FutbolMedia.Az
  • 13:26 Çərşənbə axşamı
    28 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Faiq Hacıyev:

Faiq Hacıyev: " Hər iki cəbhədə sona qədər mübarizə aparacağıq"

"Turan Tovuz" klubunun kapitanı Faiq Hacıyevin Futbolmedia.az saytına müsahibəsi.

Faiq ölkə kubokunda ilk oyunda “Kəpəz”i minimal hesabla məğlub etdiniz. Çox çətin və gərgin oyun oldu. Komandanın kapitanı olaraq dünənki bu oyun haqqında fikirlərini bilmk istərdim?

Çox çətin vəgərgin oyun oldu. Ümumiyyətlə kubok oyunları çox çətin keçir. Çünki rəqiblərlə iki dəfə üz-üzə gəlirsən. Mərhələnin taleyi iki oyundan ibarət qazandığın nəticə mərhələ adladır. Gəncə komandası da həmin oyunda çox istəkli oynadı. Rəqib komanda bizə çox müqavimət göstərdi. Lakin sonda qazanan tərəf biz olduq. Buna görə də, çox şadıq. Əlimizdən gələni edəcəyik ki, ikinci oyunda da, qalib gələrək, mərhələ adlayan tərəf biz olaq. Buna inamımız çoxdur.

Premyer Liqada da, yaxşı irəliləyirsiniz. Bunu nəzərə alsaq mövsümün sonunda daha yaxşı yerlərdə, daha konkret mükəfatçılar sırasında qərarlaşmaq şansını necə dəyərləndirirsən?


İnşəallah hər iki cəphədə sona qədər mübarizə aparamağa çalışacağıq. Bacardığımız qədər mövsümün sonunda yüksək pillədə olmaq istəyirik. Bu ay çox sıx qrafikli oyunlarımız var. Buna görə də, bu ayda qazanacağımız nəticələr çox önəm və əhəmiyyət daşıyacaq. İnanıram ki, belə davam etsək, daha yeksək pillələrdə qərarlaşa biləcəyik.

Komandanın kapitanı olaraq “Kəpəz”lə oyunda baş məşqçiniz Kurban Berdiyevə göstərilən qırmızı vərəqəni ədalətli hesab edirsən. Yoxsa daha yumşaq qərar olmalı idi?

Hakimlərin bir qədər sərt olduğunu düşünürəm. Belə oyunlarda gərginlik çox olur. Hakimlər də, gərək baş məşqçiləri başa düşsünlər. İnsan olduğumuz üçün emosiyalarımıza hakim ola bilmirik. Düşünürəm ki, bu qədər sərt cəza , qırmızı vərəqə verməməkdə olardı.

Komandanızın əsas silahlarından biri də, müdafiədə yaxşı və diqqətli oynamağınızdır. Bu müdafiənin başında, ən yaxşılarından biri də, sənsən. Öz oyununu necə qiymətləndirirsən?

Mən öz oyunum haqqında çox danışmağım düzgün olmaz. Bunu kənardan daha yaxşı qiymətləndirilə bilər. Baş məşqçimiz Kurban Berdiyevə təşəkkür edirəm. Əla bir komanda formalaşdırır. Həm müdafiədə, həm də, hücumda yaxşı oynaya bilirik. Mən də, həm müdafiədə, həm də, kapitan kimi meydanda var gücümü qoyuram. Çalışıram ki, meydanda çox az səhvlər edim. Öz üzərimdə çox çalışıram. Çalışacam ki, stabil oyun sərgiləyim.

Mövsümün sonunda ən yaxşı oyunçular sıralaması olacaq. Bu sıralamad ən yaxşılar sırasında belə getsə sən də, ola bilərsən. Bununla bağlı nə deyərdin?

Məni belə dəyərləndirdiyiniz üçün təşəkkür edirəm. Mən də, bu diqqətə layiq olduğumu isbatlamaq üçün əlimdən gələni edəcəm. İnşəAllah ki, bu sıralamada olarıq. Bununla yalnız qürur duymaq olar.

Vətən müharibəsində qalib gəldik. Kifayyət qədər şəhid və qazimiz oldu. Onlar hər zaman diqqət və qayğı ilə əhatə olurlar. Hətta qazilərin müalicəsində, Yaşat Fonduna belə idman camiəsindən məşqçilər, futbolçular və klub rəhbərləri belə ianə və yardımlar ediblər. Sən bu sıralamalarda olmusanmı? Və ya olmaq istərdinmi?

Şəhid və qazilər bizim xalqın və eyni zamanda mənim baş tacımdır. Onlarla qürur duyuruq. Və qəlbədə, azadlığımızda, rahat yaşamağımızda da, onlara ölənə qədər borcluyuq. Əlbəttə ki, bununla bağlı hər zaman ən yaxşısını etmək istəmişəm. Müharibə vaxtı yaxın qohum və ailə üzvlərim dəstək olub. Mən də, hər zaman hazıram. Yenə deyirəm bu hamımızın borcudur.

3-02-2026, 17:02
5397
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
28-09-2025, 16:05
Faiq Hacıyev : “Turan Tovuz”un kapitanı olmaq mənim üçün şərəfdir
Faiq Hacıyev : “Turan Tovuz”un kapitanı olmaq mənim üçün şərəfdir"
5-03-2023, 09:09
Rövşən Şahmuradov:
Rövşən Şahmuradov: "Kəpəz"lə səfərdə çox çətin oyun olacaq"
1-02-2023, 16:43
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sumqayıt"la oyunda çox kobud səhvlər etdik"
10-12-2022, 15:20
Tural Axundov:
Tural Axundov: "Tovuzda qalib gəlib əvəzini çıxarıq"
25-11-2022, 08:00
Tural Axundov:
Tural Axundov: "Sumqayıt"la oyunda böyük hesabla qalib gələ bilərdik"
24-10-2022, 09:09
Tural Axundov:
Tural Axundov: "Qəbələ" ilə oyunda qələbəyə layiq oynadıq"
12-10-2022, 15:19
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Gəncə səfərindən qələbə ilə dönmək istəyirik"
13-03-2022, 12:17
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Vurduğum qollara görə məni Ronaldoya bənzədirlər"
8-02-2022, 19:35
Bahadur Həziyev:
Bahadur Həziyev: "Qarabağ"la çətin oyunda sona qədər döyüşməliyik"
2-02-2022, 17:17
Bəxtiyar Həsənalızadə:
Bəxtiyar Həsənalızadə: "Neftçi" ilə oyunda hətta qələbə qolunu da vura bilərdik"
18-11-2021, 12:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Sabah”la oyunumuz çox çətin olacaq"
25-10-2021, 18:18
Tərlan Quliyev:
Tərlan Quliyev: “Əlimdən gələni edirəm ki, komandam qalib gəlsin“
  Xəbər Lenti
"Real"da ciddi itki - Xarici xəbərlər 28.07.2026, 13:18
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 28.07.2026, 12:29
“Liverpul” fransalı futbolçu üçün ilk rəsmi təklifini edəcək - Transfer xəbərləri 28.07.2026, 12:06
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri 28.07.2026, 11:07
"Zirə"nin yeni transferinə baxın - VİDEO 28.07.2026, 10:15
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı - Xarici xəbərlər 28.07.2026, 09:13
Azərbaycan 1-ci və 2-ci liqalarında püşk bu tarixdə atılacaq 28.07.2026, 08:11
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər 27.07.2026, 18:06
"Qarabağ" Futbol Klubunun Fan Shop mağazası 28 Mall-da fəaliyyətə başlayacaq 27.07.2026, 17:45
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-07-2026, 17:10
ÇSKA -
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxarıldı
24-07-2026, 19:15
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu -
Kloppdan Almaniya millisinin baş məşqçisi oldu - Xarici xəbərlər
24-07-2026, 18:11
"Zirə"dən ayrılan Leroy Mikels Almaniya klubuna keçdi - Transfer xəbərləri
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
26-07-2026, 11:07
"Yuventus" PSJ-nin qolkiperini transfer etmək istəyir - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 10:11
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Bəzi yeni oyunçuların yolunu gözləyirik"
25-07-2026, 17:04
"Mançester Siti" özbəkistanlı müdafiəçi ilə müqavilə imzaladı - Transfer xəbərləri
25-07-2026, 16:12
"Turan Tovuz" akademiya üçün futbolçular seçdi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb