FutbolMedia.Az
  • 18:38 Cümə
    30 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Səbail" niyə bu durumdadır axı? Analiz+ Yazı

Azərbaycan Premyer liqasında çox maraqlı oyunlar və nəticələr qeydə alınır. Bu ilki mövsüm bir qədər sürpriz nəticələrlə bizləri təəccübləndirir. Məsələn,keçən avrokuboklara vəsiqə qazanan "Sumqayıt" hal hazırda 10 xalla 7-ci yerdədir. Digər komandalardan biri də, keçən mövsüm qarşısına çıxan komandaları, "Qarabağ" daxil olmaqla sürüyüən "Səbail" bu mövsüm çətin günlərini yaşayır. Komanda 7 xalla 9-cu pillədə qərarlaşıb. Lakin Şahin Diniyevin komandasını başa düşmək olar. Gəlin dərindən analiz edək görək keçən ilk daha yaxşı durumda olan kluba nə olub? əslində, bunu bilmək üçün alim olmağa gərək yoxdur. İlk növbədə, klubun ayaqda durması, irəliyə getməsi,uğurlar qazanması üçün maliyə dəstəyi 3 dəfəyə qədər kəsildi. Belə desək azaldıldı. Elə ilk qərarla da, necə deyərlər "Səbail"in onurğa sütünu qırıldı desək yanlmarıq. Baxın həmin anda komandanı az məvaciblə razılaşmayan vacib futbolçuları tərk etdi. Səlahət Ağayev kimi təcrübəli qapıçı gəmini son anda tərk etdi. Əgər komandanı vuran ayaq Romalinqom, komandanın yarısı hesab olunan yaxşı qapıçısı Səlahət Ağayev, və bir neçə əsas futbolçular tərk etdisə, gələcəkdə yüksək yerlər uğrunda mübarizə aparacağına ümüd də, itdi. Keçən mövsüm Şahin Diniyev adlarını sadaladığım heyətlə rəqiblərinin canına vəlvələ salmışdı. "Qarabağ"da Qurban Qurbanovun ən çox Şahin Diniyevin komandasından çəkindiyi heç kəsə sirr deyil. Çünki Diniyev "Qarabağ"ı dəfələrlə məğlub etməklə, heç -heçə etməklə şoka salıb. Qalib heyəti, güclü bir heyəti qoruyub saxlaya bilməyən rəhbərlik Şahin Diniyevdən yüksək nailiyyət, hər oyunda qələbə tələb edə bilməz. Bu obsurd olar. Belə bir atalar məsləi var. "Adam gərək yorğanına görə ayağını uzatsın". Adama deyətlər Şahin Diniyev yazıq neyləsin axı. Heyət kasad, futbolçuların çoxusu gənc, yerli, təcrübəsizdir. Legionerlər isə yenidir. Mən hələ "Səbail"in futbolçularının tez-tez zədələnməsi, sıradan çıxmasını demirəm. Baş məşqçinin bu amildə də, bəxti gətirmir. Heyətdəki çatışmamazlıqlar, daimi zədələr və sair Şahin hocanı bəlkə də, təngə gətirib. Çıxılmaz durumda olan baş məşqçi Əlinin papağını Vəliyə, Vəlinin papağını isə Əlinin başına qoyur. Elə komandanın ən yaxşılarının biri Sofirin yoxluğu elə öz sözünü deyir. Bu çətinliklərdə baş verən uğursuzluqlarda Şahin Diniyevi birbaşa günahkar görənlərin mən deyərdim ki, başı futboldan çıxmır. Birdə ki, hələ nə olub axı vay -şüvən salmısınız. Çempionatın hələ ki, cəmi 11-ci turu geridə qalıb. Qarşıda hələ uzun marafon var. Necə deyərlər "cücəni hələ payızda sayarlar". "Səbail"i və Şahin Diniyevi qınayan, dil uzadanlar gözlərindəki kor eynəyini çıxarıb, turnir cədvəlinə bir yaxşı-yaxşı baxsınlar. Neftdən gələn büdcənin böyük məbləği "Neftçi"yə paylanır. Baxın görün komanda nə gündədir. Bu boyda adlı-sanlı, varlı-hallı komanda 9 xalla 8-ci pillədə qərarlaşıb. "Səbail"dən cəmi 2 xal və bir pillə irəlidədir. Eləcə də, "Sumqayıt","Şamaxı" aralarında cəmi 2, 3-4 xal fərqi var ki, bir-iki qələbə ilə "Səbail" onları geridə qoya bilər. Yəni nə olub, nə hay-həşir salıb Şahin Diniyevi hədəf almısınız. Bu mütəxəssiz minumumdan, heçnədən möhtəşəm komanda yaradan bir şəxsiyyətdir. Şahin Diniyev neyləsin ki, "Sumqayıt"la oyunda futbolçusu 11 metirlik penaltini dirəyə vurur. Və ya neyləsin ki, yetirmələri oyun ərzində yaratdıqları real-qol vəziyyətlərini boşa verir. Meydana çıxıb qoca kişi özü qol vurmalıdırmı? yəni danışanda bilin nə danışırsınız. Yazanda haqlı yazın. Allahdan qorxun. "Səbail" rəhbərliyi mütləq və təcili qış fasiləsində yaxşı transferlər etməlidir. Münumum 3-4 yaxşı futbolçu alın verin Diniyevə. Baxın görün nə xarüqələr edir. "Səbail"də oyun var, hücum var. Yaxşı vuran ayaq lazımdır ki, real imkanları qola çevirə bilsinlər. Həm mərkəzdə, həm də yarımmüdafiə xətti güclənməlidir. Şəxsən mən Şahin Diniyevə inanıram. Necə ki, keçən ilk bu məşqçimizə güvənirdim. Keçən mövsüm super və döyüşkən bir komanda formalaşdırmışdı. Hakimərin tapşırıqla, qərəzli idarəçiliyi, qərarları olmasaydı, "Səbail" daha bir yüksək nəticəyə imza atacaqdır. Mətbuatdakı həmkarlarımdan da, xaiş edirəm ki, Şahin Diniyev kimi yerli, təcrübəli, zəhmətkeş, bacarıqlı, millətini, xalqını sevən bir məşqçiyə dəstək olsunlar. Bu mütəxəssiz özünü çoxdan sübut edib. Nəyə qadir olduğunu da, yaxşı bilirik.

Əli HƏYATİ

31-10-2024, 07:05
10260
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
27-10-2024, 07:00
Məgər Şahin Diniyevin sehirli çubuğu var -YAZI
Məgər Şahin Diniyevin sehirli çubuğu var -YAZI
6-10-2024, 07:08
Şahin Diniyev və
Şahin Diniyev və "Səbail"in şahinləri qələbəyə başladı - YAZI
23-09-2024, 07:00
Şahin Diniyevi qınayanlar
Şahin Diniyevi qınayanlar "Neftçi"yə,"Sumqayıt"a Qriqorçukla, Abbasova baxsınlar - YAZI
11-08-2024, 07:08
Döyüş meydanına geri dönən aslan  - YAZI
Döyüş meydanına geri dönən aslan - YAZI
15-12-2023, 15:11
Ölkənin 2 ən güclü məşqçisindən biri Şahin Diniyev  - YAZI
Ölkənin 2 ən güclü məşqçisindən biri Şahin Diniyev - YAZI
4-11-2023, 07:06
Şahin Diniyev və onun meydanda süzən şahinləri -
Şahin Diniyev və onun meydanda süzən şahinləri - YAZI
28-10-2023, 22:35
"Səbail"dən Azərbaycan "Barselona"sı yaradan Şahin Diniyevə əhsən - YAZI
8-10-2023, 07:18
Rəqiblərinin canına vəlvələ salan, məğlubedilməz Şahin Diniyev -
Rəqiblərinin canına vəlvələ salan, məğlubedilməz Şahin Diniyev - YAZI
1-10-2023, 08:04
Güclü rəqiblərinin, hakimlərin canına vəlvələ salan Şahin Diniyev - YAZI
Güclü rəqiblərinin, hakimlərin canına vəlvələ salan Şahin Diniyev - YAZI
26-09-2023, 08:00
Şhin Diniyevdən möhtəşəm
Şhin Diniyevdən möhtəşəm "Poker" -YAZI
17-09-2023, 07:03
Şahin Diniyevli “Səbail” zirvəyə doğru -
Şahin Diniyevli “Səbail” zirvəyə doğru - YAZI
5-08-2023, 22:31
Şahin Diniyevi deyəsən hələ siz yaxşı tanımırsınız - YAZI
Şahin Diniyevi deyəsən hələ siz yaxşı tanımırsınız - YAZI
  Xəbər Lenti
Azərbaycan çempionu 1/8 finala yüksələ bilər 30.10.2026, 18:07
“Sumqayıt”ın keçmiş hücumçusu Momo Yansanen Hindistan klubunda 30.10.2026, 17:05
“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Arsenal” futbolçusunu satır - 30.10.2026, 16:14
"Napoli" klubuna şok xəbər - Futbolçusu Stanislav Lobotka 60 gün oynaya bilməyəcək 30.10.2026, 15:12
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq 30.10.2026, 14:30
Ferdinand: “Keyn əsl kişidir!” 30.10.2026, 14:00
"Sabah" "Turan Tovuz"a qarşı - YENİLƏNİR 30.10.2026, 13:07
"Araz-Naxçıvan" qrupda son oyuna çıxır 30.10.2026, 12:06
"Komo"nun müdafiəçisi Xakobo Ramon "Çelsi"yə keçir - Transfer xəbərləri 30.10.2026, 11:35
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
2-10-2026, 15:23
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
2-10-2026, 16:05
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
6-10-2026, 09:11
"Şamaxı"nın hücumçusu Abdullahi Şaybu: "Düşünürəm ki, bizim üçün asan olmayacaq" (Özəl Açıqlama)
2-10-2026, 17:00
Türkiyə millisində ciddi itki -
Türkiyə millisində ciddi itki - Millətlər Liqası
1-10-2026, 14:36
“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər -
“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər - Transfer xəbərləri
1-10-2026, 19:22
Joao Feliks agentindən “Barselona”ya xəbər göndərib -
Joao Feliks agentindən “Barselona”ya xəbər göndərib - Transfer xəbərləri
1-10-2026, 17:27
Maykl Cordana məxsus forma 12,26 milyon dollara satıldı -
Maykl Cordana məxsus forma 12,26 milyon dollara satıldı - Xarici xəbərlər
1-10-2026, 14:05
Şotlandiya (U-21) – Azərbaycan (U-21) 5:2 -
Şotlandiya (U-21) – Azərbaycan (U-21) 5:2 - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb