FutbolMedia.Az
  • 23:57 Çərşənbə axşamı
    25 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Rövşən Şahmuradov:

Rövşən Şahmuradov: "Komandamın qələbə qazanması üçün əlimdən gələni etdim"

"Şamaxı" klubunun hücumçusu Rövşən Şahmuradovun Futbolmedia.Az saytına müsahibəsi.

Rövşən gözlənilənlərin əksinə “Şamaxı” evdə “Sabah”ı məğlub etdi. Lakin çoxları sizin böyük hesabla məğlub ola biləcəyinizi təxmin edirdi. Sənin də, iştirak etdiyin oyunda qələbəni şərh edərdin?

Çox ağır və maraqlı oyun keçdi. Rəqibimiz çox güclü, adlı –sanlı komanda idi. Heyətlərində kifyyət qədər güclü yerli və legioner futbolçular top qovur. Buna görə də, oyunun belə təzyiq altında keçəcəyini bilirdik. Bəlkə də, rəqib bizimlə oyuna çox arxayın çıxmışdı. Elə bilirdilər ki, Şamaxıya gəlib rahat 3 xalı alacaqlar. Lakin gözlənilənlərin əksinə oldu. Bu oyunda 3 xal bizə hava-su kimi lazım idi. Baş məşqçinin verdiyi tapşırıqları meydançada yerinə yetirdiyimiz üçün qələbə qazana bildik. Şükürlər olsun ki, qələbə qazanan tərəf biz olduq.

Səmimi deyərdin, qalib gələcəyinizi gözləyirdinizmi. Yoxsa, bir xala belə kifayyətlənəcəkdiniz?

Düzünü deyim ki, meydana yalnız qələbə üçün çıxmışdıq. Çünki hər oyuna final oyunu kimi çıxırıq, Sadəcə, bir çox oyunlarda bəxtsizliklə üzləşirik. Və ya, real qol imkanlarımızı sağa –sola xərcləyirik. Əlbəttə ki, güclü rəqiblə oyunda ilk məsələ məğlub olmamaq idi. Lakin şans olduqda qalib gəlməli idik. Bu oyun bizim üçün bir ölüm –dirim mübarizəsi idi. Çünki turnir cədvəlindı sonuncu pillədə idik.

Matçın ən yaxşılarından biri sən oldun. Bu qələbədə sənin də, böyük payın var. Bir hücumçu kimi əlindən gələni etdin ki, “Sabah”ın müdafiəçilərini gərginlikdə saxlayasan. Bundan başqa hücum zamanı bir neçə müdafiəçini öz üzərinə çəkməyi bacarırdın. Beləcə də, komanda yoldaşına qol vurub, fərqlənmək imkanı yaratdın. Bundan başqa sənin də, iki real qol imkanın oldu. Sadəcə, fərqlənə bilmədin. Ümumiyyətlə,öz oyunundan razı qaldınmı?

Ümumilikdə, razı qaldım. Sizin də, vurğuladığınız kimi daima rəqib müdafiəçiləri gərginlikdə saxlamağı bacardım. Komandanın hücumlarına sürətlə qoşula bilirdim. Razı qalmadığım məqam isə iki real qol vəziyyətini dəyərləndirə bilməməyim oldu. Lakin komandamın qalib gəlməsi üçün əlimdən gələni etdim. Şükürlər olsun ki, buna nail oldum. Belə götürəndə razı qaldım. İnanıram ki, növbəti turda qol vurub fərqlənə biləcəm.

Növbəti tur demişkən, rəqibiniz heç də, Sabah”dan zəif olmayan “Zirə”yə qarşı oynayacaqsınız. Bu oyunda xal qazanmaq şanslarınızı necə dəyərləndirərdin?

Bəli. “Zirə” də çox yaxşı komandadır. Heyətində tanınmış futbolçular var. Lakin biz “Sabah”ı məğlub etdiyimiz üçün əhval-ruhiyyəmiz yüksəkdir. Özümüzə inamımız artıb. “Zirə” ilə oyunda da, meydana qalibiyyət üçün çıxacağıq. Lakin ən azı məğlub olmamağa çalışacağıq.


Əli HƏYATİ

8-03-2023, 07:32
20794
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
1-03-2023, 09:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "De Byazi və Arif Əsədovdan milliyə dəvət gözləyirəm"
5-03-2023, 09:09
Rövşən Şahmuradov:
Rövşən Şahmuradov: "Kəpəz"lə səfərdə çox çətin oyun olacaq"
8-02-2023, 07:17
Rövşən Şahmuradov:
Rövşən Şahmuradov: " Potensialım bundan da, yaxşı oynamağa imkan verir"
3-10-2022, 19:26
Tərlan Quliyev:
Tərlan Quliyev: "Neftçi" ilə oyundan xalla ayrılmaq istəyirik"
19-09-2022, 16:21
Tərlan Quliyev:
Tərlan Quliyev: "Zirə" bizimlə oyuna final kimi baxır"
4-03-2022, 07:39
Rəhman Hacıyev:
Rəhman Hacıyev: "Növbəti oyunlarda qol vuracağıma inanıram"
2-02-2022, 17:53
Bahadur Həziyev:
Bahadur Həziyev: "Qarabağ"la oyunda baş məşqçi mənə güvəndiyi və şans verdiyi üçün minnətdaram"
27-11-2021, 21:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sabah"la oyunda sonluğu qoya bilmədik"
20-11-2021, 19:32
Tural Axundov:
Tural Axundov: "Növbəti qarşılaşmalarda, oyundan - oyuna daha da, yaxşı olacam"
18-11-2021, 12:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Sabah”la oyunumuz çox çətin olacaq"
7-11-2021, 12:00
İlkin Qırtımov:
İlkin Qırtımov: “Qarabağ”la oyunda daha ehtiyyatlı olmalıyıq"
25-10-2021, 18:18
Tərlan Quliyev:
Tərlan Quliyev: “Əlimdən gələni edirəm ki, komandam qalib gəlsin“
  Xəbər Lenti
“Real” “Lill”in təklifini rədd edib - Transfer xəbərləri 25.08.2026, 18:10
“Qarabağ” – “Tvente” matçının başlamasına 1 saat qalmış stadion kassalarında bilet satışı dayandırılacaq. 25.08.2026, 17:09
“Roma” Malik Fofana ilə anlaşıb - Transfer xəbərləri 25.08.2026, 17:05
"Xankəndi" kamerunlu hücumçu transfer etdi 25.08.2026, 16:03
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal 25.08.2026, 15:22
"Qarabağ"dan zədəlilərlə bağlı son durum 25.08.2026, 14:21
“Liverpul” Barkola üçün yeni təklif hazırlayır - Transfer xəbərləri 25.08.2026, 13:12
"Çelsi" müdafiəçisini La Liqa klubuna icarəyə verəcək - Xarici xəbərlər 25.08.2026, 12:13
“Sabah” (Azərbaycan) - “Hapoel”ə qarşı - YENİLƏNİR 25.08.2026, 11:30
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Dünən, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
27-07-2026, 18:06
Neymar yenidən qalmaqal mərkəzində -
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb