



“Tottenhem” Keyni geri qaytarmaq istəyir - Xarici xəbərlər
“Tottenhem” “Bayern”in hücumçusu Harri Keynin komandaya mümkün qayıdışını nəzərdən keçirir.
Futbolmedia.az “The Telegraph”-a istinadən xəbər verir ki, London klubu futbolçunun gələcəkdə komandaya qayıtmasını istəyir.
Keyn Almaniya klubu ilə müqaviləsinin müddətini uzatsa da, “Tottenhem” onun transferi ilə bağlı üstün hüququnu qoruyub saxlayır. Belə ki, klub “Bayern”in hücumçu üçün qəbul edə biləcəyi istənilən təklifə bərabər şərtlərlə təklif vermək hüququna malikdir.
Keynin İngiltərə klubuna qayıdışı isə oyunçunun öz qərarından asılı olacaq. O isə daha əvvəl Münhendə özünü xoşbəxt hiss etdiyini bildirib.
Keyn 2004-cü ildə “Tottenhem”in akademiyasına qoşulub. 33 yaşlı hücumçu əsas komandada isə 2011–2023-cü illərdə çıxış edib. O, daha sonra 2023-cü ilin avqustunda “Bayern”ə transfer olunub.
Azərbaycan Premyer Liqası| № | Komanda | o | x |
| 1 | Qarabağ | 27 | 57 |
| 2 | Neftçi | 27 | 56 |
| 3 | Zirə | 27 | 38 |
| 4 | Sumqayıt | 27 | 36 |
| 5 | Sabah | 27 | 26 |
| 6 | Qəbələ | 27 | 26 |
| 7 | Səbail | 27 | 24 |
| 8 | Keşlə | 27 | 23 |
| № | Komanda | o | x |
| 1 | Araz | 17 | 51 |
| 2 | Marafon | 17 | 39 |
| 3 | EKOL | 17 | 39 |
| 4 | Neftçi İK | 17 | 36 |
| 5 | Baku Fire | 17 | 28 |
| 6 | Bakı TFK | 17 | 17 |
| 7 | Premier Quba | 17 | 14 |
| 8 | Record club | 17 | 13 |
| 9 | Xızı Futzal | 17 | 12 |
| 10 | Yasamal İSK | 17 | 5 |
| № | Komanda | o | x |
| 1 | Neftçi-2 | 27 | 64 |
| 2 | Zaqatala | 27 | 56 |
| 3 | Turan-Tovuz | 27 | 51 |
| 4 | Sabah-2 | 27 | 45 |
| 5 | Qarabağ-2 | 27 | 34 |
| 6 | Keşlə-2 | 27 | 31 |
| 7 | Qaradağ Lökbatan | 27 | 29 |
| 8 | Kəpəz | 27 | 28 |
| 9 | Sumqayıt-2 | 27 | 22 |
| 10 | MOİK | 27 | 20 |
























