FutbolMedia.Az
  • 15:18 Cümə
    10 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Regekampf:

Regekampf: "Düşünməyin ki, arxamızda qızıl bank var"

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 20-ci turu çərçivəsində “Zirə” üzərində qazanılan qələbəni (1:0) şərh edib.

Futbolmedia.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında qələbəyə görə şad olduğunu bildirib: “Həm nəticəyə, həm də kiçik zədəsi olan oyunçuların bizə qoşulmasına görə çox sevinirəm. Bu gün yeni transferlərdən razı qaldım. Oyundan-oyuna daha da yaxşı olmalıyıq. Bundan əvvəlki matçdan sonra da demişdim ki, çoxlu zədəli futbolçularımız var idi. Antalyadakı hazırlıq prosesində imkan olmadı ki, tam heyətlə yoldaşlıq oyunlarına çıxaq. Bu gün qazanılan qələbə çox vacib idi. Artıq növbəti oyunlara köklənməliyik”.

Rumıniyalı mütəxəssis azarkeşlərin kapitan Emin Mahmudovdan narazılığına, eləcə də komandanın uğursuzluğu ilə bağlı fikirlərinə belə münasibət bildirib: “Mən azarkeşlərin dediklərini şərh edə bilmərəm. Öz tərəfimdən deyə bilərəm ki, Emin Mahmudov nümunəvi oyunçudur. O kapitanımızdır və bizim üçün çox vacib oyunçudur. Mən indi cavab olaraq ikinci yerdə qərarlaşacağımızı desəm, inanacaqsınız? Mən azarkeşlərin yazdıqlarına şərh verməyəcəm. Biz məğlub olanda onların üzülməsi normaldır. Mövsümün sonunda hər şeyi görəcəyik”.

“Neftçi”nin uğurlu çıxışı üçün nə lazımdır” sualına Regekampf belə cavab verib: “Stabilliyi qoruyub saxlamaq üçün oyunçular və davamlılıq lazımdır. Onların bir yerdə oynaması vacibdir. Ehtiyat oyunçular skamyası da yaxşı futbolçulardan təşkil edilməlidir. Hər oyunda görə bilərsiniz ki, 5-6 oyunçu ehtiyatda oturur. Onlar əzmkarlıq nümayiş etdirməlidirlər. Belə olduqda onlar da inkişaf edəcəklər və daha da yaxşı çıxış edəcəklər. Çalışırıq ki, oyundan-oyuna daha da yaxşı çıxış edək”.

O, komandasının transfer siyasəti ilə bağlı deyib: “Biz gözləmirdik ki, Laval və Donyonu itirəcəyik. Planlarımızda 3 yeni oyunçunu cəlb etmək var idi. Davamlılıq transferlərə də aiddir. Gələn oyunçular da ən azı 1 il oynamalıdır ki, öyrəşə bilsinlər. Çempionata öyrəşməlidirlər. Lakin bütün ayrılıqlar bizim tərəfimizdən olan məsələ deyildi. Donyo qalmaq istəmirdi. Laval isə yaydan müqavilə imzalamışdı. Onların qalması rəqabəti artıracaqdı. Bu durum üzərində işləyirik. Transfer pəncərəsinin sonuna qədər daha bir yeni oyunçu ilə güclənəcəyik”.

Regekampf yaxşı transferlər üçün maliyyənin də rol oynadığınıl qeyd edib: “Qışda komandaya neçə oyunçu transfer edə bilərik? Hücumçu, müdafiəçi, vinger cəlb etdik. Düşünməyin ki, arxamızda qızıl bank var. Bizim müəyyən büdcəmiz var. Futbol təkcə futbol komandasından getmir. İstəyirik ki, hamı xoşbəxt olsun. Ən yaxşısını etməyə çalışırıq. Futbol kənardan başqa cür görünə bilər. Heç də asan məsələlər deyil”.

1-02-2023, 20:12
15948
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
23-12-2022, 19:06
Regekampf:
Regekampf: "Birdən-birə 10 oyunçunu dəyişəcəyimizi gözləməyin"
2-12-2022, 23:52
Regekampf:
Regekampf: “Mən bütün oyunçularımı müdafiə edəcəyəm”
27-11-2022, 19:12
Regekampf:
Regekampf: "Qarabağ" bu cür səhvləri bağışlamır"
12-11-2022, 21:28
Laurentsiu Regekampf:
Laurentsiu Regekampf: "Oyunçular bizim üçün qızıla bərabərdir"
5-11-2022, 21:54
Regekampf:
Regekampf: "Yaxşı oynamadıq"
29-10-2022, 20:04
Regekampf:
Regekampf: "Başqa çıxış yolumuz yox idi"
16-10-2022, 20:49
Samir Abasov:
Samir Abasov: "Onu demək özünü ləkələməkdir"
16-10-2022, 17:10
Regekampf:
Regekampf: "Top hər dəfə ləngiyirdi"
1-10-2022, 20:34
Regekampf:
Regekampf: "Biz "Neftçi"yik, kiməsə çatmağımıza ehtiyac yoxdur"
16-09-2022, 23:20
Regekampf:
Regekampf: "Hazırda nəticə o qədər də önəmli deyil"
26-08-2022, 23:33
Regekampf:
Regekampf: "Məndə bəzən elə hiss yaranır ki, biz odla oynamağı xoşlayırıq"
14-08-2022, 23:13
Regekampf:
Regekampf: "Neftçi"nin bundan da artıq gücü var"
  Xəbər Lenti
FİFA Argentina yığmasını cəzalandıracaqmı? - Xarici xəbərlər 10.07.2026, 14:03
Modriç yığma karyerasını bitirir? - Xarici xəbərlər 10.07.2026, 13:10
“Kəpəz” daha bir legionerini göndərdi - Rəsmi 10.07.2026, 12:07
Braziliya millisinin sabiq futbolçusu Felipe Melo: “Messi indiyə qədər gördüyüm ən böyük futbolçudur” 10.07.2026, 11:25
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri 10.07.2026, 11:08
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər 10.07.2026, 10:11
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO 10.07.2026, 09:20
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı - Nəticələr 10.07.2026, 09:09
"Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) - 3:0 - VİDEO 10.07.2026, 08:06
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Bu gün, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
Bu gün, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
Bu gün, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
Dünən, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
10-06-2026, 18:03
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək -
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək - Transfer xəbərləri
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
12-06-2026, 17:15
"Qəbələ"dən ayrılan Murad Musayev "Şəfa"da
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb