FutbolMedia.Az
  • 19:45 Çərşənbə axşamı
    25 Avqust 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Regekampf:

Regekampf: "İlk yarıda komandam yaşlı insanlar kimi futbol oynadı"

"Üç xala görə futbolçularımı təbrik edirəm. Yenə də iki fərqli hissə gördük. İlk yarıda komandam yaşlı insanların oynadığı kimi futbol göstərdi. İkinci hissədə isə oynamalı olduğumuz kimi oynadıq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 6-cı turunda bu gün "Qəbələ"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 2:1 hesablı səfər qələbəsini belə şərh edib: "Analiz edəcəyik, bu barədə futbolçularla danışacağıq. İlk hissədə çoxlu səhvlər etdik. Bizim kimi komandada, bu səviyyədə belə səhvlər olmalı deyil. Top saxlayırdıq, təhlükəli epizodlar yaradırdıq. Amma bu gün son nöqtələri qoymaqda zəif olduq. Biz düzgün qərarlar verə bilmirdik. Özümüz özümüzü çətinliyə salırdıq. Ona görə də iki fərqli hissə oldu. Bu cür oyunlar xoşuma gəlmir. Əgər ikinci hissədə qol epizodları varsa, üçüncü və dördüncü qolu da vurmaq lazımdır. Çünki futbolda son 2-3 dəqiqədə çox şey baş verə bilir. Amma bu gün üç xal qazandıq. Hər epizodu analiz edəcəyik. Növbəti oyuna konsentrasiya olacağıq".

- Nəyin sayəsində oyunu dəyişə bildiniz?

- Fasilədə oyunçularla çox danışmadım. Sadəcə olaraq, həmin anda düzgün qərar verməliydim. İki oyunçu dəyişdim. Rəqib sağ cinahımızdan çox hücumlar edirdi. Oyuna İsmayıl Zülfüqarlını buraxdım ki, hücumda bizə kömək etsin. Vurduğumuz birinci qolda da yaxşı assist etdi. Ata Caber də son nöqtəni yaxşı qoydu. Oyunçularıma fasilədə dedim ki, çox epizodlar yarada bilərdik, amma hərəkət etmək lazımdı. Futbolçular hərəkət etmirdi. Hamısı ayağa istəyirdi topu. Dediyim kimi, ilk yarıda qocalar kimi futbol oynayırdıq. Onlara tapşırıq verdim ki, qapıya tərəf hərəkət etsinlər, topla çox oynasınlar.

- Ömər Buludov sanki "Neftçi"nin səviyyəsində deyil. Komandaya nə vaxt səviyyəli sağ cinah müdafiəçisi gələcək?

- Üzrlü sayın, amma mən bu cür görmədim. Ömərin son oyununa baxsaq, çox yaxşı idi. Bu gün ilk hissədə 1-2 səhvlər etdi. Bilirik ki, onun hücumdakı effekti İsmayıldakı kimi deyil. Amma bəzən müdafiə cəhətdən də bizə kömək etməlidir. İki yerli, sağ cinah müdafiəçisi, gələcəyi olan futbolçumuz var. Gəncdirlər, hələ öyrənməlidirlər. Qarşıdakı periodda bizə köməkləri dəyəcək. Öməri qol buraxdığımıza görə dəyişmədim. Sadəcə olaraq, İsmayılı ona görə meydana buraxdım ki, bizə hücumda daha çox köməyi dəysin. Sol və sağ cinah arasında balansa baxsaq, sol cinahdan heç nə yarada bilmədik. Azər Əliyev səviyyəsini qoruyub-saxlamalıdır. Eyni ambissiya ilə oynamalıdır. O, bizim üçün yaxşı futbolçudur, köməyi dəyə bilər. Ancaq hər zaman səviyyəsini qorumalıdır.

10-09-2022, 21:23
17907
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
9-09-2022, 08:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Rəqib futbolçu deyib ki, "Qarabağ"ın epizodunda təmiz penalti var idi"
28-08-2022, 22:45
Murad Musayev:
Murad Musayev: "Biz heç kimi təxribata çəkmək fikrində deyilik"
28-08-2022, 22:33
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Məğlubiyyəti düzgün analiz edəcəyik"
26-08-2022, 23:33
Regekampf:
Regekampf: "Məndə bəzən elə hiss yaranır ki, biz odla oynamağı xoşlayırıq"
14-08-2022, 23:13
Regekampf:
Regekampf: "Neftçi"nin bundan da artıq gücü var"
4-08-2022, 23:43
Regekampf:
Regekampf: "Azərbaycan futbolu üçün böyük qələbədir"
22-07-2022, 00:10
"Neftçi"nin baş məşqçisi Regekampf: "Komandada döyüşkən ruh olmalıdır"
19-07-2022, 22:10
Franko Foda:
Franko Foda: "İlk hissədə "Qarabağ"ı saxlaya bilmirdik"
9-10-2021, 22:32
İrlandiya yığmasının baş məşqçisi:
İrlandiya yığmasının baş məşqçisi: “Seçmə mərhələdə belə nəticələr tez-tez olmur“
26-09-2021, 11:56
Aftandil Hacıyev:
Aftandil Hacıyev: "Kimi meydana buraxım?"
19-08-2021, 23:49
Samir Abasovdan gülməli açıqlama
Samir Abasovdan gülməli açıqlama
14-07-2021, 23:33
Samir Abasov:
Samir Abasov: "Belə səhvləri yunanlar bağışlamaz"
  Xəbər Lenti
“Real” “Lill”in təklifini rədd edib - Transfer xəbərləri 25.08.2026, 18:10
“Qarabağ” – “Tvente” matçının başlamasına 1 saat qalmış stadion kassalarında bilet satışı dayandırılacaq. 25.08.2026, 17:09
“Roma” Malik Fofana ilə anlaşıb - Transfer xəbərləri 25.08.2026, 17:05
"Xankəndi" kamerunlu hücumçu transfer etdi 25.08.2026, 16:03
“Sabah” - “Hapoel” oyununu yayımlayacaq kanal 25.08.2026, 15:22
"Qarabağ"dan zədəlilərlə bağlı son durum 25.08.2026, 14:21
“Liverpul” Barkola üçün yeni təklif hazırlayır - Transfer xəbərləri 25.08.2026, 13:12
"Çelsi" müdafiəçisini La Liqa klubuna icarəyə verəcək - Xarici xəbərlər 25.08.2026, 12:13
“Sabah” (Azərbaycan) - “Hapoel”ə qarşı - YENİLƏNİR 25.08.2026, 11:30
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
Dünən, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
26-07-2026, 13:15
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir -
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir - Transfer xəbərləri
26-07-2026, 09:17
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
28-07-2026, 14:39
"Qarabağ" FK və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
28-07-2026, 13:18
"Real"da ciddi itki - Xarici xəbərlər
27-07-2026, 15:29
Makqreqor bir illik sıradan çıxıb
Makqreqor bir illik sıradan çıxıb
26-07-2026, 08:04
"Kəpəz"də zambiyalı futbolçu - Transfer xəbərləri
28-07-2026, 11:07
"Mançester Siti" qolkiperini "Lids"ə satır - Transfer xəbərləri
27-07-2026, 16:12
"Roma"dan 35 milyon avroluq hücumçu transferi - Xarici xəbərlər
28-07-2026, 15:42
Zidanın Fransa millisində ilk açıqlaması -
Zidanın Fransa millisində ilk açıqlaması - Xarici xəbərlər
27-07-2026, 18:06
Neymar yenidən qalmaqal mərkəzində -
Neymar yenidən qalmaqal mərkəzində - Xarici xəbərlər
29-07-2026, 10:10
"Tottenhem" "Mançester Siti"nin futbolçusuna fantastik qiymət - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb