FutbolMedia.Az
  • 21:22 Çərşənbə
    26 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Şahin Diniyev:

Şahin Diniyev: "Səbail" qapazaltı komanda deyil"

"Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 27-ci turunun "Neftçi" ilə görüşündən (0:3) sonra mətbuat konfransında iştirak edib.

Futbolmedia.az
xəbər verir ki, mütəxəssis komandasının məğlubiyyətini belə şərh edib:

"Oyunu iki hissəyə bölərdim. 3:0 darmadağın deməkdir. Bu hesab bir qapıya gedən, komandanın mərkəzi keçməməsi deməkdir. Amma biz 0:3 hesablı məğlubiyyətə layiq deyildik. Komanda ikinci hissə diqtə etdi, dominantlıq göstərdi. Qol epizodlarımız çox idi. Heç bu qədər epizod yaratdığımız yadıma gəlmir. Sadəcə keyfiyyət məsələsində geri qaldıq. İrəli baxmalıyıq. Təəccüblü olsa da, komandamın oyunundan, xarakterindən, hücumameyilli oynamasından razı qaldıq. "Neftçi" kimi böyük komandanı 90 dəqiqə ərzində təzyiqdə saxlamışıqsa, gələcəyə ümidlə baxmaq olar. Heç nə itirilməyib. Doqquz oyunluq marafonun finiş nöqtəsi var. Komanda ilə istədiyimiz yerlərə çatacağıq. Sadəcə asan qollar buraxırıq. Cərimə meydançasına atılan hər bir top bizim üçün faciəyə bərabərdir. Üçüncü qoldan danışmaq istəmirəm. "Neftçi"yə uğurlar arzu edib, təbrik edirəm. Qarşıdakı oyunlarımıza baxmalıyıq. Düzgün yoldayıq. Bütün oyunlarda keyfiyyətli futbol oynamağa çalışırıq. Alınır da".

Baş məşqçi oyunla tablodakı nəticənin düzgün gəlmədiyini söyləyib.

Mütəxəssis müdafiə xəttində səhvlərə yol verməklərinə də toxunub: "Hər bir komandanın uğur qazanması üçün bəzi nüanslar çox vacibdir. Onların içərisində ənənə məsələsi var. "Neftçi" bu gün pis vəziyyətdə ikinci yeri tutanda, bəyənmirlər. Bu ənənədən xəbər verir. "Səbail" yenidir. Keçən il saman çöpündən tutub Premyer Liqada qalmaq uğrunda mübarizə apardıq. Yayda komanda 8-90- faiz yenidən quruldu. Futbolda üç nüans var: stabil heyət, stabil oyun və stabil nəticə. Bu üçü bir-birini bağlıdır. Bizdə bunlardan biri hər zaman kənara çıxır. Stabilliyin olmaması zaman məsələsidir. Komandanın qarşısına qoyulan ən minimum vəzifə həll olunub, artıq iddialılar içərisindəyik. Oyunumuz var. "Səbail" futbol oynayır. Ən çox tam əmin olmadığım yer müdafiədəki oyunumuzdur. Onu düzəldə bilməmişik. Futbolçularım yaxşıdır. Zamanla onu da yoluna qoysaq...."Səbail" Azərbaycan çempionatında ən yaxşı futbol oynayan komandalardan biridir".

AFFA "Səbail"in, sabiq futbolçusu Tural Bayramlıya 70 min manat pul ödəməli olduğuna qərar verib. Lakin klub bunu yerinə yetirmir. Futbolçu FİFA-ya şikayət edib və martın 30-na qədər həmin pul ödənilməlidir. Bu vəziyyət həll olunmasa kluba transfer qadağası qoyula bilər və komandanın avrokuboklara vəsiqəsi əlindən alına bilər. Şahin Diniyev məsələyə münasibət bildirib: "Bu suala mən cavab versəm, etik normadan çıxıram. Klub rəhbərliyi var. Sualın birinci hissəsinə cavab verə bilərəm ki, mən onu yollamamışdım. 18 oyunda 53 dəqiqə meydanda olmuşdu və iki qırmızı vərəqə almışdı. Mən gələndə əvəzedici heyətdəydi. Ondan qabaq yollanmışdı".

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov ötən tur "Gələcəyini komandasını qurmaq istəyirəm, avrokuboklara getsəm, birinci mərhələdə uduzub qayıdacağıq" deyə fikir bildirmişdi. Ş.Diniyev bunun "Səbail"ə də aid olub-olmadığı haqda deyib: "Ölkədən-ölkəyə çox fərq var. Komandadan-komandaya da. Bu gün baş məşqçilər asılı vəziyyətdə qalan insanlardır. Zamanın verilib-verilməməsi ikinci məsələdir. Hər kəsə bu gün lazımdır. Sabah heç kimə lazım deyil. Bu gün sabahı düşünsək, o sabah olmayacaq. Həmişə reallıqla barışmağa çalışmışam. Bu gün nəyimiz varsa, onunla qane olaq. Radikal addımlar, layihə, gələcəyə addımlar..."Səbail"in yolu düzdür. "Qarabağ", "Neftçi", "Zirə" ilə başabaş futbol oynayırıq, qapazaltı komanda deyilik. Sadəcə stabillik çatışmır. Onu da zamanla bağlayıram. Keçən il dedim ki, Premyer Liqada qalacağıq, qaldıq. Bu il dedim ki, iddialı olacağıq, artıq iddialıyıq. Komanda düzgün inkişaf yolundadır. Dominant oynamaq hər komandanın işi

16-03-2024, 08:12
14638
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
8-03-2024, 21:40
Şahin Diniyev:
Şahin Diniyev: "Belə oynasaq, nəticə də gələcək"
17-02-2024, 21:50
Şahin Diniyev:
Şahin Diniyev: "Səbail" artıq qapazaltı komanda deyil"
23-12-2023, 21:20
Şahin Diniyev:
Şahin Diniyev: "İstənilən məşqçini milliyə gətirsək, deyəcəyik ki, yarıtmadı"
15-12-2023, 15:11
Ölkənin 2 ən güclü məşqçisindən biri Şahin Diniyev  - YAZI
Ölkənin 2 ən güclü məşqçisindən biri Şahin Diniyev - YAZI
28-10-2023, 18:50
Şahin Diniyev:
Şahin Diniyev: "Mən istəyirəm ki, gecə rahat yatım, heç kimin haqqını yeməyim"
7-10-2023, 19:13
Şahin Diniyev:
Şahin Diniyev: “Səbail" avrokubokda oynadı, sonrakı üç il çempionatda axırıncı yeri tutdu”
24-09-2023, 22:06
Şahin Diniyev:
Şahin Diniyev: "Bu futbolçularla nəsə etmək olar"
14-08-2023, 22:17
Şahin Diniyev narazıdır:
Şahin Diniyev narazıdır: "Penalti yox idi"
27-04-2023, 23:08
Şahin Diniyev:
Şahin Diniyev: "Üç qol vəziyyətimiz oldu, istifadə edə bilmədik"
14-04-2023, 20:50
Şahin Diniyev:
Şahin Diniyev: "Allah qarşıma şans qoysa ki, ya kubok, ya elita, elitanı seçərəm"
11-03-2023, 20:22
Şahin Diniyev:
Şahin Diniyev: "Pis günün ömrü çox az olacaq"
4-03-2023, 19:03
Şahin Diniyev:
Şahin Diniyev: "Bizim lehimizə ola biləcək məqamlarda VAR-a baxılmır"
  Xəbər Lenti
“Vilyarreal”ın müdafiəçisi “Komo”ya keçdi - Transfer xəbərləri 26.08.2026, 18:13
"İmişli" klubu yeni transfer etdiyi legioneri g[nd'rdi -ŞOK 26.08.2026, 17:05
"Şəfa"nın əvəzedici komandasına texniki məğlubiyyət verildi 26.08.2026, 16:10
AFFA "Neftçi" və "İmişli"ni cərimələdi 26.08.2026, 15:06
"Beşiktaş" italiyalı futbolçunun transferinə çox yaxındır - Transfer xəbərləri 26.08.2026, 14:36
“Mançester Yunayted” növbəti transferini açıqladı - Transfer xəbərləri 26.08.2026, 14:03
Qurban Qurbanovdan “Tvente” ilə oyun öncəsi açıqlamalar 26.08.2026, 13:54
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər 26.08.2026, 13:37
Azərbaycan UEFA reytinqində irəlilədi 26.08.2026, 12:15
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
27-07-2026, 18:06
Neymar yenidən qalmaqal mərkəzində -
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
28-07-2026, 09:13
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı -
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı - Xarici xəbərlər
28-07-2026, 12:29
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
27-07-2026, 11:03
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb