FutbolMedia.Az
  • 03:53 Cümə
    15 May 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Şahin Diniyev:

Şahin Diniyev: "Mən istəyirəm ki, gecə rahat yatım, heç kimin haqqını yeməyim"

“Maraqlı, bol qollu oyun oldu. İlk hissədə biz, ikincidə isə rəqib üstün oynadı. Birinci yarıda rəqib müdafiəsindəki boşluqları tapmışdıq. Yenə də qol şanslarımız var idi. Lakin dəyərləndirə bilmədik”.

Futbolmedia.az
xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 11-ci turunda “Zirə” ilə oyundan sonra (2:2) keçirilən mətbuat konfransında deyib.

O, ikinci hissədə komandasının zəif təsir bağışladığını bildirib: “İkinci hissədə inamsız təsir bağışladıq. Bu, bəlkə də 11 matçda keçirdiyimiz ən zəif hissə idi. Biz hər matça 3 xal üçün çıxırıq. Lakin bu gün ikinci yarıda bunu görmədim. Belədə mütləq cəzalanmalıydıq, belə də oldu”.

Diniyev rəqib haqda da danışıb: “Zirə” çox yaxşı, intizamlı komandadır. Rəşad Sadıqov nə istədiyini bilən kollektiv formalaşdırıb. İkinci hissə məni çox məyus etdi. İrəli baxmalıyıq”.

O, komandasının bombardirində arxayınlıq yarandığını etiraf edib: “Ramalinqom keyfiyyətli hcumçudur. Lakin bu gün sanki özünü daha hazırlıqlı hesab edir. Razıyam ki, bu gün arxayın görünürdü. Xüsusən də ikinci hissədə bir epizodda real şansı boşa verdi. Sadəlikdən mürəkkəbliyə keçdi ki, bu da fərqlənməsinə mane oldu”.

O, “Zirə”yə 2 qol vurmağın heç də asan olmadığını bildirib: “Zirə” kimi komandaya 2 qol vurmaq asan deyil. Amma bundan da artığını bacara bilərdik. Təəssüf ki, ilk yarıda üçüncü qolu vura bilmədik”.

Diniyev legioner strategiyası haqda da danışıb: “Futbolda uğur qazanmaq üçün 100 faiz lazım olan cəhətlərdən bizdə 80 faizi var. 20 faizi isə çatmır. Hərdən deyirlər ki, “Səbail”in büdcəsi çoxdur, amma biz maddi baxımdan heç "5-lik"də yoxuq. Mən istəsəm, hər mövqeyə 2 futbolçu götürmək olar. Amma bu, müvəqqəti bir şeydir. Komanda yaradırsansa, təməli düz qoymalısan. Keçən il 9-cu olan bu gün 1-ci olsa, gələn il komanda qalmayacaq”.

“Səbail”in çalışdırıcısı qışda heyəti gücləndirəcəklərini bildirib: “Qış fasiləsində çatışmayan cəhətlərə baxacağıq. Ola bilər ki, heyətimizi gücləndirək. Fasiləyə hansı mövqedə yollanacağımız da bu baxımdan önəmlidir”.

Diniyev zamana ehtiyac duyduqlarını deyib: “Ötən mövsümün sonunda klubun taleyi nazik bir ipdən asılı idi. “Səbail” yox ola bilərdi. Həmin yerdən bugünkü mövqeyə gəlmək üçün zaman lazım idi. Heç kim təminat verə bilməz ki, mən nə qədər “Səbail”də qalacağam. Əsas odur ki, olduğum müddətdə vicdanım təmiz olsun. Legionerləri gətirib sonra nəticə verə bilməsəm, necə olacaq? Səhv də olsa, düz də olsa, bu, mənim baxışımdır. Mən istəyirəm ki, gecə rahat yatım, heç kimin haqqını yeməyim. Təbii ki, mələk deyiləm, hər kəs kimi, mənim də günahlarım olub”.

Diniyev bildirib ki, reallıqları qəbul etmək lazımdır: “Səbail” bu gün də iddialıdır. Lakin reallıqları qəbul etməliyik. Bəli, biz yeganə komandayıq ki, hər oyunda qol vurmuşuq. Uduzmaq da olar, lap 0:5, 0:8. Amma əsas odur ki, qorxaq futbol oynamayasan. Təəssüf ki, bu gün komandam istədiyim həmin futbolu ikinci hissədə göstərmədi”.

28-10-2023, 18:50
13446
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
30-09-2023, 21:23
Şahin Diniyev:
Şahin Diniyev: "Ofsayddan söhbət gedə bilməzdi"
24-09-2023, 22:06
Şahin Diniyev:
Şahin Diniyev: "Bu futbolçularla nəsə etmək olar"
4-09-2023, 07:15
Qladiator döyüşlərindən qalib çıxan Şahin Diniyev - YAZI
Qladiator döyüşlərindən qalib çıxan Şahin Diniyev - YAZI
20-08-2023, 08:18
Şahin Diniyev:
Şahin Diniyev: "Birdən-birə 8-9 yeni futbolçu gəlib, zamana ehtiyacımız var"
7-05-2023, 22:41
"Səbail"in xilsakarı bizim Şahin Diniyev - YAZI
7-05-2023, 21:51
Şahin Diniyev:
Şahin Diniyev: "Sumqayıt"ın oyunlarını dünən gecəyə qədər analiz etmişəm"
1-05-2023, 20:18
Şahin Diniyev:
Şahin Diniyev: "Sanki qorxaraq meydana çıxmışdıq"
14-04-2023, 20:50
Şahin Diniyev:
Şahin Diniyev: "Allah qarşıma şans qoysa ki, ya kubok, ya elita, elitanı seçərəm"
11-03-2023, 20:22
Şahin Diniyev:
Şahin Diniyev: "Pis günün ömrü çox az olacaq"
31-01-2023, 22:11
Şahin Diniyev:
Şahin Diniyev: "Qvardiolanın, Mourinyonun nəyisə düz etmədiyini deməyimiz ayıbdır"
8-10-2022, 19:55
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Xalımız 8 yox, daha çox olmalı idi"
19-07-2022, 22:10
Franko Foda:
Franko Foda: "İlk hissədə "Qarabağ"ı saxlaya bilmirdik"
  Xəbər Lenti
Flik: “Barselona”da xüsusi bir bağ var” 14.05.2026, 18:03
Almaniyalı futbolçu “Atletiko”nun hədəfində - Transfer xəbərləri 14.05.2026, 17:11
“Real”ın prezidenti Florentino Peres: “Vinisiusun müqaviləsini yeniləməyə tələsmirik" 14.05.2026, 16:09
Millimizin üzvü Rüfət Abdullazadə yenə Avropa klubunda oynamaq istəyir 14.05.2026, 15:38
AFFA "Neftçi"nin şikayətini təmin etmədi 14.05.2026, 14:33
Skoulz: “Artıq Reşfordu “Mançester Yunayted”də görmürəm” 14.05.2026, 14:00
Azərbaycan millisinin üzvü Nəriman Axundzadə oynadı, komandası uduzdu 14.05.2026, 13:15
“Sabah"ın futbolçusu Timoteuş Puhaç “Sabah” məni transfer edəcək, razılığa gəlmişik” 14.05.2026, 12:13
“Qarabağ” FK və AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı 14.05.2026, 12:01
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
23-04-2026, 15:09
"Real"ın futbolçusu Arda Güler sıradan çıxdı - Xarici xəbərlər
22-04-2026, 13:15
“Sabah” “Qarabağ”a qarşı –
“Sabah” “Qarabağ”a qarşı – YENİLƏNİR
22-04-2026, 10:13
"Qarabağ" akademiyasının rəsmiləri İsveçrədə - FOTO
20-04-2026, 15:44
Salah  “Liverpul”la vidalaşdı -
Salah “Liverpul”la vidalaşdı - Xarici xəbərlər
23-04-2026, 11:31
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal -
“Real”da Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında qalmaqal - Xarici xəbərlər
22-04-2026, 16:12
"Qarabağ"ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib
22-04-2026, 15:09
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
20-04-2026, 17:08
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır -
Klopp Almaniya milli komandasını çalışdırmağa yaxındır - Xarici xəbərlər
22-04-2026, 11:01
"Çelsi" 32 il sonra antirekordunu təkrarladı - Xarici xəbərlər
23-04-2026, 14:07
Canlı əfsanə Qullit:
Canlı əfsanə Qullit: “Futbol İngiltərəyə məxsus deyil”
29-04-2026, 15:35
"Neftçi" - "Qarabağ" matçından yaşananlara görə cərimələr açıqlandı
21-04-2026, 14:30
Azərbaycan millisinin heyətindən çıxarıldı
Azərbaycan millisinin heyətindən çıxarıldı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb