FutbolMedia.Az
  • 18:33 Bazar ertəsi
    23 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Amma etirazlarımı bildirdim "

“Bu gün futbolçularımız çox yaxşı mübarizə apardılar. Bəzi texniki məqamlar çatmaya bilər. Amma ümumən futbolçulardan razıyam. Çox yaxşı komandaya qalib gəldik. “Neftçi”nin yüksək bacarıqlı futbolçuları var”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Neftçi”yə qalib gəldikləri oyundan (4:0) sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis asan qələbə qazanmadıqlarını bildirib: "Bəlkə də, ən çətin oyunlarımızdan biri idi. Hesab asan göstərə bilər. Amma bu komandaya qarşı 90 dəqiqə diqqətli olmalıyıq, çox güc sərf etməliyik. “Kayrat”la oyundan sonra çox çətin proqramdayıq. Bu təqvim sıxlığı da davam edir. Diqqət etməli perioddayıq. Deməzdim ki, futbolçu sayı bizdə həddən artıq çoxdur. Biz də rotasiya edirik, bəzən effektli, bəzən effektsiz olur. “Səbail”lə görüşdə meydança amili futbolçuları ikiqat yordu. Bərpa müddəti çox vaxt alır. Sona kimi gördünüz ki, gərgin oyun getdi, “Neftçi” də təslim olmurdu".

Q.Qurbanov "Qarabağ" azarkeşlərinin rəqib komandanın baş məşqçisi Samir Abasovu istefaya səsləməsinə də münasibət bildirib: "Bu məsələyə qarışmaq bəlkə də, səlahiyyətimdə deyil. Amma etirazlarımı bildirdim. Mənə görə xoş deyil. Özləri də açıqlama vermişdilər ki, azarkeşləri aqressiv edək ki, ajiotaj böyüsün. Həmişə demişəm ki, hamıya hörmətlə yanaşmalıyıq. Azarkeş azaddır, onların öz düşüncələri var. Amma bizim azarkeşlərin hansısa komandanın baş məşqçisinə istefa şüarı səsləndirməsini istəmirəm. Hətta öz məşqçilərinə də bu şüarı səsləndirməsini istəmirəm. Bizim azarkeşlə bu komandanı həddən artıq çox istəyirlər. Bəlkə də, bu sevgi çox olanda əlavə bir şey axtarırsan. Hətta öz məşqçini yola salanda da hörmətlə yola salmaq lazımdır. Çünki baş məşqçi də boş vaxt keçirmək istəmir, uğur qazanmağa çalışır. Xüsusən də, Samir Abasov haqda bunu demək xoş olmadı. Hamımız bir yerdə oynayan, böyüyən insanlarıq. Məşqçilərimizin hamısının irəli getməsini istəyirəm. Onlara da dəstək lazımdır. Çox ümid edirdim, arxayın idim ki, bu hal təkrarlanmayacaq. Amma oyunun tələbləri, aqressivliyi başqadır".

Q.Qurbanov “Qarabağ”ın rəhbəri Tahir Gözəl komandanızı Konfrans Liqasının finalında görmək istədiyini bildirib. Bu barədə nə deyə bilərsiniz"? sualını belə cavablandırıb: "İstək çox böyük olur, hamımızın istəyi var. Hər oyuna ehtiyatla yanaşmalıyıq, çalışmalıyıq səhv etməyək. Bu turnirdə tez səhv edən məğlub olur. Hər bir rəhbər daha böyük uğur istəyir".

30-10-2021, 21:10
23604
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
25-10-2021, 21:33
Qurban Qurbanov:
Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"
20-10-2021, 14:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"
17-10-2021, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov:
29-09-2021, 21:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Omoniya" bizə sürpriz edə bilər"
20-09-2021, 21:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "Şeydayev qarşıda daha yaxşı olacaq"
15-09-2021, 17:40
Qurban Qurbanov:
Qurban Qurbanov: “Bütün oyunlarımızın bu səviyyədə keçməsini istəyirəm”
12-09-2021, 22:50
Qurban Qurbanov:
Qurban Qurbanov: ”Bu məni bir az narahat edir”
19-08-2021, 22:42
Qurban Qurbanov:
Qurban Qurbanov: “Futbolçuları diqqətli olmağa çağırırdım“
18-08-2021, 18:29
Qurban Qurbanov:
Qurban Qurbanov: "Əvvəllər bizi ciddiyə almırdılar, işimiz asanlaşırdı"
15-08-2021, 20:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nə qədər imkanım var, hər bir yerli futbolçuya şans yaradacağam"
12-08-2021, 22:56
Qurban Qurbanov:
Qurban Qurbanov: "İçimdə prinsip var idi ki, bu rəqibə qalib gəlim"
6-08-2021, 00:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heç kimdən qorxmuruq, çəkinmirik"
  Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb