FutbolMedia.Az
  • 10:50 Çərşənbə axşamı
    25 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Şahin Diniyev:

Şahin Diniyev: "Belə oynasaq, nəticə də gələcək"

"Sumqayıt"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün dinamik, rəngarəng, diqtə edən futbol oynadıq. Futbolda üç nəticə olur, onları da normal qəbul etmək lazımdır. Məğlubiyyətə layiq komanda deyildik. Əsasən də, ikinci yarıda göstərdiyimiz oyunla inkişaf yolunda olduğunu gördüm. Oyun varsa, mütləq nəticə də gələcək. Belə davam etsək, istədiyimiz yerlərə gəlib çıxacağıq. Penaltidən istifadə edə bilmədik, qol vəziyyətlərini sağa-sola xərclədik. Öz komandama təşəkkür edirəm. Fəxr edirəm ki, düşünən, futbol oynayan, hücumda rəngarəng oynayan komandam var. Bu oyunu unutmalı, növbəti matçlara köklənməliyik. Belə oynasaq, nəticə də gələcək. Əsas odur ki, artıq komanda böyüyüb, yaxşı futbol oynayır. Çox yaxşı futbol oynadıq. Məğlubiyyəti də qəbul etməli, irəli baxmalıyıq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 26-cı turunun "Sumqayıt"la görüşündən sonra keçirilmiş mətbuat konfansında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- Demək olar ki, hər dəfə "Səbail" oyuna zəif başlayır, sonradan üstünlüyü ələ alır. Bu nə ilə əlaqədardır?

- Biri var xarakter, biri də funksional hazırlıq. Birinci hissə təzyiq edirik, rəqibin də gücü olur deyə, çətinlik çəkirik. Amma bu gün funksional hazırlığı yaxşı olan komandayıq. İkinci hissədə xarakter göstərmək istəyirik. Gözlənilməz qol buraxdıq. Mütləq dəyişiklik etməliydik. Bəli, birinci və ikinci hissəmiz arasında fərq var ki, bu da məni çox narahat edir. Həm psixoloji, həm funksional hazırlığın üzərində çalışmalıyıq. Bunu düzəldəcəyik.

- "Qəbələ" ilə oyundan sonra demişdiniz ki, ikinci yerə qalxmaq asandır, orada qalmaq çətindir. Bəlkə, futbolçular psixoloji olaraq ikinci yerə hazır deyillər?

- Futbolçular anlayırlar. Bu gün futbol oynadıq, nəticə gəlmədi. Arxayınçılıq yoxdur. Sevinirəm ki, komandamız böyüyür, özünəinamlı oyun oynayır. Problemlərimiz də var. Onları yoluna qoyduqdan sonra nəyəsə nail ola bilərik.

- Ştatlı penalti vuran Aleksandr Ramalinqomdur. Amma o, meydandan çıxdı deyə, penaltini Pedro Nuno yerinə yetirdi. Ola bilər ki, məğlubiyyətə səbəb məşqçilər korpusudur? Əvəzetməni bir az gözlədə bilməzdiniz?

- Əvəzetmələr penaltidən qabaq hazır idi. Bizdə elədir ki, bir dəfə Ramalinqom vurur penaltini, bir dəfə Pedro. Bu dəfə məhz Pedronun növbəsi idi. O topu götürdükdən sonra əvəzetməni etdik. Amma bilsəydim ki, Ramalinqom vurmalıdı, əvəzetmə olmayacaqdı. Penalti elədir ki, topu kimsə götürdüsə, dəyişmək, ondan almaq olmaz. Bu, futbolun yazılmayan qanunudur. Gördüm ki, Ramalinqom kənara çəkilib, top Pedrodadır.

- Bu mövsüm Samir Abasova qarşı üç oyun oynamısız və uduzmusunuz. Demək olar ki, Samir Abasov sizi çözüb, yoxsa sizin komanda "Sumqayıt"a qarşı oynaya bilmir?

- Deməzdim ki, hər üç oyunda da məğlubiyyətə layiq idik. Hər üç oyunda "Sumqayıt"dan üstün oynamışıq. Sumqayıtdakı görüşdə bərabərsəviyyəli görüş getdi, avtoqolla uduzduq. Bu gün üstün idik. "Sumqayıt" qalib gəldisə, gələn dəfə də biz udarıq. Böyük bir şey olmayıb. Nəticə baxımından uduzduq, oyun baxımından deyil.

- Matçın hakim idarəçiliyindən razı qaldınız?

- Məşqçilər emosional olurlar, nəsə içində qalırsa, xəstəlik tapırsan. Bütün epizodlara reaksiya veririk. O demək deyil ki, verdiyimiz reaksiyaların hamısı düzdür. Hakim çox yaxşı idarəçilik etdi. Bir şeydən narazıyam, "Sumqayıt" vaxtı uzadırdı. Birinci hissədə vaxt əlavə edilmədi. İkinci yarıdakı 5 dəqiqəlik əlavə vaxt isə çox az idi. Soruşdum, dedi VAR-ın göstərişi ilə vaxt artırılır. VAR hesablayıb, deyir. Məncə, artırılmayan dəqiqələr oldu. Narazlığım tək vaxta görə idi. Yoxsa, Tural ideal hakimlik etdi.

- Komandadakı rəqabətdən razısınız?

- Transfer pəncərəsi bağlanıb. İndi də hansısa problemlərimiz var. Hər şey yaxşı olacaqsa, problemli mövqelərə maydan sonra daha yüksək səviyyəli futbolçular dəvət olunacaq. Mərhələ-mərhələ edəcəyik. Əgər biz ötən mövsüm 9

8-03-2024, 21:40
14634
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
17-02-2024, 21:50
Şahin Diniyev:
Şahin Diniyev: "Səbail" artıq qapazaltı komanda deyil"
23-12-2023, 21:20
Şahin Diniyev:
Şahin Diniyev: "İstənilən məşqçini milliyə gətirsək, deyəcəyik ki, yarıtmadı"
28-10-2023, 18:50
Şahin Diniyev:
Şahin Diniyev: "Mən istəyirəm ki, gecə rahat yatım, heç kimin haqqını yeməyim"
30-09-2023, 21:23
Şahin Diniyev:
Şahin Diniyev: "Ofsayddan söhbət gedə bilməzdi"
2-09-2023, 23:23
Samir Abasov:
Samir Abasov: "Ümid edirəm ki, daha yaxşı olacaq"
20-08-2023, 08:18
Şahin Diniyev:
Şahin Diniyev: "Birdən-birə 8-9 yeni futbolçu gəlib, zamana ehtiyacımız var"
7-05-2023, 21:51
Şahin Diniyev:
Şahin Diniyev: "Sumqayıt"ın oyunlarını dünən gecəyə qədər analiz etmişəm"
27-04-2023, 23:08
Şahin Diniyev:
Şahin Diniyev: "Üç qol vəziyyətimiz oldu, istifadə edə bilmədik"
11-03-2023, 20:22
Şahin Diniyev:
Şahin Diniyev: "Pis günün ömrü çox az olacaq"
12-02-2023, 18:16
Şahin Diniyev:
Şahin Diniyev: "Üç oyunun heç birində rəhbərlik deməyib ki, pis oynadınız"
27-08-2022, 20:53
Yaşar Vahabzadə:
Yaşar Vahabzadə: "Qol vururuq, istefa qışqırırlar"
19-07-2022, 22:10
Franko Foda:
Franko Foda: "İlk hissədə "Qarabağ"ı saxlaya bilmirdik"
  Xəbər Lenti
“Karvan-Yevlax”dan növbəti transfer 25.08.2026, 10:10
"Bolonya" - "Latsio" 0:1 - VİDEO 25.08.2026, 09:15
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə 25.08.2026, 08:13
Dambrauskas: "Matçın taleyini əsas vaxtda həll etmək istəyirik" 24.08.2026, 20:31
Daha bir tanınmış futbolçu “Trabzonspor”a keçir - Transfer xəbərləri 24.08.2026, 18:08
"Mançester Yunayted"in müdafiəçisi "Milan"ın hədəfində - Transfer xəbərləri 24.08.2026, 17:07
"Sumqayıt"dan ayrılan legioner Sloveniya klubunda 24.08.2026, 16:14
Mahmud Qurbanov millinin baş məşqçisi təyin edildi - 24.08.2026, 15:43
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI 24.08.2026, 15:32
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Dünən, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb