FutbolMedia.Az
  • 20:20 Şənbə
    2 May 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Samir Abbasov bu futbolçuları göndərir -

Samir Abbasov bu futbolçuları göndərir - "Neftçi"də islahatlar

Azərbaycan kubokunun yarımfinalında “Sabaha”a məğlub olan “Neftçi” tam fiaskoya uğradı. Həm azarkeşlər, həm mətbuat, AFFA-nın prezdenti Rövşən Nəcəf, həm də, SOCCAR-da rəhbər şəxslər “Neftçi”nin çıxışından çox narazıdırlar. Konkret olara klubun rəhbərlik heyətini sərt tənqid ediblər. Həm klubun daxilindən, həm də, etibarlı mənbədən aldığımız məlumata görə, kubokdakı məğlubiyyətdən sonra klubdaxili böyük və vacib iclas keçirilib. Baş məşqçi Samir Abbasovun istefa verməsini istəyən yuxarı rəhbərlik baş məşqçinin etirazı ilə qarşılaşıb. Samir Abbasov klubda ona lazım olmayan, onun sisteminə uyğun olmayan futbolçuları sadalayıb. Həmçinin klubun rəhbər heyət şəxslərindən olan Zaur Əzizov və Kamil müəllimdən gileylənib. Baş məşqçi bildirib ki, bir çox futbolçu onadan qabaq və digərləri isə onun istəmədiyi halda Zaur Əzizov və Kamil tərəfindən şəxsən transfer edilib. Məlumata görə bu uğursuzluğa görə “Neftçi”də rəhbərlik heyətində dəyişiklik olacağı gözlənilir. Milyonları havaya sovuran klubda sıfır nəticə var. Samiri Abbasov SOCCAR rəhbərliyinə bildirib ki, əgər mənim qalıb, uğur qazanmağımı istəyirsinizsə, mənim istədiyim futbolçular klubda qalacaq. Və mənim sistemimə uyğun futbolçular transfer edilsin. Baş məşqçi bildirib ki, mənim rəhbərliyim altında “Neftçi” “Qarabağ”ın hegomonluq edən vaxtında çempion etmişəm. Bunu yenə bacararam. Lakin futbolçularla bağlı qərarları mən verməliyəm. Aldığımız məlumata görə hətta Samir Abbasov kimlərin gedəcəyi siyahını SOCAR rəhbərliyinə də, təqdim edib. Hələ klubla mqaviləsi olan legionerlərlə yanaşı xeyli sayda yerli futbolçular da, “Neftçi”dən göndəriləcəyi dəqiqləşib. Yerli futbolçuların adlarının bəziləri bizə məlum olub.

Samir Abbasov bu futbolçuları göndərir - "Neftçi"də islahatlar


Bunlar Ağadadaş Salyanski, Azər Salahlı, Rəhman Hacıyevdir. Samir Abbasov Salyanskini hətta mətbuat konfransında sərt tənqid etmişdi .Sadalanan yerli futbolçuların içində digər iki futbolçu isə ümumiyyətlə Samir Abbasov komandada görmək istəmədiyini bildirib. Rəham Hacıyevi əsas heyətdə oynatmayan məşqçi kubok oyununda heç sonradan meydana da, buraxmayıb. Ümumiyyətlə, Rəham və Azər mətbuatda çox tənqid olunan futbolçular olub. Son aylarda isə ümumiyyətlə bu futbolçular nə mətbuatda, nə sosial şəvəkələrdə gündəmdə deyillər. Yəni gündəmdən uzaq qalıblar. Hardasa, bir il öncəyə kimi bu futbolçuların adları tez-tez başqa iddialı yerli və xarici klublarla hallanır,daha çox diqqət mərkəzində olsalar da, indi səszilikdir. Əsas heyətdən kənar qalmaq isə futbolçuları daha geri salaraq, kölgədə saxlayıb. Karyera baxımından geri salıb. Bu futbolçuları kluba gətirən Zaur Əzizov və Kamilin də, klubdan gedəcəyi, artıq rəhbərliyin gözündə nüfuzdan düşdüyünü söyləmək olar. Beləliklə, aldığımız məlumata görə klubda 2-3 həftə sonra artıq yapraq tökümü star verəcək. Klubda köklü islahatların gedəcəyi gözlənilir. Həm rəhbərlik heyətində, həm də, futbolçuların kütləvi göndərilməsi gözlənilir.

Əli HƏYATİ

1-05-2025, 09:27
14273
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
24-05-2024, 11:01
"Neftçi"də Şahin Diniyevin ayaq səsləri - Transfer xəbərləri
19-06-2023, 09:37
Samir Abbasov rəhbərlikdən bu futbolçunun transferini istədi -
Samir Abbasov rəhbərlikdən bu futbolçunun transferini istədi - Özəl Xəbər
4-05-2023, 08:04
Araz Abdullayev
Araz Abdullayev "Neftçi"yə keçir - Transfer xəbərləri
31-05-2022, 11:39
Firuz Abdulla:
Firuz Abdulla: "Şamaxı" klubuna aid olan vəsaiti AFFA köçürüb"
27-04-2022, 11:34
"Sabah" klubu Adil Nağıyevi transfer siyahısına saldı
17-04-2022, 19:39
Rəhman Hacıyev uğrunda
Rəhman Hacıyev uğrunda "Neftçi"və Kipr klubu mübarizəyə qoşuldu
16-04-2022, 21:18
Ədilxan Qaraəhmədov
Ədilxan Qaraəhmədov "Zirə"nin transfer siyahısında
16-04-2022, 20:12
"Neftçi" yenidən Rəşad Əzizlini geri qaytarır -
7-12-2021, 16:04
"Səbail"in futbolçusu Adil Nağıyev "Neftçi"nin transfer siyahısında
30-11-2021, 11:17
"Keşlə"nin futbolçusu Tural Axundov "Neftçi"nin transfer siyahısında
29-11-2021, 08:00
"Keşlə"nin futbolçusu Tərlan Quliyev "Neftçi"nin transfer siyahısında
31-10-2021, 15:56
"Neftçi"nin Müşahidə Şurasının üzvü Samir Abasovu ələ saldı - FOTO
  Xəbər Lenti
Daniel Karvaxal "El-Klasiko"nu buraxacaq - Xarici xəbərlər 2.05.2026, 16:08
“Kəpəz” - “Sumqayıt”: Heyətlər 2.05.2026, 15:16
Arda Güler ötən ayın ən yaxşı futbolçusu seçildi - Xarici xəbərlər 2.05.2026, 14:09
Robert Levandovski “Barselona” dan ayrılır - Xarici xəbərlər 2.05.2026, 13:10
“Barselona” Bernardo Silva ilə razılığa gəlib - Transfer xəbərləri 2.05.2026, 12:07
Kompani: “Parisdə baş verənlər məntiqli idi” 2.05.2026, 11:05
"Pisa" və "Verona" klubları İtaliya A Seriyasından aşağı liqaya düşdü - Xarici xəbərlər 2.05.2026, 10:12
“Kəpəz” - “Sumqayıt”a qarşı - YENİLƏNİR 2.05.2026, 09:19
“Qarabağ” Beynəlxalq Xalça Festivalı 2026 2.05.2026, 09:01
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
4-04-2026, 07:19
Hakim Əliyer Ağayevdən
Hakim Əliyer Ağayevdən "Turan Tovuz"a qarşı şərəfsizlik, Ehtiram Quliyevdən haqlı irad - YAZI
8-04-2026, 15:57
"İmişli" klubunu ayaqda saxlayan, yaşadan Kamran Eyyubov -YAZI
23-04-2026, 15:09
"Real"ın futbolçusu Arda Güler sıradan çıxdı - Xarici xəbərlər
22-04-2026, 13:15
“Sabah” “Qarabağ”a qarşı –
“Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR
22-04-2026, 10:13
"Qarabağ" akademiyasının rəsmiləri İsveçrədə - FOTO
23-04-2026, 11:31
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal -
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal - Xarici xəbərlər
22-04-2026, 15:09
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
22-04-2026, 11:01
"Çelsi" 32 il sonra antirekordunu təkrarladı - Xarici xəbərlər
22-04-2026, 16:12
"Qarabağ"ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib
20-04-2026, 15:44
Salah  “Liverpul”la vidalaşdı -
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər
20-04-2026, 17:08
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır -
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır - Xarici xəbərlər
23-04-2026, 14:07
Canlı əfsanə Qullit:
Canlı əfsanə Qullit: “Futbol İngiltərəyə məxsus deyil”
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb