FutbolMedia.Az
  • 10:04 Bazar
    29 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
“Sumqayıt”ın məşqçisi:

“Sumqayıt”ın məşqçisi: "Meydan amili oyunumuza çox təsir etmədi"

“Oyunun gözəl keçdiyini söyləyə bilmərəm. Amma qarşılaşma maraqlı alındı”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın məşqçisi Mübariz Orucov Misli Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə oyundan sonra mətbuat konfransında deyib.

O, komandasının 1:0 hesablı qələbəsini belə şərh edib: “Bu gün hər iki komanda qələbə qazanmaq istəyirdi. Şükürlər olsun, istəyinə çatan tərəf biz olduq. Komanda qalib gəlmək üçün əlindən gələni etdi. Azarkeşlərimizə də təşəkkür edirəçm. Bu gün bizə çox yaxşı dəstək oldular”.

O, ilk hissə ilə müqayisədə ikincidə “Sumqayıt”ın daha yaxşı çıxış etməsinin səbəbini də izah edib: “Fasilədə futbolçularla söhbət etdik, lazımi tapşırıqları verdik. Onlar da bildirdilər ki, nəyin hesabına olur-olsun, qələbə qazanmaq istəyirlər”.

M.Orucov birinci hissədəki zəif oyunu meydanın durumu ilə əlaqələndirməyib: “Bəhanəyə ehtiyac yoxdur. Meydan amili oyunumuza çox təsir etmədi. Lakin külək amilini qeyd etmək mümkündür”.

Mütəxəssis qapıda dəyişiklik edilməsinə belə münasibət bildirib: “Oyundan 2-3 gün əvvəl Mehdi Cənnətovun yüngül zədəsi oldu, ona görə bu gün Orxan meydana çıxdı və ümidləri doğrultdu”.

O, Kasimir Ninqanın durumundan da söz açıb: “Bəzi futbolçular uyğunlaşma dövrünü tez keçirir, bəziləri gec. Ninqada hələ bu proses davam edir. O, pis oynamadı, lakin uyğunlaşması sürətli getmir. Bacarığını hələ ki, göstərə bilmir”.

Orucov Rövlan Muradovun cinah müdafiəçisi kimi pis çıxış etmədiyini söyləyib: “Mövsüm uzundur, rotasiyalar olacaq. Rövlan elə futbolçudur ki, üzərinə düşəni edir”

8-10-2023, 19:50
14161
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
8-10-2023, 19:34
Azər Məmmədov:
Azər Məmmədov: "İstədiyimiz 11-liyi hələ meydana buraxa bilməmişik"
6-10-2023, 20:15
Ayxan Abbasov:
Ayxan Abbasov: "Neçə oyundur ki, penaltilərimizi vermirlər"
29-09-2023, 22:18
"Sumqayıt"ın məşqçisi: "Qarabağ"a qarşı hansı heyətlə oynasan, yenə çətin olacaq"
5-08-2023, 21:20
Samir Abasov:
Samir Abasov: "Bu il bizim kimi komandalar üçün çox çətin keçəcək"
7-05-2023, 21:51
Şahin Diniyev:
Şahin Diniyev: "Sumqayıt"ın oyunlarını dünən gecəyə qədər analiz etmişəm"
15-04-2023, 19:07
Ayxan Abbasov:
Ayxan Abbasov: “Qarşımıza Konfrans Liqasına vəsiqə hədəfi qoyulmayıb"
15-04-2023, 09:43
Regekampf:
Regekampf: "Bu məğlubiyyət bizim üçün “soyuq duş” oldu"
29-11-2022, 20:04
"Sumqayıt"ın məşqçisi: "Çoxdandır ki, azarkeşlərimizi sevindirmək istəyirik"
23-10-2022, 19:15
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Bu dəfə onun cəzası daha sərt olacaq"
8-10-2022, 19:55
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Xalımız 8 yox, daha çox olmalı idi"
10-09-2022, 21:23
Regekampf:
Regekampf: "İlk yarıda komandam yaşlı insanlar kimi futbol oynadı"
14-11-2021, 23:53
Qətər millisinin baş məşqçisi:
Qətər millisinin baş məşqçisi: "Yaxşı nəticə qazandıq"
  Xəbər Lenti
Millimizin üzvü Rüfətin komandası uduzdu 29.11.2026, 09:23
“Sabah” - “Araz-Naxçıvan” 2:0 - VİDEO 29.11.2026, 08:52
Dambrauskas: “Stadionları insanların ayağına aparmalıyıq?” 28.11.2026, 22:18
Yuri Maksimov: “Biz də qələbə qazanmaq istəyirik” 28.11.2026, 21:30
“Turan Tovuz” - “Kəpəz” 2:1 - VİDEO 28.11.2026, 20:16
Kurban Berdiyev: “Bu, onun fikridir” 28.11.2026, 19:15
Azər Məmmədov: “Ən azı bir xal qazanmağa layiq idik” 28.11.2026, 19:03
PSJ-nin müdafiəçisi zədələndi - Xarici xəbərlər 28.11.2026, 18:04
"Fənərbaxça" "Arsenal"la danışıqlara başladı - Xarici xəbərlər 28.11.2026, 18:00
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb