FutbolMedia.Az
  • 23:56 Çərşənbə axşamı
    29 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Franko Foda:

Franko Foda: "İlk hissədə "Qarabağ"ı saxlaya bilmirdik"

“Birinci hissə “Qarabağ”ın üstünlüyü şəraitində keçdi. Rəqib ilk dəqiqələrdə təzyiqi artırdı".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Sürix"in baş məşqçisi Franko Foda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a Bakıda 2:3 hesabı ilə məğlub olduqları ilk oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, 3:3 hesabı ən layiqli nəticə olardı: "Rəqib oyun oynamağımıza imkan vermirdi. Amma ikinci hissədə şanslar yaratdıq, təzyiqə dözdük və ikinci qolu vurduq. Birinci hissəni “Qarabağ”ın, ikinci hissəni bizim aktivimizə yazmaq olar.

Hiss elədik ki, ilk hissədə rəqibi saxlaya bilmirik. “Qarabağ” topu çox yaxşı saxlayırdı. İkinci hissədə 3-4-3 sisteminə keçdik, cinahlara üstünlük verdik. Qapıçıları Şahruddin Məhəmmədəliyev onları bir neçə epizodda qoldan xilas etdi. Düşünürəm ki, 3:3 ən layiqli nəticə olardı. Komandam uduzanda heç vaxt sevinə bilmərəm. Əsas nəticə ikinci oyundan sonra olacaq".

Çalışdırıcı bildirib ki, "Qarabağ"ın hazırda ölkə çempionatında oyunun olmaması Ağdam təmsilçisi üçün xüsusi üstünlükdür:

"Mənim qollara baxmağa hələ imkanım olmayıb. Bunu sabah təhlil edəcəyik. Əsas odur ki, ikinci hissədə komanda ruhunu itirmədi, dönüş etdi, qollarını vurdu. “Qarabağ”ın üstünlüyü odur ki, çempionat oyunu yoxdur, cavab oyununa rahat hazırlaşacaq. Bizim isə şənbə günü çempionat matçımız olacaq".

Fode "Qarabağ"ın oyununda yeni bir şey görmədiyini deyib: "Təzə bir şey görmədim. “Qarabağ”ı təhlil etdiyim şəkildə gördüm. Birinci hissədə bir epizodda penalti epizodumuz oldu, bəlkə də vermək olardı".

Mütəxəssis buraxdıqları 3-cü qolu belə şərh edib: "Belə səhvlərə yol vermək olmaz. Biz müdafiədə səhv elədik və qol buraxdıq. Amma bunun həlledici olmadığını düşünürəm".

Rəqibin baş məşqçisi "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin oyununu xüsusi qeyd edib: "Küləyin heç bir təsiri olmadı. Sürətli oyun izlədik. İkinci hissəni nəzərə alsaq, Şahruddin gözəl seyvlərlə komandasını xilas etdi. Birinci hissədə də bizim bəxtimiz gətirdi. Bəlkə də, 3:3 və ya 4:4 hesabı ədalətli nəticə olardı. Son olaraq qonaqpərvərliyə görə təşəkkür edirəm. Eyni qonaqpərvərliyi də biz Sürixdə göstərməyə çalışacağıq".

19-07-2022, 22:10
32073
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
17-07-2022, 18:01
"Sürix"in baş məşqçisi darmadağın olmalarından danışdı
3-06-2022, 20:25
De Byazi:
De Byazi: "Təcrübəli futbolçular belə səhv etməməlidirlər"
27-02-2022, 20:00
Murad Musayev:
Murad Musayev: "Belə çıxır ki, istədiyim komandanı formalaşdıra bilməmişəm"
18-02-2022, 10:19
Sampaoli:
Sampaoli: "Qarabağ" oynamağa imkan vermədi"
8-02-2022, 12:35
Kamran İbrahimov:
Kamran İbrahimov: "Özümü qapıçımız İvan Brikiçdən heç də, zəif hesab etmirəm"
27-11-2021, 21:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "Sabah"la oyunda sonluğu qoya bilmədik"
6-11-2021, 17:24
Murad Musayev:
Murad Musayev: “Sabah”la bağlı heç kimdən məsləhət almamışam"
1-10-2021, 01:26
Qurban Qurbanov:
Qurban Qurbanov: "Mən daha çətin oyun gözləyirdim"
19-08-2021, 23:49
Samir Abasovdan gülməli açıqlama
Samir Abasovdan gülməli açıqlama
19-08-2021, 22:25
“Aberdin”in baş məşqçisi:
“Aberdin”in baş məşqçisi: “Bu cür meydançada oyun sərgiləmək çətindir”
29-07-2021, 22:18
Ayxan Abbasov:
Ayxan Abbasov: “Rəqib çox asan qollar vurdu “
7-07-2021, 22:45
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Onlar xəyanət etdilər"
  Xəbər Lenti
Fransa millisinin sabiq hücumçusu Olivye Jiru futbolla vidalaşdı - Xarici xəbərlər 29.09.2026, 19:09
Portuqaliyalı yarımmüdafiəçi Braziliya klubuna keçə bilər - Transfer xəbərləri 29.09.2026, 18:14
“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta “Mançester Yunayted”ə keçir- Transfer xəbərləri 29.09.2026, 17:12
"Beşiktaş" ingiltərəli yarımmüdafiəçsini heyətinə qatmağa çalışır - Transfer xəbərləri 29.09.2026, 16:08
FIFA prezidenti Canni İnfantino Bakıda 29.09.2026, 15:30
Fatih Terim: “Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” 29.09.2026, 15:27
İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qarşı - YENİLƏNİR 29.09.2026, 14:33
Türkiyə – İtaliya 1:4 - VİDEO 29.09.2026, 14:03
"Qarabağ"ın legioneri Yamaykada zədələndi 29.09.2026, 13:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb