FutbolMedia.Az
  • 11:48 Çərşənbə axşamı
    25 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Şahin Diniyev:

Şahin Diniyev: "Sanki qorxaraq meydana çıxmışdıq"

“İlk növbədə “Qəbələ”ni təbrik edirəm. Komandama gəldikdə isə, ilk 45 dəqiqə bacardığımızın heç 15 faizini ortaya qoya bilmədik. Sanki qorxaraq meydana çıxmışdıq. Komanda istədiyimə yaxın futbol oynaya bilmədi”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 32-ci turunda “Qəbələ”yə 2:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Mütəxəssis matçın axarını dəyişmək üçün erkən əvəzetmələrə əl atdığını bildirib: “Gedişatı dəyişmək üçün erkən dəyişiklilərə getdik. Artıq 65-ci dəqiqədə 5 əvəzetmənin hamısından yararlanmışdıq. Əvəzetmələrlə matçın gedişatını dəyişə bildik. 3:2-dən sonra da hücumlarımız davam edirdi. 2:3 və ya 2:4 uduzmağın ciddi fərqi olmadığı üçün müdafiəçilərimiz belə irəli atılmışdılar. Yenilgiyə baxmayaraq, komandama təşəkkürümü bildirmək istəyirəm. Çünki 2-ci hissədə xarakter nümayiş etdirdik. “Qəbələ” kimi güclü rəqiblə oyunda 0:3 hesabı ilə geri düşsək də, matçdan qopmadıq. Təbii ki, 3-cü qolu vursaydıq, daha yaxşı olardı. İlk hissədə göstərdiyimiz bərbad oyun bu gün heç olmasa, 1 xal qazanmağımıza imkan vermədi”.

Diniyev fasilədə futbolçulara hansı tapşırıqları verməsi barədə sualı belə cavablandırıb: “Futbolçulara emosional şəkildə fikirlərimi çatdırdım. Bildirdim ki, “Qəbələ” bizimlə sanki uşaq futbolu oynayır, meydanda nə istəyirsə, onu da edir. Futbolda uduzmaq olar. Amma heç olmasa, meydanda mübarizə aparmaq lazımdır. Bir sözlə, futbolçularla çox sərt formada danışığım oldu, sonra isə onları tək buraxdım”.

“Səbail”in çalışdırıcısı kubok da daxil olmaqla 13 gün ərzində “Qəbələ”yə 3 dəfə uduzmalarına belə münasibət bildirib: “Kubok tamam başqadır. Həm də bizim heyətimiz o qədər geniş deyil. 17 gün ərzində 5 oyun keçirdik. Üç gündən bir meydana çıxdığımıza görə, bilirdim ki, ehtiyat qüvvəmiz çatmayacaq. Ötən matçda heyətdə 9, bu dəfə isə 6 yeni futbolçu var idi. Həmin 9 nəfər “Neftçi” ilə görüşdə hazırlıqlı idi və yaxşı çıxış etdik. Futbolçulardan müdafiədən hücuma sürətli keçidi tələb etsəm də, bunu meydanda görə bilmədim”.

1-05-2023, 20:18
17292
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
29-04-2023, 21:13
Murad Musayev:
Murad Musayev:
27-04-2023, 23:08
Şahin Diniyev:
Şahin Diniyev: "Üç qol vəziyyətimiz oldu, istifadə edə bilmədik"
18-04-2023, 21:24
Şahin Diniyev:
Şahin Diniyev: "Yerimizə gələcək klubun 12 fərqli komandası varsa, gəlsin"
15-04-2023, 09:43
Regekampf:
Regekampf: "Bu məğlubiyyət bizim üçün “soyuq duş” oldu"
14-04-2023, 20:50
Şahin Diniyev:
Şahin Diniyev: "Allah qarşıma şans qoysa ki, ya kubok, ya elita, elitanı seçərəm"
8-04-2023, 20:31
Şahin Diniyev:
Şahin Diniyev: "Mən söz vermişəm"
11-03-2023, 20:22
Şahin Diniyev:
Şahin Diniyev: "Pis günün ömrü çox az olacaq"
4-03-2023, 19:03
Şahin Diniyev:
Şahin Diniyev: "Bizim lehimizə ola biləcək məqamlarda VAR-a baxılmır"
10-03-2023, 20:00
Şahin Diniyev:
Şahin Diniyev: "Neftçi" pik nöqtəyə gəlməyib" - (Açıqlama)
31-01-2023, 22:11
Şahin Diniyev:
Şahin Diniyev: "Qvardiolanın, Mourinyonun nəyisə düz etmədiyini deməyimiz ayıbdır"
3-12-2022, 17:19
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "İstefa verməkdən qorxmuram"
4-09-2022, 22:46
Elmar Baxşıyev:
Elmar Baxşıyev: “Mövsümdə ən yaxşı oyunumuzu keçirdik"
  Xəbər Lenti
“Sabah” (Azərbaycan) - “Hapoel”ə qarşı - YENİLƏNİR 25.08.2026, 11:30
“Yuventus” polşalı qapıçı ilə maraqlanır - Transfer xəbərləri 25.08.2026, 11:00
“Karvan-Yevlax”dan növbəti transfer 25.08.2026, 10:10
"Bolonya" - "Latsio" 0:1 - VİDEO 25.08.2026, 09:15
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə 25.08.2026, 08:13
Dambrauskas: "Matçın taleyini əsas vaxtda həll etmək istəyirik" 24.08.2026, 20:31
Daha bir tanınmış futbolçu “Trabzonspor”a keçir - Transfer xəbərləri 24.08.2026, 18:08
"Mançester Yunayted"in müdafiəçisi "Milan"ın hədəfində - Transfer xəbərləri 24.08.2026, 17:07
"Sumqayıt"dan ayrılan legioner Sloveniya klubunda 24.08.2026, 16:14
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Dünən, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
25-07-2026, 18:06
De Bruyne “Napoli”dən ayrıla bilər -
De Bruyne “Napoli”dən ayrıla bilər - Xarici xəbərlər
25-07-2026, 15:30
"Çelsi" 18 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır - Transfer xəbərləri
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb