FutbolMedia.Az
  • 19:51 Cümə
    10 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Nadir Şükürov:

Nadir Şükürov: "İlqar Nadiri deyirdi ki, futbola aid olmayan iki adamla gərək məsləhətləşəsiniz"

“Mən sizə deyim ki, “Kəpəz”də qaranlıq heç bir şey yoxdur. Bir lətifə ilə sözə başlamaq istərdim. Bir gün anti sovet təbliğatı aparılır. İnsanlara boş vərəqələr paylayırlar. Vətəndaşlar da, görürlər ki, vərəq boşdur. Qayıdıb deyirlər ki, axı vərəq boş ağ kağızdır. Onlar da, qayıdıb deyir ki, nə isə yazılmağa ehtiyac yoxdur. Hər kəsin hər şeydən yaxşı xəbəri var.Gəncə futbolunda baş verənlərdən hər kəs hər şeydən hal -əhvaldır. Ən əsas çatışmayan və vacib məslə dəmir yumruğu olan bir rəhbərlik lazımdır. Futbolu bilən, futbola naşı adam olmayan bir rəhbər. Sizə deyim ki, komandamız “Kəpəz” keçən mövsüm “Şamaxı” ilə oyuna Şamaxıya getmişdi. Bir də, gördük ki, günorta saat 12-də bütün futbol heyətini, futbolçuları oteldən atıblar çölə. Saat günorta 4-də də, oyunumuz var. Soruşduq ki, bu nə məsələdir. Otelin odministatoru bizə deyir ki, “Kəpəz” klubunun rəhbərliyi bizə günorta saat 12-yə kimi ödəniş edib. Təcili oteli, Olimpiya kompleksini tərk edin. Belə rəzalaət olar. Belə klub idarəçiliyi, belə klub rəhbərliyi olar. İnanın mənə ki, bizimlə müqaviləni artırmadığı üçün bunları demirik. Tərlan Əhmədov da, mən də, Vidadi Rzayev də, Gəncə futbolunun gələcəyini düşünürdük. Gəncə azarkeşlərini, Gəncə futbolunun inkişafını, uğurunu fikirləşirdik. Məqsədimiz Gəncədə futbol komandası deyil, peşəkar futbol klubu yaradaq. Hələ belə çətin şərtlər altında Tərlan Əhmədov başda olmaqla nəticə verməyi bacardıq.”

Bu sözləri, Futbolmedia.az saytına açıqlamasında “Kəpəz” futbol klubunun qapıçılarla işləyən məşqçisi Nadir Şükürov deyib. Azərbaycanlı məşqçi daha sonra bunları əlavə etdi.

“Tərlan Əhmədovun Gəncə futboluna, “Kəpəz”ə verdiyi xeyiri, İlqar Nadiri 5 ildə verə bilməyib. Hələ utanmadan Tərlan Əhmədovun ünvanına şər –böhtan da, atırlar. Söhbət gəzir ki, Tərlan Əhmədov futbolçulardan kəsilən cəriməni özü yeyirdi. Nə bilim cibinə qoyurdu. Ag yalandı. Düzdü, futbolçuların cəriməsi olurdu. Və komandanın kapitnı o cərimələri toplayıb nə qədər ehtiyacı olan insnlara, Şəhid ailələrinə, qaizlərimizə, klubda işləyən məşqçinin xəstə ailə üzvünə müalicəsinə verirdi. Mən çox təəssüf edirəm ki, Azərbaycanın tanınmış veteran futbolçusu Fazil Pərvərov bu məslədə susqunluğunu qorudu. Gərək susmayaydı. Olanları açıqlayaradı. Allah Fazil Pərvərovun həyat yoldaşına şəfa versin. Onun yoldaşı ankoloji xəstəlikdən əziyyət çəkir. Tərlan Əhmədov onun yoldaşının müalicəsi üçün 5 dəfə maliyə dəstəyi etdi. İnanın onun birini cərimələrdən yığılan pull edilmişdi. Qalan dörd maliyə yardımını Tərlan Əhmədov öz şəxsi vəsaitindən, cibindən çəkmişdi. Niyə yalan şaiələr yayırlar. Belə vicdansızlıq olmaz. Adam gərək düzünü danışsın. Mən işləyən zaman da, “Kəpəz”də tez –tez klubun İdarə Heyətinin adından istifadə edirdilər. Mən bir dəfə də, təklif etdim ki, bu İdarə Heyəti toplaşıb bizi qəbul etsin. Çıxıb onların qarşısında sözümüzü, dərdimizi deyək. Bir dəfə də, görmədik. Heç bizi İdarə Heyəti tanımırda. Təsəvvür edin ki, oyuna gec gələn İdarə Heyəti deyirdi ki, bizimkilər hansı komndadır. Gəncə klubunun rəngini, atributunu tanımırdı. Futbolçularını tanımırsa necə idarə heyətinin üzvü ola bilər. İlqar Nadiri kimi klub rəhbərliyə Tərlan Əhmədov kimi nizam –intizamlı, xarizmalı, xarakter nümaiş etdirən, nəticə verməyi bacaran məşqçi lazım deyil. Tərlan Əhmədov nizam –intizamı, futbolu, inkişafı sevən məşqçidir. Ona görə də, onlara Tərlan Əhmədov sərf etmirdi. İlqar Nadiri kimi klub rəhbərliyinə idarə ediləsi məşqçi lazımdır. Mən Azər Məmmədova aid etmirəm. Çünki Azər Məmmədovun haqqına girə bilmərəm. Ona da, böyük hörmətim var. İşlərində də, uğurlar arzu edirəm. Sözsüz ki, gedən məşqçilərin yerinə kimsə gəliməlidir. Mən İlqar Nadiriyə bir məsləhət görərdim. Mən desəm ki, İlqar Nadiri valideyiləri üçün pis evladddır, pis dostdur ondan dönə -dönə üzür istiyərəm. Ancaq klub rəhbəriliyi, futbol İlqar Nadiriyə ait deyil. İlqar Nadiri Gəncə futbol klubu üçün yaxşı rəhbər deyil. Klubun inkişfında heç bir xeyri yoxdur. Peşəkar adam deyil. Xalqa, Gəncə azarkeşlərinə əsəb verməsin. İlqar Nadiri gərək öz xoşuna klubu tərk edib getsin. “Kəpəz”ə Gəncə futbolu üçün canı yanan, futbolu bilən, inkişaf istəyən adm gəlməlidir.Futbol onluq deyil. Mehman Allahverdiyevlə görüşmək istəyirəm. Hazırda Gəncəyə gedirəm. Çalışacam ki, Mehman Allahverdiyevlə görüşüb, ona sözümü deyim. Bilirsiniz, İlqar Nadiri futbolçu kimi tər tökməyib. Gəncə futbolunda top qovmayıb. Ancaq Mehman Allahverdiyev Gəncə futbolunda ad qoyub. Tər töküb. Gərək o bunları düşünsün. Belə olmasına imkan verməsin. Klub rəhbəri İlqar Nadiri qayıdım bizə Tərlan Əhmədova deyir ki, klubda futbola aidiyyatı olmayan iki nəfər adamla siz gərək daima məsləhətləşəsiniz. Mən başa düşə bilmirəm ki, futboldan anlayışı olmayan adamlarla biz hansı məslədə məsləhətləşməliyik. Axı onlarda o səlahiyyət də, yoxdur. Mən gedib onların işlərinə müdaxilə edə bilmədiyim kimi, onlar da, bizim işimizə müdaxilə edə bilməzlər. Axı onlar kimdi ki, gəlib futbolu bilən adamların işinə müdaxilə etsinlər. Bu böyük rəzalətdir. Mən Mart ayının 17 –si ayaq əməliyyatı keçirdim. Ayın 16-sı “Neftçi” ilə oyunumuz oldu. (2:2). Səhəri gün mən əməliyyata düşdüm. Tərlan müəllim dedi ki, bir həftə dincəl. Ağır əməliyyat keçirmisən. Lakin mən 3 gün sonra işə komanda ilə məşqə çıxdım. Həmin məşqdə tikişimin biri söküldü. Tikişin biri partladı. Lakin heç mənimlə maraqlanmadılar. İnanın çox məhsuliyyətsiz idilər. Budurmu sizin Azərbaycanın veteran futbolçularına verdiyiniz dəyər.

Əli HƏYATİ

14-09-2023, 13:17
47829
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
30-08-2023, 07:02
Tərlan Əhmədov
Tərlan Əhmədov "Qəbələ"yə baş məşqçi gətrilir - YAZI
20-07-2023, 14:12
İlqar Nadiri və ətrafı T.Əhmədova görə şəhid anasını işdən qovdu  - YAZI
İlqar Nadiri və ətrafı T.Əhmədova görə şəhid anasını işdən qovdu - YAZI
4-07-2023, 13:08
İlqar Nadiri
İlqar Nadiri "Kəpəz"dən ayrılan heyətin maaşını niyə vermir? -YAZI
10-06-2023, 09:18
Təralan Əhmədov:
Təralan Əhmədov: "Yaxın günlərdə "Kəpəz"lə müqavilə imzalayacam"
4-06-2023, 12:10
Tərlan Əhmədova oğlunun toyunda müqavilə təklif edilə bilər -
Tərlan Əhmədova oğlunun toyunda müqavilə təklif edilə bilər - (Özəl xəbər)
18-05-2023, 16:14
Ilqar Nadiri:
Ilqar Nadiri: "Biz baş məşqçi T. Əhmədovla yanaşı, bütün heyəti saxlamaq istəyirik"
16-05-2023, 14:11
"Kəpəz" rəhbərliyi Tərlan Əhmədova 1+1 müqavilə təklif edib
14-05-2023, 09:04
Gəncə futboluna,
Gəncə futboluna,"Kəpəz"ə, nəfəs verən Tərlan Əhmədov - YAZI
1-02-2023, 12:07
"Kəpəz" azarkeşini bıçaqlayan şəxs həbs edildi
15-12-2022, 15:54
"Kəpəz"in qladiatoru Tərlan Əhmədov - YAZI
24-09-2022, 08:20
Gənclər və idman naziri Gəncə stadionunda -
Gənclər və idman naziri Gəncə stadionunda - FOTO
1-03-2022, 16:00
Elxan Məmmədov Gəncə şəhər stadionunda -
Elxan Məmmədov Gəncə şəhər stadionunda - FOTO
  Xəbər Lenti
Salah azarkeşlərə söz verdi - Xarici xəbərlər 10.07.2026, 18:15
"Barselona"nın yetirməsi "Kristal Pelas"da - Transfer xəbərləri 10.07.2026, 17:13
"Əl-Nəsr"dən ayrılan yarımmüdafiəçi "Real"ın hədəfində - Transfer xəbərləri 10.07.2026, 17:03
"Neftçi" Sebiya klubuna qarşı - 10.07.2026, 16:12
"Şəfa" fransalı futbolçu tansfer etdi 10.07.2026, 15:28
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu 10.07.2026, 14:29
FİFA Argentina yığmasını cəzalandıracaqmı? - Xarici xəbərlər 10.07.2026, 14:03
Modriç yığma karyerasını bitirir? - Xarici xəbərlər 10.07.2026, 13:10
“Kəpəz” daha bir legionerini göndərdi - Rəsmi 10.07.2026, 12:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Bu gün, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
Bu gün, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
Bu gün, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
Dünən, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
14-06-2026, 11:02
“Arsenal” argentinalı futbolçu ilə maraqlanır -
“Arsenal” argentinalı futbolçu ilə maraqlanır - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb