FutbolMedia.Az
  • 11:53 Bazar
    1 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Hakimlər

Hakimlər "Səbail"in və Şahin Diniyevin qələbə haqqını yedilər - YAZI

Misli Premyer Liqasının 28-ci turunda keçirilən "Səbail" - "Turan Tovuz" matçında yenə hakimlər "Səbail"in əleyhinə hoqqa verdilər. Hakimliklə bağlı rəzillik yenə də, davam edir. Hələ gələk matçdakı oyuna. Şahin Diniyevin komandası "Səbail" meydanda ilk dəqiələrədən oyuna diqtə edirdi. Çoxlu sayda real qol imkanları yaratdılar. Elə bunun nəticəsidir ki, qarşılaşmanın 21-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Pedro Nuno gözəl zərbə ilə hesabı açdı. Elə bundan sonra da, meydan sahiblərinin ilk hissədə bir neçə real qol imkanı oldu. İlk hissəni qalib bitirməyə layiq oyun nümaiş etdirən Şahin Diniyevin komandası sözün əsl mənasında şoka düşdü. Deyir sən saydığını say, gör matçın baş hakimi, VAR-kı səriştəsiz hakimlər və adı qalmaqalda hallanan baş hamim Rəvan Həmzazadə nə hoqqa verir. Əvvəlcə hakimlər briqadası matçın 30-cu dəqiqəsində "Səbail"in qapısına obsurd penalti qərarı verməyə cəhd etdilər. Lakin həmin epizod açıq-aydın göründüyü üçün buna risk etmədilər.

Hakimlər "Səbail"in və Şahin Diniyevin qələbə haqqını yedilər - YAZI


Çox çəh-çevirdən sonra fikirlərindən vaz keçdilər. Çünki top meydan sahibi futbolçusunun öz ayağından yerə dəyərək əlinə dəymişdi. Bu amil isə qətiyyən penalti ola bilməzdi. Lakin baş hakim Rəvan həzrətləri və onun VAR-da oturan qərəzli hakimlik edən həmkarları öz çirkin niyyətlərindən əl çəkmədilər. Nə olursa -olsun, "Səbail" bu oyunda qalib gəlməməli, qapısında penalti görməlidir deyərək, növbəti biabırçılığa əl atdılar. Oyunun 45+3 dəqiqəsində baş verən hadisəyə penalti göstərən hakimin, hakimlikdən xəbəri yoxdur deyərdim. "Turan Tovuz"un 21 nömrəli futbolçusu Aleks Souza topa meydan sahiblərin qapıçısı Səlahət Ağayevlə eyni anda çatdılar. Hər ikisi topa toxundu. Sadəcə hakimlər başa düşməlidirlər ki, topa tərəf sürətlə şığıyan futbolçuların eyni anda topa çatmasında belə toqquşma qaçılmazdı. Axı futbolçular da, insandı. Müvazinətini qəfil və istənilən anda saxlaya bilməzlər. Oyunun video görüntüsünə təkrar -təkrar bxmışam. Bu epizod da, penaltidən söhbət gedə bilməzdi. Ən azında qərarsızlıq vardı. Çünki hər iki futbolçu topa eyni anda yaxınlaşdı və toxundu. Nə qədər savadsız və qərəzli hakim olsan ki, belə epizoda penalti təyin edəsən. Görünür hakimlik "Səbail"in həmin günü qalib gəlməsini istəmirdi. Elə Şahin Diniyevin komandasının oyununda qırılma anı bax bu mənasız, dəxlisiz, olmayan penalti ilə başladı. Niyə Şahin Diniyev kimi güclü, bacarıqlı, istedadlı, işini bilən yerli məşqçilərin zəhmətini hədər etmək istəyirsiniz. Tanınmış əcnəbi məşqçilərin komandalarına belə hoqqa vermərsiniz. "Neftçi"nin oyunlarında niyə hakimlər belə hoqqa vermirlər? Çünki "Neftçi"nin yiyəsi böyük, baş məşqçisi də, tanınmış əcnəbidir. Yenə də, bir tənqidçi jurnalist olaraq fikrimdə qalıram ki, Dünən Şahin Diniyev və "Səbail"in haqqını baş hakim Rəvan Həmzazadə və hakimlər briqadası yedi. Konkret Şahin Diniyevdən qələbəni zorla əlindən aldılar. İlk yarıda hesab (1:0) qurtarsaydı, ikinci yarıda tam gücü ilə irəli atılan, müdafiədə çoxlu boşluqlar verməyə məhkum olacaq Turan Tovuz" qapısında daha bir neçə qol görə biləcəkdi. Bu gün belə hakimlik Azərbaycan futboluna üz qarasıdır. Nə edirlər etsinlər, kimlərin sifarişini yerinə yetirirlər yetirsinlər. Şahin Diniyevin komandası bu mövsüm yuxarı pillədə bitirəcək. Bu il onların Avrokubok yarışlarına vəsiqə qazanacağını düşünürəm. Çünki bunun üçün bu klubda hər şey var. Potensial, oyun üslubu, motivatsiya, nizam -intizam hər şey var. Hakimlərin özbaşına, haqsız, qərəzli, qərarlarını bu gün bizlər tənqid etməsək, gələn dəfələr, gələn həftələrdə ağ edərlər. Özünüzü yığışdırın.

Əli HƏYATİ

30-03-2024, 21:06
12656
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
3-03-2024, 21:40
Tsxadadze mifini darmadağın edən adam Şahin Diniev - YAZI
Tsxadadze mifini darmadağın edən adam Şahin Diniev - YAZI
24-02-2024, 22:39
Meydanda fırtına kimi əsən
Meydanda fırtına kimi əsən "Səbail" və ağıllı sərkərdəsi Şahin Diniyev -YAZI
23-01-2024, 07:15
"Səbail" -"Zirə" matçında Şahin Diniyevi qalib saymaq olar - YAZI
4-11-2023, 07:06
Şahin Diniyev və onun meydanda süzən şahinləri -
Şahin Diniyev və onun meydanda süzən şahinləri - YAZI
1-10-2023, 08:04
Güclü rəqiblərinin, hakimlərin canına vəlvələ salan Şahin Diniyev - YAZI
Güclü rəqiblərinin, hakimlərin canına vəlvələ salan Şahin Diniyev - YAZI
26-09-2023, 08:00
Şhin Diniyevdən möhtəşəm
Şhin Diniyevdən möhtəşəm "Poker" -YAZI
17-09-2023, 07:03
Şahin Diniyevli “Səbail” zirvəyə doğru -
Şahin Diniyevli “Səbail” zirvəyə doğru - YAZI
4-09-2023, 07:15
Qladiator döyüşlərindən qalib çıxan Şahin Diniyev - YAZI
Qladiator döyüşlərindən qalib çıxan Şahin Diniyev - YAZI
15-08-2023, 07:03
Şahin Diniyev rəqiblərinə dişini göstərdi -
Şahin Diniyev rəqiblərinə dişini göstərdi - YAZI
14-08-2023, 22:17
Şahin Diniyev narazıdır:
Şahin Diniyev narazıdır: "Penalti yox idi"
5-08-2023, 22:31
Şahin Diniyevi deyəsən hələ siz yaxşı tanımırsınız - YAZI
Şahin Diniyevi deyəsən hələ siz yaxşı tanımırsınız - YAZI
7-05-2023, 22:41
"Səbail"in xilsakarı bizim Şahin Diniyev - YAZI
  Xəbər Lenti
Murad Məmmədov 17 dəqiq meydanda oldu - Kipr çempionatı 1.11.2026, 11:42
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir - YENİLƏNİR 1.11.2026, 11:00
Millimizin üzvü Cəlal oynadı, komandası heç-heçə etdi 1.11.2026, 10:15
“Udineze” - “Roma” 2:5 - VİDEO 1.11.2026, 09:10
Mİllimizin üzvü Renatın komandasının oyunu yarımçıq saxlanıldı 1.11.2026, 08:06
“Qəbələ” - “Qarabağ” matçından - VİDEO 31.10.2026, 21:04
Qurban Qurbanov: “Heyəti gücləndirməklə bağlı işlər davam edir” 31.10.2026, 20:23
İspaniya millisinin üzvü Fermin Lopezi "Barselona"da qalacaq - Transfer xəbərləri 31.10.2026, 17:05
"Turan Tovuz" "Sportiq"in keçmiş futbolçusu üçün danışıqlara başladı 31.10.2026, 16:03
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
2-10-2026, 16:05
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
2-10-2026, 15:23
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
6-10-2026, 09:11
"Şamaxı"nın hücumçusu Abdullahi Şaybu: "Düşünürəm ki, bizim üçün asan olmayacaq" (Özəl Açıqlama)
2-10-2026, 17:00
Türkiyə millisində ciddi itki -
Türkiyə millisində ciddi itki - Millətlər Liqası
1-10-2026, 14:36
“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər -
“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər - Transfer xəbərləri
1-10-2026, 19:22
Joao Feliks agentindən “Barselona”ya xəbər göndərib -
Joao Feliks agentindən “Barselona”ya xəbər göndərib - Transfer xəbərləri
1-10-2026, 17:27
Maykl Cordana məxsus forma 12,26 milyon dollara satıldı -
Maykl Cordana məxsus forma 12,26 milyon dollara satıldı - Xarici xəbərlər
1-10-2026, 14:05
Şotlandiya (U-21) – Azərbaycan (U-21) 5:2 -
Şotlandiya (U-21) – Azərbaycan (U-21) 5:2 - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb