FutbolMedia.Az
  • 02:40 Çərşənbə axşamı
    24 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Tərlan Quliyev:

Tərlan Quliyev: "Fasilə zamanı "Qəbələ" tərəfindən hakimlərə sərt təzyiqlər oldu"

"Keşlə" klubunun təcrübəli futbolçusu Tərlan Quliyevin Futbolmedia.Az saytına müsahibəsi.

Tərlan Premyer Liqanın 21-ci turunda səfərdə “Qəbələ” ilə qarşılaşdınız. Çoxları səfərdə “Qəbələ”yə məğlub olacağınızı gözləyirdi. Lakin gözlənilənin əksi olaraq xalla döndünüz. Bəs siz belə oyun və nəticə gözləyirdinizmi?

Bilirdik ki, bizi çətin oyun gözləyir. Lakin yaxşı nəticəyə ümüdümüz çox idi. Elə oyun zamanı da, onlarla başa-baş oynamaq mümkün olduğunu gördük. Elə hesabı da, gözəl qolla biz açdıq. Lakin təəssüflər olsun ki, ikinci yarı başlayar-başlamaz qapımızda bərabərlik qolunu gördük. Bundan başqa mənə, komanda yoldaşıma verilən qırmızı vərəqələr, hakim ədalətsizliyi nəticəyə öz təsirini göstərdi. Həmçinin əlimizə düşən real qol imkanlarını vaxtında dəyərləndirə bilmədik.

Sənə göstərilən qırmızı vəqərə haqda nə deyərdin. Önündə qırmızı vərəqə gördükdə sanki şok keçirdin. Deyəsən heç belə hal gözləmirdin. Ümumiyyətlə karyeran ərzində sənin qırmızı vərəqə almağın çox az olub. Səncə bu ədalətli idi?

Həqiqətən də, karyeram ərzində şoka düşən qərarla rastlaşdım. Mən heç zaman hakimlərlə mübahisə etməmişəm. Bu hakimin futbolçuya göstərdiyi ən biabırçı qırmızı vərəqə idi. Qırmızı vərəqədən söhbət belə gedə bilməzdi. Oyunun dördüncü hakimin etdiyi futbol adına tam bir rəzillik idi. Bax buradan sizin sayt vasitəsiylə açıq şəkildə mətbuata səslənirəm. İlk hissədə hesabda irəli olandan sonra hoqqalar baş verdi. Komandalar fasiləyə gedən zaman oyunun hakimlərinə,birbaşa baş hakim Fərid Hacıyevə, dördüncü hakim Namiq Bəkirova rəqib komanda tərəfindən güclü təzyiqlər oldu. Mən özüm bu hadisənin şahidi olmuşam. Məhz bundan sonra ikinci hissədə hadisələr cərəyan etməyə başladı. Komandamızın içi mən qarışıq futbolçularına qırmızı vərəqələr göstərildi. Meydanda oyun zamanı hər xırda toxunuşa hakimin fiti səslənirdi. Bizi çox sıxdılar. Mən qırmızı vərəqədən sonra da, hakimlərdən sakit, mehriban söhbət etdim. Doğru qərar vermədiklərini bildirdim. Gedin təkrar video görüntünü izləyin dedim.

Tərlan göstərilən qrmızı vərəqə təkcə sənə aid deyildi. Hakim ədalətsizliyi, açıq-aşkar səhv qərarlar oldu. Hakimin göstərdiyi qırmızı vərəqənin içində “Keşlə” rəhbərliyinin, məşqçilər korpusunun, idarə heyətinin də, adı vardı. Mən başa düşə bilmirəm ki, bu ədalətsiz qırmızı vərəqələrə, hakimlərə qarşı edilən rəqib komandanın təzyiqini görə -görə “Keşlə” rəhbərliyi niyə səsini çıxarmır. Niyə açıq şəkildə etiraz etmir. Necə ki, bunu digər klub rəhbərləri, baş məşqçiləri edir?

Bilirsiniz, ilk olaraq deyim ki, hakim tam yalnış addım atdı. Bir də ki, haim mənə qırmızı göstərirsə, bəs rəqib komandanın futbolçusu niyə cəzasız qaldı. Bax məsələnin kökü buradadır. Bizi sərt şəkildə sıxmağa çalışırlar. Sizinlə razıyam ki, qırmızı vərəqələr təkcə bizə deyil, bütün komandaya edilən hörmətsizlik oldu. İnanıram ki, rəhbərliyimiz bu məsələni, bizə və mənə qarşı edilən hörmətsizliyə göz yummayacaq. Konkret oyun zamanı, fasilədə hakimlərə qarşı rəqib komanda tərəfində təzyiqlər oldu. Sanki meydan sahiblərinin məğlub olmaması üçün tapşırıq almışdılar. Çox biədəb bir vəziyyət yarandı. Hətta mən belə səsimi qaldırıb burada polis yoxdur deyərək, hakimlərə edilən təzyiqlərə etiraz etdim. Bu hal fasilə zamanı yaşandı.

Oyundan sonra baş məşqçi, komanda daxilində nələr baş verdi. Yəqin ki, sənin günahsız olduğunu söylədilər?


Oyundan sonra xüsusi bir söhbət olmadı. Əlbəttə ki, mənim günahsız olduğum gün kimi ayındır. Həmin epizod zamanı qırmızı vərəqədən söhbət belə gedə bilməzdi. Baş məşqçi, komanda yoldaşlarım da, arxamda dayandılar. Onlar da, hakimlər tərəfindən haqsızlığa uğradığımızı gördülər. Bundan başqa qulağıma səs çatdı ki, mənə qırmızı vərəqə aldığım üçün daha sərt qərar vermək istəyirlər. Düşünürəm ki, bu haqsız qərara klub rəhbərliyi də, qarışmalıdır. Onlara haqlı olaraq sərt etiraz etməlidir. Bu qədər susduğumuz bəsdir. Elə bütün oyunlarda “Keşlə”yə qarşı haqsızlıq edilir. Gah penaltimiz verilmir. Gah qapımıza haqsız penalti təyin edilir. Və ya, haqsız,qərəzli qırmızı vərəqələr alırıq. Əgər mənə qarşı haqsızlıq edərlərsə, 3-4 oyunluq cəza verərlərsə, buna sakit duran deyilən. Çox kəskin şəkildə mətbuta etirazımı bildirəcəm. Hər vasitə ilə mübarizə aparacam. Lakin təslim olmayacam. Haqqın bərqərar olması üçün sonuna qədər gedəcəm.

Əli HƏYATİ

4-04-2022, 13:04
21525
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
3-04-2022, 17:59
Sənan Qurbanov:
Sənan Qurbanov: "Heç kim bizə 3 xal gözü ilə baxa bilməz"
20-02-2022, 15:04
Tərlan Quliyev:
Tərlan Quliyev: "Təmiz penaltimiz verilmədi"
20-02-2022, 18:33
Rəhman Hacıyev:
Rəhman Hacıyev: " Artıq neçənci dəfədir ki, hakimlər təmiz penaltimizi vermirlər"
23-12-2021, 09:16
“Fənərbaxça” iki qırmızı vərəqə alan rəqibini məğlub edə bilmədi
“Fənərbaxça” iki qırmızı vərəqə alan rəqibini məğlub edə bilmədi
1-12-2021, 09:03
Tural Axundov:
Tural Axundov: “Sumqayıt”ı məğlub edib, fasiləyə yaxşı mövqedə yollanmaq istəyirik"
1-12-2021, 12:30
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sumqaıt"la oyunda meydana çıxıb sona qədər döyüşməliyik"
5-12-2021, 12:10
Adil Nağıyev:
Adil Nağıyev: "Qazandığımız bir xal üç xala bərabərdi"
30-11-2021, 01:22
Məqsəd İsayev:
Məqsəd İsayev: “Qarabağ”la oyunda qalib gələ bilərdik"
5-11-2021, 15:55
Aftadil Hacıyevə ağır cəza
Aftadil Hacıyevə ağır cəza
23-10-2021, 18:43
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakim "Sumqayıt"ın uduzmağı üçün hər şeyi etdi"
22-10-2021, 17:00
Kamal Bayramov:
Kamal Bayramov: “Maksimum nətcə üçün meydanda vuruşacağıq“
11-09-2021, 22:55
Sənan Qurbanov:
Sənan Qurbanov: "O, ən ağır cəzanı alacaq"
  Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb