FutbolMedia.Az
  • 18:41 Cümə
    13 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ayxan Abbasov:

Ayxan Abbasov: “Qarşımıza Konfrans Liqasına vəsiqə hədəfi qoyulmayıb"

“Oyun maraqlı alındı. Qərb derbisi olduğu üçün matçın gərgin keçəcəyi məlum idi. Üstəlik, "Kəpəz" bu il bizə qalib gəlməmişdi. Ona görə qələbə qazanmaq istəyirdilər”.

Futbolmedia.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 30-cu turunda “Kəpəz”lə oyundan sonra deyib.

Mütəxəssis komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib: “Rəqib ilk dəqiqələrdə əks-hücum zamanı qol vurdu. Halbuki bizim də qol imkanlarımız var idi. Lakin azlıqda qalmağımız planlarımızı pozdu. Çünki 10 nəfərlə mübarizə aparmaq çətindir. Məğlubiyyətə baxmayaraq, təslim olmuruq. Çempionat davam edir. Bu gün hər bir komanda meydana xal üçün çıxır. Ona görə də asan oyun olmur. Artıq bu matçı unudub kuboka köklənməliyik. Kubokda şansımız var və bu şansdan istifadə etməyə çalışağıq”.

Ayxan Abbasov ötən tur azarkeşlərin ünvanına səsləndirdiyi "istefa" şüarlarına ciddi önəm vermədiyini bildirib: “Klub olaraq bu məsələni çox böyütmək istəmirik. Bu gün azarkeşlərimiz yanımızda idi, bizi sona kimi dəstəklədiklər. Onlara minnətdarıq. Bu gün inkişafın ilk mərhələsindəyik. Ona görə də belə maneələr olacaq. Həm də azarkeşlər iki hissəyə bölünüb. Əsas məqsəd Premyer Liqada qalmaqdır. Bunu bəziləri bilirlər. Premyer Liqadakı yeri qorumaq lazımdır. Üç-dörd turdan sonra böyük nəticələr istəsək, uduza bilərik”.

“Turan Tovuz”un baş məşqçisi Natan Oduva və Runi Evanın əvəzlənməsinə belə aydınlıq gətirib: “Oduva matça tam hazır deyildi. İstəyirdik ki, 60-70 dəqiqə meydanda olsun. Runidə də yorğunluq var idi. Onun əvəzinə meydana Belajdi Pusini buraxdıq. Pusi matça yaxşı qoşuldu, təhlükəli vəziyyətlər yaratdı. Bizə gümrah oyunçu lazım idi. Məhz bu səbəbdən də Runini əvəzlədik”.

Abbasov komandanı kubok oyununa motivasiya etməyin heç də asan olmadığını vurğulayıb: “Futbolçulara inanıram. Qarşımıza məqsəd qoymuşuq. Həmin məqsədə çatmağa çalışacağıq. Futbolçularla əl-ələ verib vəziyyətdən çıxacağıq”.

"Neftçi" çempionatdakı oyununu bir gün gün əvvəl oynayıb. Onların sizdən daha çox istirahət etməsi oyuna təsir edə bilər?” sualını mütəxəssis belə cavablandırıb: “Bir gün böyük vaxtdır. Amma bu, bəhanə olmamalıdır”.

Ayxan Abbasov məğlubiyyətə baxmayaraq, gileylənməməli olduqlarını deyib: “Qarşımıza Konfrans Liqasına vəsiqə qazanmaq hədəfi qoyulmayıb. Komandada gənclər, təcrübəlilər var. Bu gün belə məğlubiyyətlər olmalıdır. Səbirsiz olsaq, gələn mövsüm bizim üçün çətin alınar. Keyfiyyəti də artırmaq üçün yeni oyunçular lazımdır. Ancaq bu gün gileylənməli deyilik. Hər şey yavaş-yavaş qaydasına düşəcək”.

O, komandasının səfərdə daha çox xal toplamasından da danışıb: “Həqiqətən də bu il belə alındı ki, səfərdə daha çox xal qazandıq. Bəlkə də, futbolçular evdə qalib gəlməyi daha çox istəyirlər. Bu da təzyiqə gətirib çıxarır. Amma öz meydanımızda da çox yaxşı oyunlarımız olub. Hər dəfə biz qalib gələ bilmərik. Azarkeşlərimiz də bunu öyrənəcək”.

Sonda isə Abbasov “Kəpəz”lə matçın sonunda yaşanan insidentə toxunub: “Oyunun aqressiyası yüksək idi. Futbolçular bəzən bir-birinin sözünü qəbul etmirdi. Mübahisəyə səbəb "Kəpəz" futbolçusunun azarkeşlərə jesti oldu. Amma söhbət derbidən gedir. Bu cür hadisələrin olması normaldır”.

15-04-2023, 19:07
23529
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
9-04-2023, 19:05
Ayxan Abbasov:
Ayxan Abbasov: "3-4 nəfər ətrafına uşaqları toplayıb "istefa" qışqırırdı"
5-03-2023, 22:06
Ayxan Abbasov:
Ayxan Abbasov: "Belə məğlubiyyətin üzücü olur"
24-12-2022, 18:29
Ayxan Abbasov:
Ayxan Abbasov: "Üç transfer edə bilsək, mübarizə aparmaq olar"
4-12-2022, 19:56
Ayxan Abbasov:
Ayxan Abbasov: "Diqqətli olsaydıq..."
15-10-2022, 17:48
Ayxan Abbasov:
Ayxan Abbasov: "Mübarizə davam edir"
8-10-2022, 21:53
Ayxan Abbasov:
Ayxan Abbasov: "Əzmkarlıq sayəsində xal qazandıq"
9-09-2022, 19:35
Ayxan Abbasov:
Ayxan Abbasov: "Kəpəz"dəki dəyişikliklərdən sonra sürprizlə qarşılaşa bilərdik"
26-08-2022, 20:39
Ayxan Abbasov:
Ayxan Abbasov: "Səfərdən 1 xalla dönmək yaxşı nəticədir"
13-08-2022, 23:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "9 ildən sonra Premyer Liqada qələbə qazanmaq böyük sevincdir"
17-10-2021, 18:59
Ayxan Abbasov :
Ayxan Abbasov : "İndi "Sumqayıt"a 3 il əvvəlki kimi yanaşılmır"
26-09-2021, 21:58
Ayxan Abbasov:
Ayxan Abbasov: "Rəqiblərimiz bizdən bir gün çox istirahət edir"
21-08-2021, 22:50
Ayxan Abbasov:
Ayxan Abbasov: "Ölkədə çox az futbolçu var ki"...
  Xəbər Lenti
“Çelsi”nin vingeri İtaliya klubuna keçir - Transfer xəbərləri 13.11.2026, 18:11
Brunu Fernandeş “Mançester Yunayted”in yeni təklifini rədd etdi - Transfer xəbərləri 13.11.2026, 17:09
Fransanın "Lans" klubu baş məşqçi Yannik Kayuzak; qovdu - Xarici xəbərlər 13.11.2026, 16:06
Türkiyə millisinin düşərgəsini tərk etdi - Xarici xəbərlər 13.11.2026, 15:34
Aleksey Kaşuk: "Azərbaycandan da milli komandaya düşmək olar" 13.11.2026, 14:33
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi - VİDEO 13.11.2026, 14:01
Arda Gülerin möhtəşəm qolu - VİDEO 13.11.2026, 13:10
Lionel Skaloni daha 4 il Argentin amillisinin baş məşqçisi olacaq - Xarici xəbərlər 13.11.2026, 12:17
Maykl Olise “Real"ın əsas transfer sırasında - Transfer xəbərləri 13.11.2026, 11:34
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb