FutbolMedia.Az
  • 18:03 Şənbə
    7 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Faiq Hacıyevi:

Faiq Hacıyevi: "Turan Tovuz"la avrokuboklarda daha irəli getmək istəyirik"

"Turan Tovuz" klubunun kapitanı Faiq Hacıyevin Futbolmedia.az saytına müsahibəsi.



İlk olaraq, Faiq mükəfatçılar pilləsinə və avrokuboklara vəsiqə qazanmaq münasibəti ilə təbrik edirəm. "Turan Tovuz"un kapitanı kimi bu mövsüm necə dəyərləndirirsən?

Bu mövsümü çox yaxşı keçirdik. çempionata qədər də, çox yaxşı təlim-məşq keçmişdik. Düzünü deyim ki, çox ağır bir mövsüm oldu. Rəqiblərimiz çox güclü idi. İldən - ilə də, rəqiblərin gücü artır. Lakin bütün çətinliklərə baxmayaraq istəyimizə çatdıq. Şükürlər olsun ki, illərdi xəyallarını qurduğumuz avrokuboklara vəsiqə qazandıq. Bu mövsüm bizim üçün əla oldu.

Mövsümün əvvəlində heç inanırdınız, düşünürdünüz ki, avrokuboklara vəsiqə qazanacaqsınız?

Çox çətin görünürdü. Lakin özümüzə inanırdıq. Əslində, məqsədimiz daha yuxarı pillədə qərarlaşmaq idi. Lakin bu nəticə də, pis deyil. Hətta daha yaxşı yer tuta bilərdik. Sadəcə, bir neçə oyunda bəxtimiz gətirmədi ki, istəyimizi reallaşdıraq. Hər şeyə rəğmən üzərimizə düşən missiyanı yerinə yetirə bildik. Hər şey bizim üçün əla sonluqla bitdi.

Faiq Hacıyevi:


Komandanın kapitanı kimi öz oyunundan razı qaldınmı?

Əlmdən gələni etdim ki, komanda yaxşı nəticələr qazansın. Düşünürəm ki, pis alınmadı. Öz haqqımda çox şeylər demək istəməzdim. Bunu kənardan desələr daha yaxşı olar. Lakin daha yaxşısını da, edə bilərdim. Çünki buna potensialım imkan verir.

Əslində, sən müdafiədə komandanın ən yaxşılarından biri idin. Bunu mətbuat da, sənin oyununu qiymətləndirən zaman, dəstəkləyən zamanlar da, görünürdü. Komandanın müdafiədəki nizam - intizamlı oynamasında da, sənin böyük rolun var. Sən necə düşünürsən?

Hər kəs kimi mənim də, bu uğurlarda payımın olmasına çox sevinirəm. Mövsüm boyu məni və oyunumu diqqətdə saxlayan mətbuat nümaəyəndələrinə də, təşəkkür edirəm. Əslində, biz bunu komanda şəklində bacardıq. Həm bizə daima dəstək olan rəhbərliyin, baş məşqçi və rəhbərlik heyətinin, futbolçuların, bütün heyətin əziyyətidir. Çalışacam ki, daha yaxşı oyun sərgiləyim. Biz komanda şəklində güclüyük.

Sən artıq illərdi ki, "Turan Tovuz"un formasını geyinirsən. Kluba gələn rəhbərlik haqqında nə deyərdin?

Klubumuzun rəhbəri Ehtiram müəllim və bütün rəhbərlik heyəti komandaya hər cürə dəstək oldular. Həm çətin gündə, həm də, yaxşı gündə yanımızda durdular. Çox əziyyətləri oldu. Klubumuzun həm Bakıda, həm də Tovuzda yeni bazasının tikilməyi elə çox şeydən xəbər verir. Bu uğurların böyük pay sahibləridirlər. Belə əziyyət çəkən klub rəhbərliyi görməmişəm. Komanda üçün can yandırdılar. Biz də, öz oyunumuzla, nəticələrlə çalışdıq ki, onları futboldan küsdürməyək. Şükürlər olsun ki, hər şey yaxşı oldu.

Necə düşünürsən, "Turan Tovuz" avrokubokda yeni tarix yaza biləcəkmi?

İnşəallah ki, fikrimiz elə budur.Biz bu yerə, avrokuboklara bir mərhələ adlamaq üçün çıxmamışıq. Məqsədimiz daha da, irəliyə getməkdir. Çox çətin olacaq. Lakin ən yaxşısını etməyə çalışacağıq. Mən buna inanıram.

Faiq sən Tovuz klubunda qalcaqsanmı? çünki bildiyimizə görə mövsüm ərzində stabil oyununla digər iddialı klubların diqqətini çəkdin. Yəgin ki, sənə təkliflər var?

Mənim hələ "Turan Tovuz"la bir illik müqaviləm var. Bütün fikrim, diqqətim bu komandadadır. Bəli. Təkliflər artıq var. Bunu gizlətmirəm. Lakin hələ bu barədə nəsə düşünməmişəm. Hələr qərarlar verməmişəm. Mənim futbolçu olmağımda ən böyük əziyyəti olan "Turan Tovuz"dur. Buna görə də, onlara çox minnətdaram. Məhz buna görə bütün diqqətim hazırda Tovuz klubundadır. "Turan Tovuz"la davam edərək, daha yaxşı nəticələr əldə etmək istəyirəm.

Əli HƏYATİ

16-05-2026, 08:16
12440
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
3-02-2026, 17:02
Faiq Hacıyev:
Faiq Hacıyev: " Hər iki cəbhədə sona qədər mübarizə aparacağıq"
28-09-2025, 16:05
Faiq Hacıyev : “Turan Tovuz”un kapitanı olmaq mənim üçün şərəfdir
Faiq Hacıyev : “Turan Tovuz”un kapitanı olmaq mənim üçün şərəfdir"
7-06-2023, 11:00
"Turan Tovuz"un futbolçusu Xəyal Nəcəfov: "Hal hazırda danışıqlar gedir" (Özəl açıqlama)
5-06-2023, 13:04
"Turn Tovuz"un futbolçusu Veysəl Rzayev: "Özümü yaxşı tərəfdən göstərə bildim" (Özəl açıqlama)
1-03-2023, 09:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "De Byazi və Arif Əsədovdan milliyə dəvət gözləyirəm"
19-01-2023, 13:54
Tərlan Quliyev:
Tərlan Quliyev: "Çempionatda yaxşı oynayan futbolçulara təkliflər olacaq"
4-01-2023, 16:42
Tərlan Quliyev:
Tərlan Quliyev: "Turan Tovuzun" fasiləyə qədərçıxışını uğurlu saymaq olar"
1-11-2022, 15:56
Tərlan Quliyev:
Tərlan Quliyev: "Əlimizə düşən fürsətdən maksimum yararalandıq"
12-10-2022, 15:19
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Gəncə səfərindən qələbə ilə dönmək istəyirik"
4-09-2022, 14:42
Tərlan Quliyev:
Tərlan Quliyev: "Çətinliklərə baxmayaraq səfərdən qələbə ilə dönməyi bacardıq"
27-08-2022, 15:06
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sumqayıt"la oyunda qələbə də, qazana bilərdik"
15-08-2022, 09:21
Tərlan Qulliyev:
Tərlan Qulliyev: "Səbail"lə oyunda əsl xarakter göstərdik"
  Xəbər Lenti
"Roma" İngiltərə klubundan Ceymi Gittens üçün ağız açdı - Transfer xəbərləri 7.11.2026, 17:40
Azərbaycan U-21 millisinin heyəti açıqlandı 7.11.2026, 17:08
Leroy Sane "Qalatasaray"ı ABŞ klubuna dəyişə bilər - Transfer xəbərləri 7.11.2026, 16:07
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər 7.11.2026, 15:35
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - YENİLƏNİR 7.11.2026, 14:08
Neymarın atası “Santos”un baş direktoru oldu - Xarici xəbərlər 7.11.2026, 13:07
“Hamburq” “Borussiya”nı məğlub etdi - Almaniya Bundesliqası 7.11.2026, 12:06
PSJ hücumçusu Usman Dembeleilə yeni müqavilə imzalamağa yaxındır - Transfer xəbərləri 7.11.2026, 11:04
Millimizin üzvü Cəlal oynadı, komandası qalib gəldi Rumıniya çempionatı 7.11.2026, 10:12
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb