



Rəşad Əzizli: Baş hakim təmiz qolumuzu saymadı"
"Səbail" klubunun təcrübəli qapıçısı Rəşad Əzizlinin Futbolmedia.Az saytına müsahibəsi.
Rəşad Premyer Liqanın 24-cü turunda son ölkə çempionu olan “Neftçi”yə qarşı oynadınız. Gərgin və maraqlı keçən görüşdə minimal hesabla uduzdunuz. Bir təcrübəli qapıçı kimi oyunu dəyərləndirərdin?
“Neftçi” qış fasiləsindən sonra çox yaxşı formadadır. Demək olar ki, uzun zamanı məğlub olmurlar. Rəqib komanda ilə oyunumuz çətin oldu. Sadəcə, “Neftçi” meydanda azlıqda qaldıqdan sonra geri oturdu. Bundan sonra bizim hücumlarımızın kəsəri artdı. Biz rəqibə güclü presinq tətbiq etdik. “Neftçi” özü də, bunu gözləmirdi. Hətta bizim açıq futbola üstünlük verəcəyimizi də, gözləmirdilər. Çünki itirəcəyimiz heçnə yox idi. Kifayyət qədər real qol imkanlarımız oldu. Çox təssüfflər olsun ki, dəyərləndirə bilmədik.
“Neftçi”nin heyətində kifayyət qədər səviyyəli hücuma meyilli futbolçular var. Qapınız qarşısında da, real qol imkanları oldu. Bu oyunda komndanızın ən yaxşılarından biri sən oldun. Yaxşı oyun, və qurtarışlarla komandanı bir çox qollardan qurtardın. Bəs sən öz oyununla bağlı nələr deyərdin?
Mən öz oyunumu oynayıram. Hər gün, hər oyundan-oyuna artımağa çalışıram. Və düşünürəm ki, buna nail oluram. Əlimdən gələni etdim ki, komandama kömək olum. Bir çox epizodlarda qurtarışlar etdim. Buraxdığım qola gəlincə isə bu qolu nə biz, nədə ki, rəqib gözləmirdi. Yəni həmin qoldan saniyələr öncə, qayda pozuntusu vardı. Hər kəs düşündü və gözlədi ki, hakim oyunu saxlayıb, cərimə zərbəsi təyin edəcək. Lakin hakimin fiti susdu. Çünki futbolçunun başına birbaşa zərbə vardı. Buna görə gözlənilməz qol oldu. Lakin ruhdan düşmürük. Əlimizdən gələni edəcəyik ki, sonuncu pillədən qurtulaq.
Oyuna görə götürsək bu oyundan xalla ayrılmaq şansınız vardı. Səncə, “Neftçi”dən xal almağa nə çatmadı?
İlk növbədə, bəxtimiz gətirmədi. Kifayyət qədər real qol imkanlarımız oldu. Sanki top rəqibin qapısından keçmək bilmirdi. Bundan başqa hakimin qərarı nəticəyə də, brbaşa təsir etdi. Bir real qol epizodumuz zamanı top rəqibin qapı xəttini keçmişdi. Lakin hakim bunu qeydə almadı. Birbaşa nəticəyə təsir etdi. Yəni təmiz qolumuzu qeydə almadı. Oyunumuza gəlincə isə hər şey göz qabağında idi. Rəqibdən daha çox real qol epizodumuz oldu.
Hazırda müqavilə ilə məxsus olduğun sabiq komandan “Neftçi”yə qarşı oynadın. Məncə, oyunun ən yaxşılarından biri sən oldun. Bir neçə turdu ki,yüksək performans göstərirsən. Səncə, “Neftçi” bütün bunları nəzərə alaraq, səni komandada saxlayacaq. Yəni sənə ehtiyyac duyacaqmı?
Bunun necə olacağını yalnız mövsümün sonunda görəcəyik. Sizinlə razıyam ki, bir neçə turlardı ki, yaxşı çıxışlarım oldu. Lakin bütün bunlar “Neftçi” rəhbərliyinin qərarından aslıdır. Mənim özümə gəlincə isə təklif gələrsə, masa arxasında oturub söhbət etmək olar.
Artıq mətbuatda da, sənin bir neçə klubla adın hallanır. Yəni bir neçə klubdan transfer təklifi aldığın deyilir. Bununla bağlı nə deyərdin. Bu klubların içərisində “Qəbələ”nin də olduğu yazılıb?
Gələn təkliflər arasında ilk növbədə “Neftçi” ilə danışığa üstünlük verəcəm. Çünki bu klub mənə çox əzizdir. Digər təklifləri də, nəzərdən keçirirəm. Yəgin ki,mövsümün sonunda hər şeyə aydınlıq gələcək.
Əli HƏYATİ
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |


























