minifutbol yığmamızın kapitanı Ramin Həsənzadə Bakıda hava limanında qarşılanma zamanı müsahibə verib.

- Belə təmtəraqlı qarşılanmanı yəqin, gözləyərdiniz...

- Bəli-bəli. Hələ Slovakiyada olanda artıq bizə xəbər çatmışdı ki, möhtəşəm bir qarşılanma olacaq. Hamımız bu gözəl ab-havanı gözləyirdik və bunu yaradanların hər birinə minnətdarıq.

- Hələ turniröncəsi səninlə də söhbətləşmişdik. Səmimi olsanız, yəqin, o dərəcədə inamlı deyildiniz belə bir uğuru qazanacağınıza...

- Birinci Avropa çempionatında - Ukraynada keçirilən yarışda da olmuşdum. Budəfəki turnirə yollanmamışdan qabaq bir müsahibə vermişdim və demişdim ki, Slovakiyaya gedirik çempion olmağa. Həmin videoçarxlar internetdə var. O vaxt hamı mənə bir az güldü, dediyimi ciddi qəbul eləmədilər. İndisə həmin çıxışım olan videoçarxı çoxu mediada hər yerdə qoyur ki, bəs, qabaqcadan deyilmişdi.

- Bu inamın nəyəsə söykənməli idi axı...

- Bilirsiniz necədir, 4 ildi bu yarışa hazırlaşırdıq. Ölkənin bu pandemiya vaxtında uşaqlar SMS-lə icazı alıb gəlib məşq edirdilər. 2 saat vaxt götürüb, 1 saat məşq edib qayıdırdılar. Yayda o istidə hamı dincəlirdi, biz 40 dərəcədə gəlib məşq edib yarışa hazırlaşırdıq. Yəni, bu, elər bir hazırlıq idi ki, bunun nəticəsi də olmalıdır. İnşallah, nəticə də oldu. Dörd ildə o qədər hazırlaşmışıq ki, başqa cür ola bilməzdi. Əziyyətimiz öz bəhrəsini verdi.

- Kapitan olsan da, turnirdə az oynadın. Startda Rumıniyaya qarşı çıxış elədin, sonradan əsasən həmkarın Davud Kərimi qapını qorudu....

- Rumınlarlarla birinci oyunun gedişatında çiynimdən zədə aldım, nəticədə Davud qapıda dayanası oldu. Bu, milli komandadır, burda milli dəyərlər var. Zədələnməyimdən sonra Davudun oynamağı bəlkə də onun parlamağına böyük bir şans oldu. Şükürlər olsun Allaha ki, Avropa çempionatının yaxşı qapıçısı oldu. Millimizdə ən yaxşılardan biri idi Kərimi.

- Hər halda, sənin bu idman növündə təcrübən daha çoxdu. Davuda hansı məsləhətlərini verirdin?

- Hər oyuna gedəndə də, fasilədə də danışırdıq, məsləhətləşirdik. Nə lazımdı, hamısını ona ötürürdüm.

- Karyeran daha çox futzala bağlı olub, ən zirvə nöqtəsinə isə mini-futbolda çatdın. Necə müqaqisə aparsrdın?

- Necə deyim sizə, 44 yaşında Avropa çempionu olmaq - o başqa bir hissdir. İstəyir nə idman növü olur-olsun, Bu idman növündə bunu bacardıqda, Alaha qurban olum, min şükür!

- Kapitan kimi Kuboku başı üzərinə qaldıranda keçirdiyin hissləri bizə çatdıra bilərsən?

- Onu sözlə çatdırmaq olmaz, onu gərək yaşamaq lazımdır. Onda hər şey yaddan çıxır, fikir ancaq olur ki, bayraq ucalır, himn səslənir. Bundan vacib olan heç nə ola bilməz!

- Bu yaşdan sonra da çıxışını davam etdirməyi düşünürsən?

- Bəli-bəli. İnşallah, qarşıda bizi dünya çempionatı gözləyir. Ora da iddialı yollanacağıq. Çünki həm də ona görə ki, artıq Avropa çempionuna statusundayıq.

- İndidən deyə bilərsənmi ki, dünya çempionu olacağıq, sonradan bunu xatırladaq, yoxsa dünya mükafatçısı?

- (gülür) Dünya çempiionu yox, mükafatçısı deyərdim. (sport24.az)

13-06-2022, 15:20
11057
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
26-05-2022, 18:19
Azərbaycanlı idmançı Bolqarıstanda Avropa çempionu oldu
Azərbaycanlı idmançı Bolqarıstanda Avropa çempionu oldu
4-04-2022, 08:28
Rafiq Hüseynov üçqat Avropa çempionu oldu
Rafiq Hüseynov üçqat Avropa çempionu oldu
13-03-2022, 12:17
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Vurduğum qollara görə məni Ronaldoya bənzədirlər"
4-03-2022, 07:39
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Növbəti oyunlarda qol vuracağıma inanıram"
28-01-2022, 14:31
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin olacaq"
17-12-2021, 08:15
Sənan Qurbanov:
Sənan Qurbanov: "Lazımlı futbolçu tapmaq qış zamanı asan deyil"
30-11-2021, 01:22
Məqsəd İsayev:
Məqsəd İsayev: “Qarabağ”la oyunda qalib gələ bilərdik"
15-11-2021, 12:18
Millimizin məşqçisi Arif Əsədov:
Millimizin məşqçisi Arif Əsədov: "Onda gərək Çin və Hindistan futbolda lider ölkələr olsunlar"
15-10-2021, 12:26
Arif Əsədov:
Arif Əsədov: "Hər şeyə rəğmən millimizdə irəliləyiş var"
14-10-2021, 11:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Ruh yüksəkliyini saxlasaq, uğurların ardı gələcək“
10-10-2021, 16:21
Sənan Qurbanov:
Sənan Qurbanov: “Zaur Axundovun komandaya göstərdiyi diqqət bizə stimul verir“
21-09-2021, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Polşa çempionatı karyeramda dayanacaqdır"
  Xəbər Lenti
"Sabah" - "Şamaxı" 2:2 - VİDEO 9.11.2026, 08:06
Keyn: “Qızıl top”un yeri klubun muzeyidir” 8.11.2026, 13:12
Dadaşovun qolu komandasına qələbə qazandırdı 8.11.2026, 12:00
"Qalatasaray" - "Amed" 4:3 - VİDEO 8.11.2026, 11:09
"Mançester Siti"dən gözlənilməz məğlubiyyət - İngiltərə Premyer Liqası 8.11.2026, 10:07
Millimizin üzvü Rüfət oynadı, komandası qalib gəldi 8.11.2026, 09:10
"Zirə"nin qələbəsindən - VİDEO 8.11.2026, 08:04
"Roma" İngiltərə klubundan Ceymi Gittens üçün ağız açdı - Transfer xəbərləri 7.11.2026, 17:40
Azərbaycan U-21 millisinin heyəti açıqlandı 7.11.2026, 17:08
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb