FutbolMedia.Az
  • 12:05 Çərşənbə
    26 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Şahin Diniyev:

Şahin Diniyev: "İstənilən məşqçini milliyə gətirsək, deyəcəyik ki, yarıtmadı"

"Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 18-ci turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Futbolmedia.az
xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Oyun haqda danışmaq asan və çətindir. Şikayətlənməyi sevməyən məşqçiyəm. Amma kiçik komandayıq, birdən-birə altı nəfərin olmaması böyük faciədir. Nə oyunu dəyişmək olur, nə də gücləndirmək. Futbolçulara təşəkkür edirəm. Dominant futbol oynadıq. Sadəcə, bəxtsizliyə görə uduzduq. Elə oyunlar olub ki, layiq olmamışıq, amma qalib gəlmişik. Məğlubiyyətə layiq deyildik. Yaxşı oynadıq. Topa nəzarət bizdə idi, keyfiyyətli oynadıq. 18-ci tur olsa da, komandamızda güc var idi. "Sumqayıt"ı təbrik edirəm. Matç həm onlar, həm də bizim üçün vacib idi. Çox uzaqda deyilik. Yolumuza davam edəcəyik. Toplanışımız olacaq. Mütləq güclənəcəyik.İki-üç oyunçu gələcək. Güclənəcəyik deyəndə ki, həm Ağabala Ramazanov, həm də David Qomis mövsümü başa vurub. Onların yerini doldurmaq üçün belə addım atacağıq. Onlar olsaydı, buna ehtiyac yox idi. "Səbail" düzgün yoldadır, komandanın xarakteri var. "Sumqayıt" elə-belə komanda deyil. Onları bu heyətlə qapılarına otuzdurduq.

-"Səbail"in xal qazanmasına nə mane oldu?

- Qısa cavab verə bilmirəm. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Uduzmamalı idik. Hansı komanda bir qol vursaydı, qalib gələcəkdi. "Sumqayıt"ın qələbəsini kiçiltmirəm, vuruşdular. Premyer Liqa səviyyəsində yaxşı oyun oldu. Bilirdim ki, "Sumqayıt"da 60-cı dəqiqədən sonra fiziki sarıdan eniş olur. Amma oyunumuzu sürətləndirmək üçün əlimdə material olmadı. Futbolçularımı kiçiltmirəm. Sadəcə, kreativ oyunçularımızın az olması, oyunun tempini qaldıra bilməməyimizə də səbəb oldu. Qələbəni qəbul ediriksə, məğlubiyyəti də etməliyik. Üzülmürük. Çünki düzgün yoldayıq.

- İki dövrə ərzində hansısa məşqçiyə iki oyunun hər ikisində də uduzmağınızı xatırlamıram. Amma "Sumqayıt"la belə oldu. Səbəb nədir?

- Özümüzünküdür, eybi yoxdur. Azərbaycanlı məşqçinin bizi udmasında problem yoxdur. Legioner məşqçiyə uduzmadıq. Samir də bizim azərbaycanlımızdır. Yaxşı məşqçidir. Desəm ki, oyunumuz alınmır, xeyr. Elə komanda var ki, onlara qarşı oyun alınmır. Amma "Sumqayıt"la matçlarda üstün oynadıq, sadəcə uduzduq. "Qəbələ" ilə görüşdə onlar üstün oynadı biz udduq. Bu, o demək deyil ki, Şahin Diniyev Elmar Baxşıyevi uddu. Kimdənsə söhbət getmir, ümumi komandadan yox.

- "Səbail"in bundan sonrakı məqsədi nə olacaq?

- Mən sözün arxasında dayanan şəxsəm. Demişdim ki, çempionatın ilk hissəsində olmağımızdan çox şey asılıdır. Əminliklə deyə bilərəm ki, avrokuboklar üçün oynayan hazır komanda yaradacağıq. Şans varsa, maksimum istifadə edəcəyik.

- Şahin Diniyev üçün Murad Musayev və ya Adiran Mutuya uduzmaqla, Samir Abasov yaxud da yerli məşqçilərdən digərinə uduzmaq arasında ciddi fərq var? Xarici mütəxəssisin çalışdırdığı komandalara qarşı sizin xüsusi motivasiyanız olur?

- Mənim üçün şəxsi uğurdansa, komandanın uğuru vacibdir. Hansısa məşqçidən zəif ola bilərəm, əsas odur ki, komandam qalib gəlsin. İndiki məşqçilərin əksəriyyəti futbolçu dövründə komandamda oynayıb. Məni sevindirir ki, bu cür insanlar hazırda məşqçi kimi çalışırlar. Onların uğuru məni sevindirir. Amma kiməsə qarşı prinsipim yoxdur.

23-12-2023, 21:20
14540
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
15-12-2023, 16:08
Şahin Diniyev:
Şahin Diniyev: "Bugünkü qələbə mənə danışmaq üçün cəsarət verir"
12-11-2023, 21:31
Şahin Diniyev:
Şahin Diniyev: "Qarabağ"ın əsas heyətlə oynayacağını gözləmirdik"
30-09-2023, 21:23
Şahin Diniyev:
Şahin Diniyev: "Ofsayddan söhbət gedə bilməzdi"
16-09-2023, 18:15
Şahin Diniyev:
Şahin Diniyev: "Meydançanın ideal olmaması problem yaradırdı"
3-09-2023, 23:00
Şahin Diniyev:
Şahin Diniyev: "Təsadüfi deyil, yaxşı oyunla qələbə qazandıq"
20-08-2023, 08:18
Şahin Diniyev:
Şahin Diniyev: "Birdən-birə 8-9 yeni futbolçu gəlib, zamana ehtiyacımız var"
13-05-2023, 23:07
Şahin Diniyev:
Şahin Diniyev: "Hesab oyuna görə deyildi"
7-05-2023, 21:51
Şahin Diniyev:
Şahin Diniyev: "Sumqayıt"ın oyunlarını dünən gecəyə qədər analiz etmişəm"
18-04-2023, 21:24
Şahin Diniyev:
Şahin Diniyev: "Yerimizə gələcək klubun 12 fərqli komandası varsa, gəlsin"
14-04-2023, 20:50
Şahin Diniyev:
Şahin Diniyev: "Allah qarşıma şans qoysa ki, ya kubok, ya elita, elitanı seçərəm"
11-03-2023, 20:22
Şahin Diniyev:
Şahin Diniyev: "Pis günün ömrü çox az olacaq"
10-03-2023, 20:00
Şahin Diniyev:
Şahin Diniyev: "Neftçi" pik nöqtəyə gəlməyib" - (Açıqlama)
  Xəbər Lenti
Rahim SterlinqiPolis həbs etdi - Xarici xəbərlər 26.08.2026, 11:33
Kamilo Duranın komandası ÇL-lə vidalaşdı - 26.08.2026, 11:01
AFFA prezidenti "Sabah"ı təbrik etdi 26.08.2026, 10:09
Tahir Gözel də “Sabah”ı təbrik etdi 26.08.2026, 09:07
"Sabah" - "Hapoel" 5:2 - VİDEO 26.08.2026, 08:15
Dambrauskas: "Dünyanın ən xoşbəxt baş məşqçisiyəm" 26.08.2026, 00:13
"Hapoel"in baş məşqçisi: "Pley-offa qədər gəlməyimiz də uğurdur" 26.08.2026, 00:11
“Real” “Lill”in təklifini rədd edib - Transfer xəbərləri 25.08.2026, 18:10
“Qarabağ” – “Tvente” matçının başlamasına 1 saat qalmış stadion kassalarında bilet satışı dayandırılacaq. 25.08.2026, 17:09
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
27-07-2026, 18:06
Neymar yenidən qalmaqal mərkəzində -
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
28-07-2026, 12:29
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
28-07-2026, 09:13
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı -
Canlı əfsanə Maldini İtaliya millisindən ayrıldı - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb