FutbolMedia.Az
  • 11:11 Çərşənbə axşamı
    25 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Şahin Diniyev:

Şahin Diniyev: "Bu futbolçularla nəsə etmək olar"

“İlk növbədə şəhidlərimizin ruhları qarşısında baş əyirik. Bu gün bizim burda rahat oturmağımız onların sayəsindədir. Yaxşı ki, qəhrəman oğullarımız var. Matça gəldikdə, əvvəldən də demişdim ki, bizi çox ciddi sınaq gözləyir. 90 dəqiqə də bunu sübuta yetirdi”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 7-ci turunda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, komandasının xarakter nümayiş etdirdiyini bildirib: “Hər iki tərəfindən qol şansları var idi. İkinci qolu vursaydıq, işimiz daha rahat olardı. Futbolçularıma təşəkkür edirəm. Xarakter nümayiş etdirdilər. Ağıllı oynayaraq nəticə qazandıq. Eyforiyaya qapılmamalıyıq. Hələ yolun başlanğıcındayıq. Sabah xal da itirə bilərik”.

O, komandasının bir futbolçudan asılı olmadığını vurğulayıb: “Potensialımız var. Bu gün 3 futbolçumuz zədəli oynayırdı. Tam gücləri ilə çıxış etmədilər, Buna baxmayaraq, xarakter nümayiş etdirdilər, Düşünürə ki, bundan da yaxşı oynaya bilərik. Biz komanda yaradırıq. Bir oyunçudan asılı deyilik. Bu, “Səbail”in maksimumu deyil”.

Diniyev hazırda qərarlaşdıqları ikinci pilləni qorumağın çox çətin olduğunu qeyd edib: “Ardıcıl qələbələrə baxmayaraq, komandada eyforiya yoxdur. Buna imkan verməyəcəyik. Yuxarı çıxmaq asandır, orda qalmaq isə çətin. Bundan sonra rəqiblər bizi daha ciddi qəbul edəcək. Əvvəl rəqibi daha çox analiz edirdik, indi isə öz oyunumuzu. Bu futbolçularla nəsə etmək olar. Demirəm medallar uğrunda mübarizə aparırıq. Buna heç vaxt söz verməmişəm. Bacardığımız qədər irəlidə olmağa çalışacağıq”.

Diniyev uğur qazanmaq üçün stabilliyin ciddi önəm daşıdığını bildirib: “Stabil heyət varsa, oyun olacaq, stabil oyun da yaxşı nəticə deməkdir. İlk növbədə bu oyunu qorumalıyıq”.

Sonda “Səbail”in çalışdırıcısı bu yaxınlarda vəfat edən sabiq futbolçu Şəhriyar Rəhimovu yad edib: “Hər qələbədən sonra Şəhriyarın yanımızda olmaması məni çox məyus edir. Bu komandada onun əziyyəti çoxdur. Bu mövsüm ilk turda “Sumqayıt”a məğlubiyyətdən sonra deyirdi ki, “biz bu qədərmi böyük səhv etmişik”. Mənsə dedim yox, səhv etməmisiz. Təəssüf ki, indi o, bu günləri görmür. Şəhriyarın maykası hər zaman bizim paltardəyişmə otağından asılıdır. Həmişə o, yanımızdadır”.

24-09-2023, 22:06
14226
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-09-2023, 18:15
Şahin Diniyev:
Şahin Diniyev: "Meydançanın ideal olmaması problem yaradırdı"
3-09-2023, 23:00
Şahin Diniyev:
Şahin Diniyev: "Təsadüfi deyil, yaxşı oyunla qələbə qazandıq"
26-08-2023, 19:51
Şahin Diniyev:
Şahin Diniyev: "Şəhriyara demişdim ki, yanvardan sonra işinə qayıdarsan"
20-08-2023, 08:18
Şahin Diniyev:
Şahin Diniyev: "Birdən-birə 8-9 yeni futbolçu gəlib, zamana ehtiyacımız var"
17-07-2023, 10:15
Şahin Diniyev:
Şahin Diniyev: "Bundan sonra hər şey daha yaxşı olacaq"
7-05-2023, 21:51
Şahin Diniyev:
Şahin Diniyev: "Sumqayıt"ın oyunlarını dünən gecəyə qədər analiz etmişəm"
1-05-2023, 20:18
Şahin Diniyev:
Şahin Diniyev: "Sanki qorxaraq meydana çıxmışdıq"
29-04-2023, 18:35
Samir Abasov:
Samir Abasov: "Qəbələdə oynamaq çətindir"
27-04-2023, 23:08
Şahin Diniyev:
Şahin Diniyev: "Üç qol vəziyyətimiz oldu, istifadə edə bilmədik"
11-03-2023, 20:22
Şahin Diniyev:
Şahin Diniyev: "Pis günün ömrü çox az olacaq"
12-02-2023, 18:16
Şahin Diniyev:
Şahin Diniyev: "Üç oyunun heç birində rəhbərlik deməyib ki, pis oynadınız"
10-02-2022, 09:33
Coşqun Diniyev:
Coşqun Diniyev: "Biz sensasiya olmasını istəmirik" (Eksklüziv)
  Xəbər Lenti
“Yuventus” polşalı qapıçı ilə maraqlanır - Transfer xəbərləri 25.08.2026, 11:00
“Karvan-Yevlax”dan növbəti transfer 25.08.2026, 10:10
"Bolonya" - "Latsio" 0:1 - VİDEO 25.08.2026, 09:15
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə 25.08.2026, 08:13
Dambrauskas: "Matçın taleyini əsas vaxtda həll etmək istəyirik" 24.08.2026, 20:31
Daha bir tanınmış futbolçu “Trabzonspor”a keçir - Transfer xəbərləri 24.08.2026, 18:08
"Mançester Yunayted"in müdafiəçisi "Milan"ın hədəfində - Transfer xəbərləri 24.08.2026, 17:07
"Sumqayıt"dan ayrılan legioner Sloveniya klubunda 24.08.2026, 16:14
Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi - 24.08.2026, 15:43
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Dünən, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb