FutbolMedia.Az
  • 01:21 Cümə axşamı
    22 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Regekampf:

Regekampf: “Mən bütün oyunçularımı müdafiə edəcəyəm”

"Danışılası çox şey yoxdur. Oyundan öncə hazırladığımız heç bir şeyi meydanda həyata keçirmədik. Bu cür matçlarda ürəklə oynamaq, mübarizə aparmaq, qaçmaq, lazımi anda foul etmək lazımdır. Bunları etməyəndə çətin olur. Nəticəyə görə üzülürəm, azarkeşlərin qarşısında çox utanıram. Tezliklə özümüzə qayıtmalıyıq. Vaxtımız yoxdur, çünki, qarşıda bizi kubok oyunu gözləyir. Çox çətin olacaq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 16-cı turunda "Qarabağ"a uduzduqları oyundan (0:4) sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis məğlubiyyətə görə hər kəsin məyus olduğunu bildirib: "Bu məğlubiyyət məni çox şey haqda düşünməyə məcbur edir. İlk edəcəyim şey oyuna bir daha baxmaqdır. Sabah məşqimiz var. Oyundan sonra paltardəyişmə otağında danışdıq. Hamı məyusdur. Amma bu, kifayət etmir. Oyun ərzində "Qarabağ"la mübarizə aparmadıq".

"Qarabağ"la matçda "Neftçi"nin futbolçularından Azər Əliyev bu gün ona doğma olmayan cinahda oynayıb. Azər Salahlı isə bir sıra səhvlərə yol verib. Regekampf "Neftçi"nin cinahlarda olan problemi ilə bağlı bunu deyib: "Demişəm ki, mətbuat konfransında oyunçularım haqda danışmayacağam. Həftə ərzində hansı oyunçu özünü yaxşı göstərirsə, ona şans veririk. Azər Salahlı çox çətin dövrdən sonra qayıdıb. Milli komandanın oyunçusudur. Mənim üçün vacib olan amil odur ki, onu addım-addım qaytaraq. Çox çətindir. Yerli oyunçular hazır vəziyyətdə əlimizin altında deyildilər. "Qarabağ"la oyunda bu cür təcrübəyə malik futbolçular lazımdır. Ona görə də qərar verdik ki, hər iki cinahda Azərləri oynadaq".

Çalışdırıcı hücumçusu Qodsvey Donyonun etimadı doğrultmaması ilə bağlı sualı belə cavablandırb: "Mən bütün oyunçularımı müdafiə edəcəyəm. Bu barədə mənim nə isə danışmağım düzgün çıxmaz. Oyunçularla tez-tez çatışmayan amillərlə bağlı söhbətimiz olur. Qışda komandaya xeyir verməklə bağlı müzakirələr aparırıq. Xahiş edirəm, bizə bir az da vaxt verin. Düzgün məqam çatanda hər şey haqda məlumatınız olacaq.

Regekampf "Yeni transferlərə “Neftçi”nin necə klub olduğunu, hara gəldiklərini izah etmirsinizmi?" sualı ilə bağlı bu cür danışıb: "Demək olar ki, məndən eyni şeyləri soruşursunuz. Sizinlə komandanın ümumi imici haqda danışa bilərəm. Heç bir oyunçunu işarələməyəcəm. Mənim üçün vacib olan komandadır, futbolçu yox. Doğru deyirsiniz, ikinci qoldan sonra futbol oynamadıq. Oyuna ürəyimizi qoymalıyıq. Təcrübəli futbolçularımız var. Onlar vəziyyəti idarə etməlidirlər. Qarşıdakı günlərdə bu mövzu barədə danışacağıq. Oyunlarımız var. “Zirə”yə qarşı kubok matçı çox vacibdir. Bu gün soyuq duş qəbul etmiş olduq. Hamılıqla bunu düşünməli və sabahdan hazırlaşmalıyıq".

"Qarabağ"la görüşdən sonra "Neftçi"nin azarkeşləri komandanı tribunalar istiqamətinə çağırsa da, yalnız kapitan Emin Mahmudov onların yanına gedib. Daha sonra fanatlar komandanı təhqir edib. Emin Mahmudov həmin vaxt formasını çıxarıb. Regekampf bu durumla bağlı bildirib: "Azarkeşlərin belə oyundan sonra narazı olması normaldır. Təhqirlərlə razılaşa bilmərəm. Amma onlar haqlıdırlar. Bu gün oynadığımız oyunla deyilənlərə layiqik".

Mütəxəssis Azərbaycan kubokunun 1/4 finalında "Zirə" ilə keçirəcəkləri oyun barədə deyib: "Əminəm ki, futbolçular bu vəziyyətdə qalmayacaqlar. Matçdan sonra onları gördüm, hamısı daxildə əziyyət çəkir. Bu, soyuq duşdur. Hər birimiz güzgüdə özümüzə baxıb, təhlil etməliyik. Əminliklə deyirəm ki, "Zirə"yə qarşı tamamilə fərqli komanda görəcəksiniz".

2-12-2022, 23:52
16305
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
30-11-2022, 14:03
Regekampf:
Regekampf: “Qarabağ”la son görüş bizim üçün böyük dərs oldu”
27-11-2022, 19:12
Regekampf:
Regekampf: "Qarabağ" bu cür səhvləri bağışlamır"
12-11-2022, 21:28
Laurentsiu Regekampf:
Laurentsiu Regekampf: "Oyunçular bizim üçün qızıla bərabərdir"
29-10-2022, 20:04
Regekampf:
Regekampf: "Başqa çıxış yolumuz yox idi"
16-10-2022, 20:49
Samir Abasov:
Samir Abasov: "Onu demək özünü ləkələməkdir"
16-10-2022, 17:10
Regekampf:
Regekampf: "Top hər dəfə ləngiyirdi"
8-10-2022, 22:23
Regekampf:
Regekampf: "Emin robot deyil, insandır"
2-10-2022, 08:21
Emin Mahmudov:
Emin Mahmudov: "Başımızı aşağı salmalı deyilik"
1-10-2022, 20:34
Regekampf:
Regekampf: "Biz "Neftçi"yik, kiməsə çatmağımıza ehtiyac yoxdur"
16-09-2022, 23:20
Regekampf:
Regekampf: "Hazırda nəticə o qədər də önəmli deyil"
3-09-2022, 22:55
Regekampf:
Regekampf: "Futbolçularımın yaxşı səviyyəyə qalxmasını istəyirəm"
22-07-2022, 00:10
"Neftçi"nin baş məşqçisi Regekampf: "Komandada döyüşkən ruh olmalıdır"
  Xəbər Lenti
Lottar Matteus “qızıl top”un “Bayern”in futbolçusuna verilməsini istəyir 21.10.2026, 18:07
Mahir Emrelinin komandası sabiq məşqçisini geri qaytardı 21.10.2026, 17:06
7 qat Azərbaycan çempionu 2 illik diskvalifikasiya olundu 21.10.2026, 16:15
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu 21.10.2026, 15:23
“Borussiya” Bakını tərk etməzdən əvvəl “Qarabağ”ın stadionunda - FOTO 21.10.2026, 15:01
Xviça Kvaratsxeliya 9 ay yaşıl meydandan kənar qala bilər - Xarici xəbərlər 21.10.2026, 14:05
Puxaç: ”Heç-heçə edə bilərdik” 21.10.2026, 13:07
Buffon: “Yuventus”u yenidən qurmaq lazımdır” 21.10.2026, 12:05
Ronaldo Portuqaliya millisinə qayıtmaq istəmir - Xarici xəbərlər 21.10.2026, 11:04
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb