



Cavid Tağıyev : "Komanda sanki "qara zolağ"a düşüb"
"Səbail" klubunun futbolçusu Cavid Tağıyevin Futbolmedia.Az saytına müsahibəsi.
Cavid ölkənin ən güclü klubu “Qarabağ”la qarşılaşdınız. Bol qollu keçən bir oyunda böyük hesabla məğlub oldunuz. Komandanın təcrübəli futbolçusu kimi bu matç və məğlubiyyət haqda nə deyərdin?
Çətin bir qarşılaşma olacağını əvvəlcədən bilirdik. Buna görə çox diqqətli yanaşırdıq. Lakin ümüd edirdik ki, bu oyunda xal qazanacağıq. Buna görə də, oyun zamanı da, irəli atılırdıq. Lakin çox təəssüflər olsun ki, böyük hesabla məğlub olduq. Lakin bu oyunu artıq unutmuşuq. Çünki bizi qarşıda “Qəbələ” ilə daha çətin bir oyun gözləyir.
Oyununuzda qırılma nöqtəsimi deyim, və ya darmadağının başlanğıcını buraxdığınız erkən qolla əlaqələndirmək olarmı. Çünki siz “Qarabağ”ı məğlub edib, xal almağı bacarmışdınız. Yoxsa başqa bir çatışmamazlıqlarla əlaqələndirərdin?
Əslində, oyunun hansı hesabla bitəcəyini öncədən bilmək olmur. Lakin erkən gələn qol oyunumuza, nəticəyə çox təsir etdi. Əlbəttə ki, erkən qoldan sonra komanda daxilində bir ruh düşgünlüyü olur. Biraz bəxtsizlik də, öz sözünü dedi. Biz səfərə xal arxasınca getmişdik.
Niyə uzun müddətdir ki, qələbəyə həsrət qalmısınız. Komanda daxilində nə baş verir. Ümumiyyətlə, “qara zolağ”ın səbəbini nədə görürsən?
Belə böyük bir çatışmamazlıq yoxdur. Bütün komanda meydanda sona qədər vuruşur. Doğrudan da, komandamız “qara zolağ”a düşüb. Çox çalışırıq ki, bu “qara zolağ”dan çıxaq. Lakin hələ ki, bir şey alınmır. Lakin ruhdan düşmürük. İnanıram ki, bu uğursuzluğa “Qəbələ” ilə oyunda son qoyacağıq.
Növbəti oyun daha bir güclü rəqib “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyunda qələbə qazanmaq , ən azı xal almaq şanslarınızı necə qiymətləndirərdin?
“Qəbələ” çox yaxşı, öz oyununu oynaya bilən komandadır. Yəni çətin rəqiblərdən biridir. Düşünürəm ki, bizi asan oyun gözləmir. Bu oyuna ancaq qələbə üçün çıxacağıq. Çünki başqa yolumuz qalmayıb. Hazırda turnir cədvəlində sonuncu pillədə qərarlaşmışıq. Bu amil bizi çox narahat edir. Bilirik ki, azarkeşlərimiz də, bizdən qələbə gözləyir. Məqsədimiz bu oyundan 3 xalla ayrılmaqdır.
Əli HƏYATİ
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
“Bavariya”nın əsas üzvü Maykl Olise “Atletiko” ilə oyunda olmayacaq - Xarici xəbərlər 2.11.2026, 17:06
“Bornmut”un yarımmüdafiəçisi Aleks Skott üçün “Çelsi”dən 120 milyonluq təklif - Transfer xəbərləri 2.11.2026, 16:14
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..." 2.11.2026, 15:21
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı 2.11.2026, 14:29
"Sumqayıt" "Şəfa"ya qarşı - YENİLƏNİR 2.11.2026, 14:04
“Barselona”nın müdafiəçisi Alexandro Balde “Mançester Yunayted”ə keçir - Transfer xəbərləri 2.11.2026, 13:21
Canlı əfsanə Peter Şmeyxel: “Martines “Mançester Yunayted” səviyyəsində oyunçu deyil” 2.11.2026, 12:20
"Kasımpaşa" - "Beşiktaş" 2:2 - VİDEO 2.11.2026, 11:27
Mİllimizin üzvü Zamiq Əliyev oynadı, komandası qələbə qazandı - Albaniya Superliqası 2.11.2026, 11:05
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |

























