FutbolMedia.Az
  • 13:39 Cümə axşamı
    15 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Mahir Emreli:

Mahir Emreli: "Polşa çempionatı karyeramda dayanacaqdır"

Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli "Piłka Nożna" nəşrinin suallarını cavablandırıb. Futbolmedia.az həmin müsahibəni təqdim edir...

- Polşa xoşunuza gəlir?

- Polşa xoşunuza gəlir?

- Klub, təlim-məşq bazamız ən yüksək səviyyədədir, Avropa Liqasının qrup mərhələsində oynayırıq. Heç nədən şikayət edə bilmərəm. Əlbəttə, ailəm və dostlarım üçün darıxıram, bu, normaldır. İlk dəfədir ölkəmi bu qədər uzun müddətə tərk etmişəm. Amma Varşavada adaptasiya prosesi başa çatıb, özümü evdəki kimi hiss edirəm.

- Oyunlarda və küçələrdə arxasında sizin adınızın yazıldığı formaları geyinən azarkeşlər görürük...

- Doğrudan? Buna fikir verməmişəm (gülür). Təbii ki, zarafatdır. Həmin insanları mən də görümüşəm. Amma heç birini tanımıram. Bəlkə onlar Varşavada yaşayan azərbaycanlılardır? Bacım burada cəmi bir dəfə olub. İndi isə Azərbaycandadır. Tezliklə Polşaya qayıdacaq. Anam da mənim oyunuma gələcək.

- "Legiya"ya keçidinizdən sonra Varşavada yaşayan azərbaycanlılar sizinlə əlaqə saxlayıblar?

- Onlardan bir neçə təbrik və dəstək mesajı almışam. Həmin insanlarla münasibətləri yaxşılaşdırmağa çalışıram. Onlarla bir neçə dəfə ölkəmin ənənəvi yeməklərini dadıb həmyerlilərimlə söhbət edə biləcəyim Azərbaycan restoranında olmuşam.

- Hazırda özünüzü Polşada ən məşhur azərbaycanlı hesab edirsiniz?

- Düşünmürəm ki, bu sorğuda ciddi rəqabət olacaq. Çünki Polşa çempionatında Azərbaycandan yalnız iki oyunçu çıxış edir: mən və milli komandadan, həmçinin Premyer Liqadan tanıdığım Anton Krivotsyuk. O, hazırda Plotsk "Visla"sında çıxış edir. Populyarlıq baxımından heç vaxt özüm barədə düşünməmişəm. Futbol oynayıram, çünki uşaqlıqdan bu idmanı sevirəm. Hər zaman futbolçu olmaq istəyirdim. Populyarlığımın getdikcə artdığını, daha çox insanın mənə qiymət verdiyini başa düşürəm. Mənə bir dəqiqə vaxt verin, peşəkar oyunçu olmağın minlərlə başqa faydasını tapacağam (gülür). Matçlarda oynamaq imkanı, hər gün məşq etmək və bununla yaşamaq həqiqətən əladır. Dünyanın ən yaxşı işinə sahibəm. Bir neçə il əvvəl - Azərbaycan millisinə çağırılanadək özüm də bunu qiymətləndirmirdim. 19 yaşım var idi, Robert Prosineçki məni 2018-ci il dünya çempionatının seçmə mərhələ oyunları öncəsi müsahibəyə dəvət etmişdi. Bir az gərgin olduğumu gördü və mənə kömək etmək istədi. Stresimin səbəbini soruşdu. Ona həqiqəti söylədim. Təlim-məşq toplanışında ilk dəfə olduğum üçün əsəbi olduğumu dedim. Onda baş məşqçi bu ifadəni işlətdi: dünyada futbol oynamaqdan daha yaxşı iş yoxdur. Bu sözlər beynimə həkk olundu. Ondan sonra heç vaxt meydana çıxmazdan əvvəl qorxu hiss etməmişəm. Bir söhbət mənim futbola yanaşmamı, düşüncəmi tamamilə dəyişdi. Əminəm ki, bunun sayəsində irəli getməyə davam edirəm. Dünyada futbol oynamaqdan yaxşı iş yoxdur.

- Özünüzü "Legiya"nın ulduzu sayırsınız? Komandaya çox yaxşı qoşuldunuz, Çempionlar Liqası və Avropa Liqasının təsnifat oyunlarında vacib qollar vurdunuz...

- Bu faktları bir yerə yığsaq, komandanın ulduzu olduğumu düşünə bilərsiniz. Amma bu, sizin fikrinizdir. Mənim beynimdə isə tamam başqa bir şey var. Mənə görə, ən vacibi komandadır. Təbii ki, azarkeşlərin səni dəstəkləməsi, qiymətləndirməsi çox gözəl hissdir. Amma bilirəm ki, daha yaxşı ola və inkişaf edə bilərəm. Özüm haqqında ulduz kimi düşünməyə vaxtım yoxdur. Karyeramın zirvəsi hələ qabaqdadır, ona görə də bu gün özümü ulduz kimi hiss etdiyimi deməyəcəyəm. Bu cür düşüncə ölümcül olardı. Qazandığım uğurlara arxalana bilərdim, amma bu da ehtiyacım olan son şeydir. Hər gün inkişaf etmək, ən yaxşı futbolçu olmaq istəyirəm. Ailəmlə futbol haqqında çox danışıram, hər zaman irəliyə hərəkət etməli olduğumu bilirəm.

- Deməli, Polşa çempionatı karyeranızda yalnız bir dayanacaqdır...

- Bəli, bunu gizlətmirəm.

- Nə vaxtadək?

- Nə qədər vaxt lazım olduğunu bilmirəm. Arxasınca getmək istədiyim xəyallarım var. Avropanın top-komandalarında çıxış edən ilk azərbaycanlı olmaq istəyirəm. Bunun üzərinə səylə çalışıram.

- Polşa çempionatı inkişaf üçün Azərbaycan Premyer Liqasından daha yaxşıdır?

- Hər iki çempionatı bütövlükdə müqayisə etsəniz, Ekstraklasa daha yaxşıdır. Azərbaycan Premyer Liqasında 8, burada isə 18 komanda oynayır. Ekstraklasada hər kəs bir birinə qalib gələ bilər. Bu, oyunları azarkeşlər üçün daha cəlbedici edir və onlara daha da zövq verir. Azərbaycanda isə digər komandalar üzərində dominantlıq edən və müntəzəm olaraq avrokubokların qrup mərhələlərində oynayan "Qarabağ" kimi çox güclü klub var.

21-09-2021, 16:05
22777
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
7-09-2021, 16:26
Şahruddin Məhəmmədəliyev:
Şahruddin Məhəmmədəliyev: “Portuqaliya ilə matçda azarkeşlərimizi sevindirəcəyik”
6-09-2021, 19:45
De Byazi:
De Byazi: "Santuş hələ də mənim hədiyyəmi verməyib"
27-08-2021, 11:30
Mahir Emreli:
Mahir Emreli: "Hisslərimi sözlə ifadə edə bilmirəm"
25-08-2021, 16:03
Mahir Emreli:
Mahir Emreli: "Legiya" "Qarabağ"la qarşılaşsa, dəlicəsinə oynamaq istəyərəm"
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
26-07-2021, 11:18
"Legiya"nın futbolçusu: "Mahir Emreli ilə birlikdə çox təhlükəli ola bilərik"
14-07-2021, 16:16
Jezniçak:
Jezniçak: "Bu məsələ Mahiri bir az qorxutmuşdu"
13-07-2021, 17:02
Mahir Emreli:
Mahir Emreli: "Hamı bu anı səbirsizliklə gözləyir"
8-07-2021, 08:20
Mahir Emreli: “ Varşavada daha yaxşı oyun göstərəcəyik“
Mahir Emreli: “ Varşavada daha yaxşı oyun göstərəcəyik“
6-07-2021, 18:02
Şota Arveladze:
Şota Arveladze: "Neftçi" "Dinamo"dan daha güclü görünür"
1-07-2021, 11:09
"Qarabağ"ın yeni transferi Malinovski : "Portuqaliyada bəzi tanışlardan soruşdum"
18-06-2021, 11:05
Mahir Emreli:
Mahir Emreli: " Məşqçimiz mənə necə davranmalı olduğumu izah edir"
  Xəbər Lenti
Həftənin ən yaxşısı adına namizədlər bəlli oldu - Çempionlar Liqası 15.10.2026, 13:17
"Aston Villa" - "Fənərbaxça" 6:0 - VİDEO 15.10.2026, 12:16
Ceydon Sanço İspaniya klubuna keçə bilər - Transfer xəbərləri 15.10.2026, 11:33
"Vikinq"in kapitanı: "Oliseni qıcıqlandırmağı bacardıq" 15.10.2026, 11:01
Mbappe Messini geridə qoydu - Xarici xəbərlər 15.10.2026, 10:10
Vinisius “Barselona” ilə oyunu buraxacaq - Xarici xəbərlər 15.10.2026, 09:17
AFFA 190 min manat borcu olan bu kluba STOP QOYDU 15.10.2026, 08:08
Fikayo Tomorin "Milan"a rədd cavabı verdi - Xarici xəbərlər 14.10.2026, 18:09
“Fulhem”in baş məşqçisi bu mütəxəssiz olacaq - Xarici xəbərlər 14.10.2026, 17:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb