FutbolMedia.Az
  • 16:19 Cümə
    10 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ayxan Abbasov:

Ayxan Abbasov: "Yəqin Samir müəllim bu komandalarda işləyəndə çətinlik çəkir"

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 12-ci turunda evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. O, komandasının qələbəsi barədə bunları deyib:

- Evdə qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirdik. Futbolçularımız sağ olsunlar ki, bunu bacardılar. Azarkeşlərimizə verdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Çünki oyunun kritik anında kimin ev sahibi olduğu bilindi. Komanda sonda yorulmuşdu. Fanatların dəstəyi, səbirli olmaqları bizə kömək etdi. Oyuna gəldikdə, “Sumqayıt”ın son turda “Zirə” ilə matçda yaxşı təsir bağışlamışdı. Buna görə bilirdik ki, bizi ağır oyun gözləyir. Bəlkə də istədiyimiz sürət olmasa da, meydanın hər qarışı uğrunda mübarizə var idi. 1 qol oyunun taleyini həll edə bilərdi. Sevinirəm ki, yekunda qələbə qazandıq. Heyətlə bağlı çətinliklərimiz olsa da, xarakter nümayiş etdirdik. Hər xal bizim üçün vacibdir. Turnir cədvəlində bizdən aşağıda olan komandalara məğlub olmamalıyıq.

- Samir Abbasov bugünkü görüşü I divizion səviyyəsində oyun adlandırdı. Bu fikirlə razısız, yoxsa bu fikri sizin komandanızın qələbəsinə kölgə salmaq kimi qəbul edirsiz?

- Yəqin Samir müəllim “Neftçi”dən sonra səviyyə baxımından aşağı komandalarda işləyəndə çətinlik çəkir.Bu gün meydanda mübarizə var idi. Mən I divizion sözünü deyə bilmərəm. Hər komandanın öz məqsədi var. Bizim də istəyimiz mübarizə aparmaqdır. Bəzi gerçəkliklər var, onları qəbul etmək lazımdır. Biz klub olaraq inkişaf etmək istəyirik. “Turan Tovuz”un gələcəyi, inkişafı üçün bu periodu keçməliyik. Təbii ki, zəif oyunlar da olacaq, futbolçular səviyyələrindən aşağı da çıxış edəcəklər. Yüksək səviyyəli oyun üçün başqa şərtlər lazımdır.

- Bugünkü qələbə sayəsində xallarınızın sayı 15-ə çatdı. Qələbə sayəsində azarkeşləri sevindirirsiniz. Bu uğurlu çıxışın qarşılığında icra başçısı, tovuzlu iş adamları komandaya diqqət göstərirlər, maddi yardım edirlər? Ümumiyyətlə, maraqlanan, komandaya kömək göstərmək istəyənlər varmı?

- Əlbəttə, maraq var. Bu komandanı Oqtay Abdullayev və Nadir Nəbiyevlə birgə üçümüz qurmuşuq. Futbolçularımız sağ olsunlar ki, büdcənin hələ tam bəlli olmadığı vaxtda bizə inandılar, Tovuza gəlməyə razılıq verdilər. Bundan sonrakı işimiz komandanın böyüməsi, daha da inkişaf etməsidir. Bunun üçün isə təbii ki, kömək lazımdır. İcra başçısı sağ olsun, komandanın ən çətin vaxtında təlim-məşq toplanışına getməsi üçün köməklik göstərdi. Bəlkə də həmin toplanışa getməsəydik, komanda bu qədər hazır olmazdı. Mükafat və digər bəzi xırda məsələlərdə köməklik edirlər. Ümid edirik ki, bu qələbələr iş adamlarında da həvəs oyadar. Lakin indiki məqamda əsas güc rəhbərliyə düşür.

- Qələbə qolundan sonra Ayxan Abbasovun “sevinc partlayışı” nəyə görə idi? Şəhriyar Əliyev də qol sevincini məhz sizinlə bölüşdü.

- Partlayış deməzdim. Mən ümumən hər qola çox sevinirəm. Amma onu da deyim ki, bu qol bəzi adamlara ismarıc idi. Öz mesajlarını aldılar.

- “Turan Tovuz”un oyunları nədənsə həftə arasına düşür. Halbuki Tovuzda azarkeş potensialı böyükdür. Bu məqam komandanıza qarşı dırnaqarası təxribat deyil ki?

- Yox, elə deməzdim. Bizim noyabrın əvvəlində təxirə salınmış oyunumuz var. Gələn tur “Şamaxı” ilə üz-üzə gələcəyik, daha sonra noyabrın 9-da “Qarabağ”la təxirə salınmış oyunumuz olacaq. Daha sonra isə Gəncəyə yollanacağıq. Milli komandaların oyunlarına görə çempionatda fasilə yaranacaq və buna görə “Kəpəz”lə oyunun vaxtını dəyişmək mümkün deyil.

- Qısa müddətdə Tovuzda 3 oyununuz olacaq. Biri bu gün keçirildi, daha ikisini isə qarşıdakı günlərdə oynayacaqsız. Bu qrafik komandaya necə təsir edəcək?

- Yaxşı qrafikdir. Düzdür, futbolçular yüklənəcək. Bizi narahat edən əsas məsələ zədələr, xəstəliklərdir. Çünki bəzi mövqelərdə ehtiyat oyunçumuz demək olar ki yoxdur. Xüsusən də cinahlarda. Bu gün də meydanda cinah müdafiəçimiz yox idi. Rotasiyalar sayəsində vəziyyətdən çıxmağa çalışırıq. Lakin çətinliklər barədə çox danışmaq istəmirəm. Çünki vəziyyəti bilib gəlmişəm. İndİki mövsümdə komandanı qurmağı hədəfləyirik.

- Heyətdəki problemlərə görə kubokla çempionat arasında seçim etməyiniz mümkündür? Yoxsa hər iki cəbhədə sona qədər mübarizə aparacaqsınız?

- Kubok oyunu fasilədən sonra olacaq. O vaxta qədər vaxt var. Tam heyətlə oynasaq, sona kimi mübarizə aparacağıq. İndiki halda gənclərə də şans veririk. Bir neçə futbolçu var ki, onları bugünkü gündə qazanırıq. Bəlkə də bu gün Premyer Liqada komanda sayı artmasaydı, həmin oyunçular I divizionda mübarizə aparacaqdılar.

- Komandaya sponsor tapılsa, bu gənclərlə yola davam edəcəksiz, yoxsa legionerlərlə güclənəcəksiz?

- Yayda qarşıma hansısa məqsəd qoysaydılar, söz verməzdim. Amma bu gün çempionatda elə komandalar var ki, büdcələri bizdən çox olsa da, turnir cədvəlində onlardan yüksəkdəyik. Komanda qurmaq asan məsələ deyil, hətta deyərdim ən çətin işdir. Bunun üçün vaxt lazımdır. Sponsor tapılsa, daha da inkişaf edərik. “Sumqayıt”da da Konfrans Liqasında 3 gənclə mübarizə aparırdım. Yaxud bu gün “Sabah”da, “Neftçi”də, “Zirə”, “Qarabağ”da da gənclər oynayır. Yaxşı gənc olanda, legionerlə rəqabət apara bilirsə, məşqçi ona güvənəcək.

28-10-2022, 18:18
14871
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
28-10-2022, 17:57
Samir Abasov:
Samir Abasov: "Səbr etməyib, qışqırmaqla nə düzələcək ki?"
20-10-2022, 21:20
Ayxan Abbasov:
Ayxan Abbasov: "İndi Avropada "Qarabağ"ın qarşısına duran bilən yoxdur"
8-10-2022, 21:53
Ayxan Abbasov:
Ayxan Abbasov: "Əzmkarlıq sayəsində xal qazandıq"
3-10-2022, 19:26
Tərlan Quliyev:
Tərlan Quliyev: "Neftçi" ilə oyundan xalla ayrılmaq istəyirik"
19-09-2022, 16:21
Tərlan Quliyev:
Tərlan Quliyev: "Zirə" bizimlə oyuna final kimi baxır"
16-09-2022, 23:20
Regekampf:
Regekampf: "Hazırda nəticə o qədər də önəmli deyil"
16-09-2022, 21:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlər sanki qərar verə bilmirlər"
13-08-2022, 23:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "9 ildən sonra Premyer Liqada qələbə qazanmaq böyük sevincdir"
2-08-2022, 11:52
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qəbələ" ilə oyun gərgin keçəcək"
1-03-2022, 19:11
Tural Axundov:
Tural Axundov: "Sabah"la oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdur"
30-10-2021, 21:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Amma etirazlarımı bildirdim "
26-09-2021, 21:58
Ayxan Abbasov:
Ayxan Abbasov: "Rəqiblərimiz bizdən bir gün çox istirahət edir"
  Xəbər Lenti
"Neftçi" Sebiya klubuna qarşı - 10.07.2026, 16:12
"Şəfa" fransalı futbolçu tansfer etdi 10.07.2026, 15:28
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu 10.07.2026, 14:29
FİFA Argentina yığmasını cəzalandıracaqmı? - Xarici xəbərlər 10.07.2026, 14:03
Modriç yığma karyerasını bitirir? - Xarici xəbərlər 10.07.2026, 13:10
“Kəpəz” daha bir legionerini göndərdi - Rəsmi 10.07.2026, 12:07
Braziliya millisinin sabiq futbolçusu Felipe Melo: “Messi indiyə qədər gördüyüm ən böyük futbolçudur” 10.07.2026, 11:25
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri 10.07.2026, 11:08
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər 10.07.2026, 10:11
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Bu gün, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
Bu gün, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
Bu gün, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
Dünən, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
10-06-2026, 18:03
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək -
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək - Transfer xəbərləri
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb