FutbolMedia.Az
  • 20:20 Cümə
    16 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Barış Şimşek:

Barış Şimşek: "Qısa müddətdə ən yüksək keyfiyyətdə hazırlıq keçdiyimizi düşünürəm"

AFFA Hakimlər Komitəsinin sədi Barış Şimşek affa.az saytına müsahibə verib.

Futbolmedia.az həmin müsahibəni təqdim edir:

- Təxminən 6 illik fasilədən sonra hakimlərin ölkə xaricində təlim-məşq toplanışı təşkil olundu. Komitə sədri kimi toplanışı necə qiymətləndirirsiniz, hər şey istədiyiniz kimi alındı?

- Çox faydalı təlim-məşq toplanışı oldu. Toplanışın əsas məqsədi qış fasiləsindən sonra keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaqdır. Nəzəri məşğələləri keçən təlimçilər peşələrində ən yaxşı olanlar idi. Həm nəzəri məşqlər, həm fiziki hazırlıq, həm də hakimlərin biri-birilərinə uyğunlaşmaları, bir ailə kimi birlikdə olmaları baxımından çox faydalı oldu. Çətin olacağını düşündüyümüz üçüncü, dördüncü dövrənin oyunlarından əvvəl bizə hərtərəfli xeyiri dəyəcək hazırlıq keçdik. Toplanışın yüksək səviyyədə təşkilinə görə AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm.

- Hər kəsdə ən çox sual doğuran məsələ hakimlərimizin bu dəfə Antalyada yoxlama oyunlarını idarə etməməsi oldu. Bunun səbəbi nə idi?

- Təşkilati səbəblərdən hakimlərin oyun idarə etməsi mümkün olmadı. Təbii ki, alınsaydı, bunun faydalı tərəfləri də ola bilərdi. Amma təlim-məşq toplanışında əsas məqsədimiz hakimlərimizin matç idarə etməsi deyildi. Bu mənim şəxsi düşüncəmdir, razılaşmayanlar da ola bilər. Digər fikirlərə də hörmətlə yanaşıram. Adından da anlaşıldığı kimi əsas məqsəd təlim və məşq keçmək idi. Bizim əsas məqsədimiz hakimlərimizi texniki və fiziki olaraq çempionatın üçüncü və dördüncü dövrələrinə hazırlamaqdır. Hakimlərin biri-birilərinə uyğunlaşmaları, bir ailə kimi birlikdə olmaları baxımından toplanışın çox faydaları oldu.

Yoxlama oyunları idarə etməyə gəlincə sizə bir misal çəkim.Toplanışa Avropadan nüfuzlu mütəxəssis dəvət edirsən, onun təlim keçidiyi müddətdə 8 hakimi prossesdən ayırıb oyunlara təyin edirsiniz. Bu doğru deyil. Amma bir az öncə vurğuladığım kimi subyektiv yanaşmadır, fərqli fikirdə olanlar da ola bilər.

- Toplanışa məşhur italiyalı Matteo Trefoloni də cəlb olunmuşdu. Onun fəaliyyəti nədən ibarət oldu, hakimlərimiz ondan nə öyrənə bildilər?

- Trefolonidən başqa, bizim köməkçi hakim təlimçimiz Tarık Ongun və mənəvi-psixoloji dəstək mövzusunda professor doktor Turgay Biçer toplanış ərzində bizimlə birlikdə oldular, öz sahələri üzrə təlim keçdilər. Müxtəlif mövzular üzərindən həm UEFA-nın bizə göndərdiyi, həm də Misli Premyer Liqasından hazırladığımız epizodları izlədik, incələdik. Mənəvi-psixoloji dəstəkdən başqa, təxminən 25-ə yaxın texniki seans gerçəkləşdirdik. Bunun yarısını Matteo Trefoloni, qalanını isə Tarık Ongunla mən birlikdə həyata keçirdik. Bundan əlavə, Turgay Biçerin rəhbərliyi altında rabitə, komanda ruhu yaratmaq, liderlik, çətinliklərlə mübarizə aparmaq və s. mövzularda seminarlar təşkil etdik.

- VAR-la bağlı seminarlar oldumu?

- Bəli. Seminarı mən keçirdim. Epizodları izləyərək interaktiv, qarşılıqlı müzakirə şəklində bir neçə seansımız oldu.

- Təlim-məşq toplanışı ərzində hakimlərdə ən çox nəyin istənilən səviyyədə olmadığını müşahidə etdiniz?

- UEFA ilə sıx əlaqədəyik. Onların təlimatları çərçivəsində işimizi qururuq. Bizə təqdim olunan təlimatları ən yüksək səviyyədə hakimlərimizə aşılamağa çalışırıq. UEFA-nın bizə göndərdiyi yeni materiallar əsasında təlim-məşq toplanışı keçirdik. Hər hansı çatışmazlığın olduğunu düşünmürəm. Hakimlərimiz seminar ərzində keçdiklərimiz təlimləri mənimsədilər. Nəzəriyyəni yaxşı bilməklə, onu meydanda tətbiq etmək hər zaman uğurlu alınmır. Təbii ki, bunu hər hakimə şamil etmək olmaz. Zatən, nəzəriyyəni tam şəkildə tətbiq etsək, hakim səhvləri olmaz. Əsas çatışmazlıq kimi bunu qeyd edə bilərəm.

- Sizcə, hakimlər çempionatın qalan hissəsinə nə dərəcədə hazırdırlar?

- Məncə, mümkün olan ən yüksək səviyyədə hazırdırlar. Toplanış ərzində həm biz bütün bilik və bacarığımızı onlara aşılamağa çalışdıq, həm də onlar ən yaxşı şəkildə mənimsəməyə səy göstərdilər. Belə qısa müddətdə yüksək keyfiyyətdə hazırlıq keçdiyimizi düşünürəm.

20-01-2024, 10:13
12450
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-01-2024, 08:30
Qurban Qurbanovdan yeni transfer ehtimallarından danışdı
Qurban Qurbanovdan yeni transfer ehtimallarından danışdı
20-07-2023, 10:11
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Daha yaxşı olmağa çalışacağıq”
22-01-2023, 09:38
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Türkiyə təlim -məşq toplanışından razı qaldım"
20-01-2023, 13:39
Tural Axundov:
Tural Axundov: "Türkiyə toplanışı çox yaxşı keçdi"
19-01-2023, 13:54
Tərlan Quliyev:
Tərlan Quliyev: "Çempionatda yaxşı oynayan futbolçulara təkliflər olacaq"
19-01-2023, 08:16
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "Komandadakı əzmkarlıq və birlik yüksək səviyyədədir”
2-08-2022, 11:52
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qəbələ" ilə oyun gərgin keçəcək"
1-08-2022, 07:07
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Qarabağ"la oyun çox çətin olacaq"
26-07-2022, 09:12
"Səbail"in təlim-məşq toplanışından qeydlər
28-01-2022, 14:31
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qarabağ"la oyun çox çətin olacaq"
30-11-2021, 16:29
"Sabah" qış təlim-məşq toplanışı üçün Türkiyəyə gedir
31-05-2021, 09:32
"Qarabağ" toplanış üçün hansı ölkəyə gedəcək?
  Xəbər Lenti
Cerrard Çempionşip klubunun baş məşqçi postuna namizəddir - Xarici xəbərlər 16.10.2026, 17:22
"Qarabağ"ın futbolçuları üçün seminar keçirildi - FOTO 16.10.2026, 17:03
Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi 16.10.2026, 16:09
"Şəfa" "Şamaxı"nı məğlub edir, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR 16.10.2026, 15:18
"KuPS" - "Trabzonspor" 2:4 - VİDEO 16.10.2026, 14:00
Dünya çempionatında daha bir gümüş medal qazandıq 16.10.2026, 13:04
Uesli Sneyder: "Mənim üçün deal hücumçu “Van Nistelroydu" 16.10.2026, 12:19
"Mingəçevir" - "Şimal" 1:4 - VİDEO 16.10.2026, 11:35
"Beşiktaş", "Milan" və "Yuventus"dan qələbə - Avropa Liqası 16.10.2026, 11:03
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb