FutbolMedia.Az
  • 22:01 Çərşənbə axşamı
    25 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Biri Elmar Baxşıyevi silkələyib, yuxudan ayıltsın - YAZI

Biri Elmar Baxşıyevi silkələyib, yuxudan ayıltsın - YAZI

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçirilən "Qəbələ”səfərdə "Fehervar”la qarşılaşdı. Belə qarşılaşmaqdansa, heç oynamasa yaxşı olardı. Tam bir rəzalət. “Qəbələ”nin gənc, təcrübəsiz baş məşqçisi haqda çox şey yazmağı məsləhət bilmədim. Daha doğrusu çox tənqid etmirəm. Çünki baş məşqçi kimi hələ futbolda yetərincə təcrübəsi yoxdur. Bundan başqa hələ Azərbaycan futbolu adına səmərələi bir iş görməyib. Əlbəttə ki, səhvləri hələ çox olacaq. Lakin elə səhvlər var ki, onları bağışlamaq olmaz. Onları mütləq deməli, yazmalı və tənqdi etməlisən. “Qəbələ”nin dünənki oyunu tam rəzalət idi. İlk vurduqları qolu qoyaq bir kənara. Çünki rəqib komanda bütün futbolçularla qol vurmaq üçün irəli atılmışdılar. Buna görə, müdafiə xəttində boşluqlar çox oldu. Lakin Macarıstan klubu buraxdığı qoldan sonra necə deyərlər, Elmar Baxşıyevə və komandası “Qəbələ”yə bundan sonra divan tutdular. Oyuna gəlincə, baş məşqçi işi görünmədi. Komanda meydanda pərakəndə, çaşqın və səmərəsiz çıxış etdi. Demək olar ki, oyun boyu rəqibin hücumlarını, zərbələrini dəf etməklə məşğul oldular. Müdafiədəki etibarlı çıxışdan söhbət belə gedə bilməz. Rəqib komandanın bərabərlik qolundan sonra “Qəbələ”nin meydanda nə işlə məşğul olduğunu anlamaq güc. Elmar Baxşıyevə gəlincə isə sanki özünü itirmişdi. Elə bil üzərində basqı vardı. İndi soruşsan ki, bu nə oyun idi, bu nə müdafiədir? Çox güman ki, İlkin Qırtımovun zədəsini bəhanə edəcək. Onda belə sual çıxır ki, “Qəbələ” Azərbaycan çempionatında yaxşı çıxış etdiyi, avrokuboklara vəsiqə qazananda İlkin Qırtımov “Qəbələ”də oynayırdı? Demək bu əsasız özünü –müdafiə olardı. “Qəbələ”nin müdafiəsində oyun-boyu çaşqınlıq höküm sürdü. Açığını deyim ki, “Qəbələ”nin bəxti yaman gətirdi. Hesab daha biabırçı olardı. Onsuz da, səfərdə darmadağınla üzləşdilər. Mərhələnin taleyi elə birinci oyunda həll olundu. Yəni Qəbələdə möcüzə olacağını, evdə rəqibin qapısına 5 cavabsız qol vuracağını söyləmək, nağıllara inanmaq kimi bir şeydir. Mən başa düşə bilmirəm ki, hardandır “Qəbələ”də və baş məşqçisi Elmar Baxşıyevdə bu arxayınlıq. Mcarıstan klubu ilə özü də, səfərdəki oyuna çox arxayın çıxmışdılar. Oyuna sanki ciddi yanaşmıırdılar. Bəlkə biriləri bunlara "Fehervar”ı tək ayaqla məğlub edəcəksiniz deyiblər. Bu acı məğlubiyyətin səbəblərindən biri də, arxayınçılıq, diqqətsizlik oldu. Düzdü, Macarıstan klubu nə “Barselona”, “Livrpul”, nədki “APOEL” deyildi. Onları udmaq olardı. Ümumi götürəndə, “Qəbələ”nin səfərdəki acı məğlubiyyətini baş məşqçinin ayağına yazmaq olar. Elmar Baxşıyevin təcrübəsizliyi,hazırlıqsızlığı, və sair misal göstərmək olar. Lakin müsahibə zamanı Elmar Baxşıyevdən soruşdum ki, “Qəbələ” ilə müqavilənizi yeniləmisiniz? Və yeniləmisinzsə neçə müddətlik. Cavabı belə oldu. “Mənim “Qəbələ” ilə müqaviləmin müddəti həmişəlikdir. Yəni müddətsizdir. Yəni tam arxayın şəkildə nəticə nə olursa olsun, mən “Qəbələ”də işimi davam etdircəm deməkdir. Lakin bu düşüncə Elmar Baxşıyevi yandıra bilər. Elmar Baxşıyev unutmamalıdır ki, bu Azərbaycandır. Bundan başqa futbolda dost, qardaş 2-ci, 3-cü planda olur. Klub rəhbərliyi istənilən futbolçunu, istənilən məşqçini yaxasından tutub qapıdan çölə ata bilir. Məsələn, həmkarınız Aftandil Hacıyevi nümunə göstərə bilərəm. Aftandil Hacıyev illərlə “Səbail”in baş məşqçisi idi. Rəhbərliklə sizdən də, yaxşı dostluq, qardaşlıq, əlaqəsi vardı. Hər zaman rəhbərlik onun arxasında idi. Hətta Aftandil Hacıyev “Səbail”in çətin, pulsuz vaxtlarında belə klubda qəpik-quruşa işlədi. Klubu atıb getmədi. Dostluğuna sadiq qalmışdı. Rəhbərlik də, güya ki, bunu dəyərləndirdi. Onunla müqaviləni uzatdı və 10 gün sonra rəzil şəkildə klubdan qovdu. Klubun bu hərəkəti, əməli, məşqçini alçatmaq oldu. Siz də, rəhbərliyinizə çox güvənməyin. Ehtiyyatlı olun Elmar müəllim. Ola bilər ki, keçən mövsüm çempionatınız uğurlu alındı, həmkarlarım, jurnalistlər biraz dəstək oldular. Gənc, Azərbaycanlı məşqçiyə içi mən qarışıq dəstək nümaiş etdirdik. Necə deyərlər, avrokuboklar öncəsi ruh yüksəkliyi verən dəstək yazılar, müsahibələr alınıb. Lakin bu sizi rahatlamamalıdır. Hər şeyin bir yeri, bir həddi var.

Əli HƏYATİ

22-07-2022, 10:15
15484
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
21-07-2022, 23:50
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Göstərdilər ki, futbolu bilirlər"
18-05-2022, 12:07
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Mütləq onun yerini dolduracaq futbolçuya ehtiyacımız var"
11-05-2022, 12:49
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Səbail" klubunun rəhbərliyi də, qalmağımı istəyir"
4-05-2022, 21:01
Elmar Baxşıyev:
Elmar Baxşıyev: “Qəbələ”ni hesabdan silmək vaxtı deyil"
11-04-2022, 15:10
Ədilxan Qaraəhmədov
Ədilxan Qaraəhmədov "Qəbələ" üzərində möhtəşəm qələbə qazandıq"
8-04-2022, 21:02
Ədilxan Qaraəhmədov:
Ədilxan Qaraəhmədov: "Qəbələ" komanda şəklində daha çox təhlükəlidir"
27-03-2022, 21:03
Əkbər Vəliyev:
Əkbər Vəliyev: "Qəbələ"yə uğurlu nəticə üçün gedirik"
10-02-2022, 09:33
Coşqun Diniyev:
Coşqun Diniyev: "Biz sensasiya olmasını istəmirik" (Eksklüziv)
8-02-2022, 20:01
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Qəbələ" iddiasını ortaya qoyacaq"
2-02-2022, 22:03
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Komanda gözlədiyimizdən daha artığını verdi"
25-10-2021, 18:18
Tərlan Quliyev:
Tərlan Quliyev: “Əlimdən gələni edirəm ki, komandam qalib gəlsin“
24-10-2021, 15:26
Amin Sevdiyev:
Amin Sevdiyev: “Top qapı xəttini qəti keçməmişdi “
  Xəbər Lenti
“Real” “Lill”in təklifini rədd edib - Transfer xəbərləri 25.08.2026, 18:10
“Qarabağ” – “Tvente” matçının başlamasına 1 saat qalmış stadion kassalarında bilet satışı dayandırılacaq. 25.08.2026, 17:09
“Roma” Malik Fofana ilə anlaşıb - Transfer xəbərləri 25.08.2026, 17:05
"Xankəndi" kamerunlu hücumçu transfer etdi 25.08.2026, 16:03
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal 25.08.2026, 15:22
"Qarabağ"dan zədəlilərlə bağlı son durum 25.08.2026, 14:21
“Liverpul” Barkola üçün yeni təklif hazırlayır - Transfer xəbərləri 25.08.2026, 13:12
"Çelsi" müdafiəçisini La Liqa klubuna icarəyə verəcək - Xarici xəbərlər 25.08.2026, 12:13
“Sabah” (Azərbaycan) - “Hapoel”ə qarşı - YENİLƏNİR 25.08.2026, 11:30
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Dünən, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
27-07-2026, 18:06
Neymar yenidən qalmaqal mərkəzində -
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb