FutbolMedia.Az
  • 12:31 Cümə
    10 İyul 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Regekampf:

Regekampf: "Məndə bəzən elə hiss yaranır ki, biz odla oynamağı xoşlayırıq"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 4-cü turunda "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Futbolmedia.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib


- Nəticəyə görə çox sevinrəm. Oyundan da çox razı qaldım. Çoxlu şanslar yaratdıq. Futbolçularım yaxı oyun göstərdilər. Onlar rəqibi təzyiq altında saxlayırdılar. Yenidən qapıçızda penaltidən qol gördük. Bilmirəm orada penalti var idi, yoxsa yox. Sevinirəm ki, qol buraxdıqdan sonra oyunda dönüş yaratdıq.

- İki oyunda qapınıza 5 penalti təyin olunub. Bu, nədən irəli gəlir?

- Bugünkü penaltiyə baxanda deyə bilmərik ki, intizam yoxdur. Oyunçu artq zərbəni vurmuşdu, futbolçumuz da sürüşmə fəndini yerinə yetirdi. Hakimin işinə qarışmaq istəmirəm. Onlar belə görübsə, deməli düzdür. İki oyunda qapımızda 5 penalti görmək mənim üçün də təəccüblüdür. Amma bu futboldur. VAR sitemi də olduğundan indi hər şey daha asandır.

- Komandanızın istədiyiniz oyunu göstərməyi üçün nə qədər vaxt lazımdır?

- Biz vaxt haqda danışmalı deyilik. Yeni komanda qurmaq həmişə çətin olur. Hətta "Sabah"a məğlub olduğumuz oyuna baxsaq, qol vurmaq üçün çoxlu şanslarımız var idi. Son iki matçda epizodları qola çevirməkdə bəxtimiz gətirmədi. Əgər bunlar reallaşsaydı, indi başqa şeydən danışırdıq. Yeni oyunçular da Azərbaycan çempionatının gücünü dərk etməlidirlər. Onlar bizim yaratdığımız şanslara daha ciddi yanaşmalıdırlar. Kənardan baxanda məndə bəzən elə hiss yaranır ki, biz odla oynamağı xoşlayırıq. Bəzən də odla çox oynayanda özün yanmağa başlayırsan. Hər gün problemləri aradan qaldırmağa çalışırıq. Düşünürəm ki, oyunçularımın kifayət qədər artırmağa imkanları var. Çox keyfiyyətli futbolçularımız var. Yaxşı sol cinah müdafiəçisi də tapmışıq. Geridən hücum qurmaqda bizə kömək edə bilər. Bəzi mövqelər var ki, daha da yaxşılaşdırmalıyıq. Komandamız daha da güclü olacaq.

- Səfər oyunlarında komanda sanki zəif çıxş edir. Bunun səbəbi nədir?

- Bu stadion bəlkə də mənə uğur gətirir. Arzu edirəm ki, növbəti səfər oyunumuzda qələbə qazanaq. Bunun üzərində işləyəcəyik.

- Mirbadulla Abbasovun əvəzedici komandaya göndərilməsinin səbəbi nədir?

- Mən Allah deyiləm ki, kimin yaxşı, kimin pis olduğunu deyim. Sadəcə olaraq futbolçuların məşqdəki performanslarına fikir verirəm. Mirabdullada bizə lazım olacaq qədər performans görmədim. Onun kifayət qədər vaxtı var ki, özünü yaxşı göstərsin və biz əsas komandaya cəlb edək. Birlikdə kifayət qədər məşqimiz olub. Mənim daha güclü hücumçuya ehtiyacım var. Bu, o demək deyil ki, Mirabdulla pis oyunçudur.

26-08-2022, 23:33
17182
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
21-08-2022, 23:10
Aleksey Baqa:
Aleksey Baqa: “Hər şeyi fikirləşsəm, başım partlayar”
17-08-2022, 23:23
Mixal Bilek:
Mixal Bilek: "Bizim şanslarımız daha çox idi"
14-08-2022, 23:13
Regekampf:
Regekampf: "Neftçi"nin bundan da artıq gücü var"
12-08-2022, 08:13
Regekampf:
Regekampf:
6-08-2022, 22:42
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Ruhdan düşmək fikrimiz yoxdur"
4-08-2022, 23:43
Regekampf:
Regekampf: "Azərbaycan futbolu üçün böyük qələbədir"
6-07-2022, 00:18
Qurban Qurbanov:
Qurban Qurbanov: “Qarabağ”da hər şey qaydasındadır, heç bir problem yoxdur"
4-04-2022, 20:16
Samir Abasov:
Samir Abasov: "Biz bu gün meydanda yox idik"
1-03-2022, 19:11
Tural Axundov:
Tural Axundov: "Sabah"la oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdur"
18-11-2021, 12:20
Tərlan Quliyev:
Tərlan Quliyev: “Sabah”la oyunumuz çox çətin olacaq"
5-11-2021, 08:34
Tərlan Quliyev:
Tərlan Quliyev: "İlk qolu “Neftçi”yə biz vursaq, qələbə də bizim olacaq"
27-06-2021, 14:10
İtaliya millisinin üzvü :
İtaliya millisinin üzvü : "Avstriya fiziki baxımdan kifayət qədər güclü komandadır"
  Xəbər Lenti
“Kəpəz” daha bir legionerini göndərdi - Rəsmi 10.07.2026, 12:07
Braziliya millisinin sabiq futbolçusu Felipe Melo: “Messi indiyə qədər gördüyüm ən böyük futbolçudur” 10.07.2026, 11:25
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri 10.07.2026, 11:08
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər 10.07.2026, 10:11
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO 10.07.2026, 09:20
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı - Nəticələr 10.07.2026, 09:09
"Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) - 3:0 - VİDEO 10.07.2026, 08:06
Fransa Mərakeşi məğlub edərək yarımfinala yüksəldi - DÇ-2026 10.07.2026, 02:08
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol - Avropa Liqası 9.07.2026, 23:42
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-07-2026, 11:06
Fransa və Mərakeş 1/4 finalda -
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
25-06-2026, 10:15
Azərbaycan klublarının yay transferləri -
Azərbaycan klublarının yay transferləri - Gələnlər və gedənlər
Bu gün, 10:11
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi -
Mourinyo fransalı futbolçu Kamavinqa satılmasına razılıq verdi - Xarici xəbərlər
Bu gün, 11:08
Gələnlər və gedənlər -
Gələnlər və gedənlər - Azərbaycan klublarının yay transferləri
Dünən, 23:10
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən çox danışmaq istəmədi
Bu gün, 09:20
Tahir Gözəl:
Tahir Gözəl: "İki qolun yeni futbolçulardan gəlməsi əlamətdar hadisədi" - VİDEO
22-06-2026, 14:17
Marko Yankoviç “Qarabağ”da qalır!
Marko Yankoviç “Qarabağ”da qalır!
10-06-2026, 14:36
Bu legionerlər legioner
Bu legionerlər legioner "Karvan-Yevlax"dan ayrıldı
10-06-2026, 18:03
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək -
“Barselona” Reşfordu birdəfəlik transfer edəcək - Transfer xəbərləri
12-06-2026, 16:09
Ozobiç “Zirə”də oynayacaq
Ozobiç “Zirə”də oynayacaq
15-06-2026, 14:33
"Kəpəz"in qapıçısı "Şəfa"ya keçdi
25-06-2026, 13:20
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı -
Edin Ceko 40 yaşında milli komandada 150-ci matçına çıxdı - DÇ-2026
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb