FutbolMedia.Az
  • 16:23 Şənbə
    3 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Azər Məmmədov:

Azər Məmmədov: "İstədiyimiz 11-liyi hələ meydana buraxa bilməmişik"

“Bizim üçün vacib oyun idi. Xal ehtiyatımızı artırmaq istəyirdik. Buna görə də meydana qələbə üçün çıxmışdıq”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 9-cu turunda “Sumqayıt”a qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib: “İlk hissədə çox yaxşı oynadıq. Fasiləyə qədər üstünlük bizim tərəfimizdə idi. Lakin ikinci hissənin əvvəlində rəqib üstünlüyü ələ aldı. Qoldan sonra yenilgidən qaçmağa çalışsaq da, alınmadı”.

Mütəxəssis qeyd edib ki, komandasının müdafiə xəttində problem yoxdur: “Arxa xətdə problemimiz yoxdur. 9 tur ərzində 13 qol buraxmışıq və bizim kimi komanda üçün bu nəticə normaldır. Lakin 8 oyuna cəmi 5 qol vurmuşuq. Buna görə də irəlidə oynayanlar artırmalıdırlar. Təəssüf ki, irəlidə istədiyimizi etmək üçün həm ustalıq çatmır, həm də keyfiyyət”.

A.Məmmədov ötən mövsümlə müqayisədə rəqiblərin gücləndiyini bildirib: “Ötənilki "Şamaxı" da yoxdur, "Səbail" də. Komandalar gücləniblər. Görünən odur ki, güclü komandalara qarşı bir az daha artırmaq lazımdır”.

“Kəpəz”in çalışdırıcıs şans vermədiy kapitan Vurğun Hüseynova inandığını bildirib: “Ona inamımız böyükdür. İki mərkəz müdafiəçimiz stabil oynayır, indi onları dəyişsəm, ədalətsizlik olar. Lakin gələcəkdə Vurğunun da xidmətindən yararlanacağıq”.

O, gələcəyə inamlı baxdığını vurğulayıb: “Sumqayıt” ötən mövsüm səhv etmirəmsə, 16 oyun qələbə qazana bilməmişdi. Düzdür, bu il "Kəpəz"ə zəif gözü ilə baxırlar. İkinci dövrədə daha yaxşı olacağımıza və xallar qazanacağımıza inanıram”.

Azər Məmmədov komandasının yalnız "Qarabağ", "Sabah" və "Neftçi" kimi rəqiblərlə oyuna motivasiya ilə çıxması haqda fikrə belə münasibət bildirib: “Böyükhesablı məğlubiyyətimiz bircə "Səbail"ə qarşı olub. Digər nəticələr bir fərqlə qeydə alınıb. Biz asan təslim olan komanda deyilik. "Qəbələ"də köklü dəyişikliklər oldu və özlərini toparlamaq üçün vaxta ehtiyacları var idi. Bizdə də elədir, ötən mövsümdən 5-6 oyunçu var. Düşündüyümüz heyəti hələ oynada bilməmişik. Vaxta ehtiyacımız var. İstədiyimiz 11-liyi hələ meydana buraxa bilməmişik. Hər matça belə hazırlaşırıq, hər şeyə rəğmən, bugünkü oyun gələcəyə ümid verdi ki, inkişaf ola, xallar qazana bilərik. Bizə uyğun olan komandalardan xallar götürməyə borcluyuq və inşallah, edəcəyik”.

“Kəpəz”in çalışdırıcısı Gəncədə meydandan kənarda oyunlar getməsi fikrinə də toxunub: “Kəpəz” azarkeşləri çılğındır. Hər zaman yaxşı nəticə tələb edilir. Bugünkü "Kəpəz" keçmiş "Kəpəz"ə yaxındırmı? O vaxtla indiki arasında fərqlər var. Bəzən reallığa baxmaq lazımdır. Azarkeşlərimiz var ki, çox müsbət düşüncəlidirlər, sadaladığım kriteriyaları başa düşürlər. İstəyirlər ki, sonuncu olmayaq. Çalışacağıq, onların istəyini yerinə yetirək”.

8-10-2023, 19:34
14370
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
1-10-2023, 18:53
Azər Məmmədov:
Azər Məmmədov: "İstefa şüarı "Kəpəz"də işləyən bütün məşqçilərə səsləndirilib"
24-09-2023, 19:40
Azər Məmmədov:
Azər Məmmədov: "Mən qorxaq adam deyiləm"
3-09-2023, 20:00
Azər Bağırov:
Azər Bağırov: "Buraxdığımız qol bizim üçün siqnal olmalıdır"
28-08-2023, 00:20
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bəzən belə xal itkilərinə sevinirəm"
4-08-2023, 23:00
Ayxan Abbasov:
Ayxan Abbasov: "Buna görə çətinliyə dözmək olar"
4-08-2023, 09:42
Emin Mahmudov:
Emin Mahmudov: "İndidən “Beşiktaş” barədə düşünməməliyik"
13-06-2023, 18:16
"Kəpəz"in baş məşqçisi Azər Məmmədov: "Ev oyunlarını Gəncə şəhər stadionunda keçirəcə" (Özəl açıqlama)
29-04-2023, 18:35
Samir Abasov:
Samir Abasov: "Qəbələdə oynamaq çətindir"
15-04-2023, 19:07
Ayxan Abbasov:
Ayxan Abbasov: “Qarşımıza Konfrans Liqasına vəsiqə hədəfi qoyulmayıb"
2-10-2022, 21:19
Tərlan Əhmədov:
Tərlan Əhmədov: "6 məğlubiyyətdən sonra komandanı toparlamaq çox çətindir"
27-08-2022, 15:43
"Kəpəz"in futbolçusu: "Azarkeşlərin dəstəyinə ehtiyacımız var"
1-03-2022, 19:11
Tural Axundov:
Tural Axundov: "Sabah"la oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdur"
  Xəbər Lenti
Ukrayna millisinin antirekordu 3.10.2026, 16:08
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi - Xarici xəbərlər 3.10.2026, 14:17
"Qəbələ" albaniyalı futbolçu transfer etdi 3.10.2026, 14:04
“Liverpul” Florian Virtsi satışa çıxara bilər - Transfer xəbərləri 3.10.2026, 13:13
Fransa millisinin üzvü Maykl Olisedən əla göstərici - Xarici xəbərlər 3.10.2026, 12:11
“Turan Tovuz” “Fənərbaxça”ya qarşı - YENİLƏNİR 3.10.2026, 11:34
Ayxan Abbasov: “Təzyiqə tab gətirməlisən, bir oyunla hər şey bitmir” 3.10.2026, 11:25
“Sanderlend”in hücumçusu Brayan Brobbi “Yuventus”un hədəfində - Transfer xəbərləri 3.10.2026, 11:02
Mntella: "Futbolçularım sona qədər mübarizə apardılar" 3.10.2026, 10:27
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb