FutbolMedia.Az
  • 10:27 Bazar
    29 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Vaqif Cavadovu vurmaq, əzmək yox, dəstək olmaq lazımdır -YAZI

Vaqif Cavadovu vurmaq, əzmək yox, dəstək olmaq lazımdır -YAZI

Azərbaycan premyer liqasında bir neçə klub və məşqçi var ki, uzun zamandı yaxşı nəticə qazanmaqda çətinlik çəkirlər. Lakin hazırki gərgin keçən çempionatda bunu normal adlandırmaq olar. Məsələn, götürək elə "Sumqayıt" klubunu. Komanda 6-7 turdu qol vura bilmir. Neçə vaxtdır ki, qələbəyə həsrət qalıb. Lakin bu amil bütün klubların başına gəlir. Hətta avropada ən güclü klublar belə bu problemlə üzləşir. Yəni hazırki durumda komandanın baş məşqçisi gənc Vaqif Cavadovu günahlandırmaq olmaz. Hətta "Qarabağ" və "Zirə kimi heyəti və maliyəsi güclü olan klublar, Qurban Qurbanov, Rəşad Sadıxov da, zəif oyunlara görə mətbuatda xeyli vaxt tənqid edilmişdi. Yəqin xatırlayırsınız ki, Rəşad Sadıxovun rəhbərliyi altında "Zirə uzun zaman qələbəyə həsrət qaldı. Buna görə Rəşad Sadıxov mətbuatda çox sərt tənqid edildi. Lakin sonradan hər şey qaydasına düşdü. İndi demək olar ki, eyni halla Vaqif Cavadov və onun komandası üzləşib. Əlbəttə ki, belə dönəmlər müvəqqətidir. Və zamanla düzələcək. Baxıram ki, bir saytda və bəzi jurnalist həmkarlarım Vaqif Cavadovu çox sərt tənqid edib. Sanki Vaqif Cavadovun 15-20 illik məşqçi karyerası var. Onun belə səhvlər etməyə haqqı yoxdur. Əziz həmkarlar belə qərəzli yazılar yazamaq, onsuzda hazırda çətin durumda olan gənc məşqçi Vaqifi pərişan etmək, daha çətin duruma salmaq doğru şeylər deyil. Özünüz də, fikirləşin. Adam məşqçilik kareyarasında gəncdi və ilk addımlarını atır. Həmçinin Azərbaycan futboluna iz qoymuş, tarix yazmış Cavadovların soyadını daşıyır. Həmçinin, Vaqif Cavadov özü də, Azərbaycan millisinin uzun illər şərəfini qoruyub. Millimizə xallar gətirən vacib qollar vurub. Hər şey bir qırağa Vaqif Cavadov da, bizim özümüzünküdür. Yəni Azərbaycanlı gənc məşqçidir. Belə vəziyyətlərdə ona bu çətin yolda dəstək olmalıyıq. Hansısa klub rəhbəri ilə ədavətiniz varsa, buna görə gənc və heç kəsə pisliyi keçməyən baş məşqçi Vaqif Cavadovu qərəzli şəkildə əzmək, tənqid etmək düzgün deyil. İnanın mənə mətbuat olaraq ona dəstək olsaq, Vaqif Cavadov Azərbaycanda bəlkə də, ən yaxşı gənc məşqçilərdən biri olacaq. Əlbəttə ki, öz üzərində çalışsa və işində məhsuliyyətli olarsa. De Byazi kimi əcnəbi məşqçiləri heç bu qədər qınamırsınız. Sözümün canı budur ki, bizə qalan Vaqif Cavadov, Cavid Hüseynov, Ayxan Abbasov kimi məşqçilər olacaq. Öz məşqçilərimizin qədrini bilək. Baxın Azərbaycan futbolunu hazıda yaşadan öz məşqçimiz Qurban Qurbanov, rəhmətlik Böyükağa Hacıyevdir. Vaxti ilə rəhmətlik B. Hacıyev ilk dəfə Azərbaycan klubunu Avroliqanın qrupuna daşımışdı. Heç bir əcnəbi məşqçilərdən bizə xeyir gəlməz. Bəlkə də, gələcəkdə Vaqif Cavadov da, belə uğurlar əldə edərək, Azərbaycan futbol tarixinə düşə biləcək. Qurban Qurbanov kimi tarix yaza bilər. Odur ki, gəlin Vaqif Cavadov mədəni və rəhmətlik atası Fizuli Cavadov kimi mətbuata daima hörmətlə yanaşan məşqçiyə dəstək olaq. Çünki Vaqif də bizim özümüzündür.

Əli HƏYATİ

12-02-2025, 07:00
10499
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
1-02-2025, 21:41
Vaqif Cavadov:
Vaqif Cavadov: "Komandama alqış düşür"
6-01-2025, 07:20
2024-ci ilin təəccübləndirən və ən yaxşı məşqçilərdən biri  Vaqif Cavadovdur -YAZI
2024-ci ilin təəccübləndirən və ən yaxşı məşqçilərdən biri Vaqif Cavadovdur -YAZI
16-12-2024, 21:40
Vaqif Cavadov:
Vaqif Cavadov: "Müqaviləmin şərtlərindən heç mənim də xəbərim yoxdur"
4-12-2024, 22:34
Vaqif Cavadov qələbəni şərh etdi
Vaqif Cavadov qələbəni şərh etdi
1-12-2024, 19:50
Vaqif Cavadov:
Vaqif Cavadov: "Bizə vurulan qollar hədiyyə olunan qollar idi"
25-11-2024, 07:04
Vaiqf Cavadov və onun meydanda döyüşən Qladiatorları - YAZI
Vaiqf Cavadov və onun meydanda döyüşən Qladiatorları - YAZI
24-11-2024, 22:22
Vaqif Cavadov:
Vaqif Cavadov: "Tənqidlər olmalıdır, amma təhqirlərə keçməli deyilik"
11-11-2024, 07:09
Vaqif Cavadov hər turdan sonra yaxşı gələcək vədd edir - YAZI
Vaqif Cavadov hər turdan sonra yaxşı gələcək vədd edir - YAZI
4-11-2024, 07:11
Futbol camiəsiin yeni Alfa canavarı Vaqif Cavadov - YAZI
Futbol camiəsiin yeni Alfa canavarı Vaqif Cavadov - YAZI
3-11-2024, 22:17
Vaqif Cavadov:
Vaqif Cavadov: "Futbol nəyi tələb edirsə, onu da etməliyik"
14-10-2024, 15:55
“Sumqayıt” müvəqqəti baş məşqçisi Vaqif Cavadov oldu
“Sumqayıt” müvəqqəti baş məşqçisi Vaqif Cavadov oldu
7-09-2023, 16:24
Vaqif Cavadov cəzalandırıldı
Vaqif Cavadov cəzalandırıldı
  Xəbər Lenti
FIFA sülh mükafatını ləğv etmək istəyir - Xarici xəbərlər 29.11.2026, 10:14
Millimizin üzvü Rüfətin komandası uduzdu 29.11.2026, 09:23
“Sabah” - “Araz-Naxçıvan” 2:0 - VİDEO 29.11.2026, 08:52
Dambrauskas: “Stadionları insanların ayağına aparmalıyıq?” 28.11.2026, 22:18
Yuri Maksimov: “Biz də qələbə qazanmaq istəyirik” 28.11.2026, 21:30
“Turan Tovuz” - “Kəpəz” 2:1 - VİDEO 28.11.2026, 20:16
Kurban Berdiyev: “Bu, onun fikridir” 28.11.2026, 19:15
Azər Məmmədov: “Ən azı bir xal qazanmağa layiq idik” 28.11.2026, 19:03
PSJ-nin müdafiəçisi zədələndi - Xarici xəbərlər 28.11.2026, 18:04
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb