



"Səbail" klub rəhbəri səbirli olmalı, Şahin Diniyevə güvənməlidir -YAZI
Azərbaycan premyer liqasının 5-ci turu arxada qaldı. Dünən ölkə futbol camiəsi Tovuzda çox maraqlı bir qarşılaşma olacağını gözləyirdi. Avropa və slovyan ölkələrində kifayyət qədər tanınmış məşqçi Kurban Berdiyevlə azəraycanlı mütəxəssiz Şahin Diniyevin duaelini gözləyirdilər. İlk olararq, deyim ki, "Səbail" səfərdə meydan sahiblərindən çəkinmədi, hətta daha cəsarətli hucum futbolu oynadı. Dünənki matçda bir çoxları mənimlə razılaşar ki, nəticə oyuna görə olmadı. Şahin Diniyev və komandası ən azında bu oyunda 1 xala, heç - heçəyə layiq idilər. Tovuz klubu heyətində bu qədər yüksək səviyyəli futbolçuları olsa da, "Səbail" komandasından çox ehtiyyat edirdilər. "Turan Tovuz"un oyunundan, baş məşqçisi Berdiyevin taktikası və meydanda özünə əl ataraq, qışqırması, həyacanlı şəkildə bütün matçı keçirməsinin bir adı var. Dünənki oyunda K.Berdiyev qonaqların baş məşqçisi Şahin Diniyevdən çox çəkinirdi. Qola qədədr "Turan"Tovuz" aktiv olsa da, qoldan sonra və matçın sonuna kimi "Səbail" matçın üstün olan, tərəf idi. Düşünürəm ki, Şahin Diniyevin yetirmələrnin dünənki oyunda biraz da, bəxti gətirmədi. Bir neçə real qol şansı oldu ki, yararlana bilmədilər. Ancaq gəlin açıq danışaq ki, K. Berdiyev və onun komandası, taktikası utancvericidir. Ay kişi əlində bu qədər material ola, səviyyəli futbolçuların, legionerlərin ola -ola qorxaq, müdafiə futbolu oynayasan. Çempionat başlayandan belədir. Fikir verirsinizsə, "Turan Tovuz" qol vuran kimi komanda şəklində qapanır, müdafiə futboluna üstünlük verir. Mən buna müdafiə futbolu deməzdim. Qorxaq, cəsarətsiz oyun. Özünüz də, görürsünüz ki, Tovuz klubunun bütün futbolçuları hesabda irəlidə olan zaman özlərini tez-tez yerə atır, zədəli kimi qələmə verirlər. Belə rəzalət K. Berdiyev adına da, yaraşmadı. Şahin Diniyev kimi güclü, mərd, güclü rəqiblərindən belə çəkinmədən hucum və baxımlı futbola üstünlük verir. Bax əsl futbol Şahin Diniyev, Qurban Qurbanovun oynatdığı futboldur. Bu gedişlə, Tovuz klubu çox uzağa gedə bilməz. Kim nə deyir desin, ölkənin ən əla, sürətli,maraqlı, hücum futbolu oynayan komandalarından biri də, Şahin Diniyevin "Səbail"dir. Qarşıdan "Səbail"i çətin matç gözləyir. "Qarabağ"la oyunlar istənilən rəqib üçün həm çətin, həm də, öldürücü ola bilir. Sirr deyil ki, bir çox məşqçilər "Qarabağ"la oyunlarda böyük hesabla uduzduqdan sonra baş məşqçiləri istefa verirb. Və ya klub tərəfindən qovulub. Lakin "Səbail" rəhbərliyi nəticədən aslı olmayaraq, səbirli olmalı, ən azı qış mövsümünə kimi şans tanımalıdır. Çünki "Səbail" getdikcə keçənilki performansını yavaş-yavaş yığmağa başlayır. Baxmayaraq ki, keçən ildə ayrılan büdcə ilə indiki arasında fərq yerlə -göy qədər böyükdür. Yəni klub rəhbərliyi maliyəni yarıba-yarı azaltdı. Bu isə çox şey deməkdir. "Qarabağ"la oyunda "Səbail" böyük hesabla uduzsa belə bu faciə olmayacaq. Çünki "Səbail"in qarşısındakı rəqib bir aydan sonra avroliqada avropanın beşlik ölkələrinin klubları ilə mübarizə aparacaq. "Qarabağ" bu turnirdə "Ayaks", "Lion", "Totenxem", "Olimpiakos" və sair. Ay kişi sən adlara, klublara bir bax. Dünnyanın ən tanınmış güclü klubları ilə bir turnirdə iştirak edən "Qarabağ"a böyük hesabla uduzsan belə bu faciə olmaz. "Səbail" rəhbərliyi bu il də, səbirli olmalı, Şahin Diniyevə güvənməlidir. Necə ki, neçə ildi hocaya güvəndiyi kimi bunun bəhrəsini görür. "Səbail" Şahin Diniyevin gəlişindən sonra klubların apazaltısı olmaqdan çıxıb. Həmin "Səbail"dir ki, keçən mövsüm "Qarabağ"ı məğlub etdi. Nəyin ki, "Qarabağ"ı kimləri məğlub etmədi ki?buna görə səbirli olaqda fayda var. Hazırki durumda Şahin Diniyevdən ideal məşqçi "Səbail" üçün ola bilməz. Ən yaxşı seçim "Şahin Diniyevdir. Belə bir məslə var ki, ayağını yorğanına görə uzatmaq olur. Kluba rəhbərlik nə qədər maliyə ayırıbsa, nəticə də, ona görə olmalıdır. Az büdcə ilə çempion ola bilmərsən. ŞƏxsən mən bir ənqidçi jurnalist, futbol mütəxəssisi kimi Şahin Diniyəvə inanır və güvənirəm.
ƏLi HƏYATİ
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























