FutbolMedia.Az
  • 17:46 Cümə
    6 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Regekampf:

Regekampf: "Bu məğlubiyyət bizim üçün “soyuq duş” oldu"

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 30-cu turunda “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Futbolmedia.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında rumın mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb: “Oyuna çox pis başladıq. Topa sahib bilmirdik, sürətli oynamırdıq. Futbolçulara matçdan öncə bildirmişdik ki, rəqib pressinq tətbiq edəcək. Bunun öhdəsindən gəlmək üçün gözəl və sürətli ötürmələrlə ilk xətti yarmalıydıq. Ancaq bəxtimiz gətirmədi. Qapımızda ilk qolu heç nədən görmədik. Bu barədə çox da danışmaq istəmirəm. Futbolda belə hallar olur. İkinci qola gəldikdə isə, hakim elə görübsə, penalti idi. Amma bu da olmamalı idi”.

“Neftçi”nin çalışdırıcısı komandasının qapısına penalti təyin olunduğu epizodda hər şeyin Ömər Buludovun səhvindən sonra başladığını bildirib: “İlk yarıda bir epizodda top Ömər Buludovun başına gəlir, o, həmin epizodda tək idi, təzyiq yox idi və topu saxlaya bilərdi. Lakin dərhal qərar verdi ki, ilk toxunuşla oynasın. Halbuki bu cür məqamda topu ortaya yox, cinaha göndərmək lazımdır. Bu epizodun sonunda da qapımıza penalti təyin edildi”.

Laurentsiu Regekampf fasilədə 3 futbolçunu dəyiıməsini səbəbini belə izah edib: “0:2 hesabı ilə geri düşdükdən sonra çalışdıq ki, geridönüş edək. Qol vurmaq üçün şanslarımız da var idi. Amma o cür qollardan sonra nəticəni dəyişmək heç də asan deyildi. Buna görə də fasilədə 3 dəyişiklik etmək qərarına gəldim. Bu gün bəzi gənc futbolçuları meydanda daha çox saxlamaq istəyirdim. Amma gedişata reaksiya verməliydik. Düşünürəm ki, etdiyimiz dəyişikliklər özünü doğrultdu. Hesab arasındakı fərqi azaltdıq. İkinci qol üçün də şanslarımız var idi. Lakin onlardan yararlana bilmədik. Matç heç-heçə bitsəydi, bu, bizi sevindirərdi. Çünki görüşə çox pis başlamışdıq. Rəqib böyük hədiyyə etmiş olduq”.

O, qarşıdakı kubokun yarımfinal matçında da söz açıb: “Qarşıda bizi çox vacib oyun gözləyir. Kubokun yarımfinal matçı bizim üçün mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, futbolçuların hamısı həmin görüşə tam hazır olacaqlar. Oyunçularım “Turan Tovuz”la matçda başqa üz göstərəcəklər. Bizim üçün çətin qarşılaşma olacaq. Süni öt örtüyü, azarkeş amili və s. məqamlar var. Tovuzda yaxşı atmosfer olacaq. Bizim kifayət qədər təcrübəli futbolçularımız var. Bu səbəbdən də hazırkı məqamda pozitiv düşünməli və irəliyə baxmalıyıq”.

“Neftçi”nin çalışdırıcısı “Qəbələ”dən alınan məğlubiyyəti daha çox kuboku düşünmələri ilə əlaqələndirməyib: “Xeyr, belə deyil. Bu gün hamımız “Qəbələ” ilə oyuna köklənmişdik. Biz hər dəfə yalnız növbəti matçı düşünürük. Bu gün qalib gəlmək bizim üçün vacib idi. Bir tərəfdən qələbə seriyasını davam etdirmək istəyirdik, digər tərəfdən də hər qələbə komandanın özünə olan inamını daha da artırır. Atmosfer də daha yaxşı olur. Odur ki, bugünkü yenilgini fikrimizin kubokda olması ilə əlaqələndirmirəm”.

15-04-2023, 09:43
17466
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
8-04-2023, 22:55
Regekampf:
Regekampf: "Nəticə oyuna görə oldu"
16-03-2023, 22:07
Regekampf:
Regekampf: "Qarabağ"a futbolçu verməyimiz mümkün deyil"
5-02-2023, 21:14
Regekampf:
Regekampf: "Bu inamı mənə futbolçularım verib"
12-11-2022, 21:28
Laurentsiu Regekampf:
Laurentsiu Regekampf: "Oyunçular bizim üçün qızıla bərabərdir"
5-11-2022, 21:54
Regekampf:
Regekampf: "Yaxşı oynamadıq"
29-10-2022, 20:04
Regekampf:
Regekampf: "Başqa çıxış yolumuz yox idi"
16-10-2022, 17:10
Regekampf:
Regekampf: "Top hər dəfə ləngiyirdi"
16-09-2022, 23:20
Regekampf:
Regekampf: "Hazırda nəticə o qədər də önəmli deyil"
9-09-2022, 08:14
Qurban Qurbanov:
Qurban Qurbanov: "Rəqib futbolçu deyib ki, "Qarabağ"ın epizodunda təmiz penalti var idi"
26-08-2022, 23:33
Regekampf:
Regekampf: "Məndə bəzən elə hiss yaranır ki, biz odla oynamağı xoşlayırıq"
20-04-2022, 20:10
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Bizim qapımıza dərhal penalti verirlər"
4-04-2022, 09:20
Rəşad Sadıqov:
Rəşad Sadıqov: "Artıq hakimlərin qərarına təəccüblənmirəm"
  Xəbər Lenti
Mourinyo: “Ardanın bəzi problemləri var idi” 6.11.2026, 17:15
"Qarabağ"ın daha bir futbolçusu ilk dəfə milli komandaya çağırıldı 6.11.2026, 16:10
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı 6.11.2026, 15:38
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı 6.11.2026, 14:35
Polis "Nyukasl"ın müdafiəçisini həbs etdi - Xarici xəbərlər 6.11.2026, 14:00
Tanınmış futbolçunun papağını oğurlamağa çalışdılar - Xarici xəbərlər 6.11.2026, 13:16
"Dnepr"in futbolçusu Azərbaycan yığmasına dəvət edildi 6.11.2026, 12:04
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi 6.11.2026, 11:33
"Sabah" legioneri ilə yollarını ayırdı 6.11.2026, 11:02
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 12:07
“Nottingem Forest”in baş məşqçisi qovula bilər -
“Nottingem Forest”in baş məşqçisi qovula bilər - Xarici xəbərlər
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb