FutbolMedia.Az
  • 01:33 Çərşənbə axşamı
    2 İyun 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Regekampf:

Regekampf: "Biz "Neftçi"yik, kiməsə çatmağımıza ehtiyac yoxdur"

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 8-ci turunun "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolmedia.az xəbər verir ki, o, matç barədə bunları deyib.

- Təbii ki, nəticəyə görə üzgünük. İlk hissədə yaxşı futbol oynadıq, qol vurduq, 2-3 qol epizodu da yaratdıq. Bəzi epizodlarda daha cəld qərar verməliydik. Futbolçular başa düşməlidilər ki, oyun 90 dəqiqə oynanılır. Sona qədər oynamaq lazımdır. İkinci hissədə sadə səhvlərə yol verdik. Rəqibimizi təbrik edirəm. Amma növbəti oyunda onlara qarşı daha güclü olacağıq.

- Bu gün uğurlu nəticə üçün nə çatışmadı?

- İndi buna cavab verə bilmərəm. Oyunu analiz etməliyəm. İlk hissədən sonra futbolçular arxayınlaşdılar. “Qarabağ”a qol fürsətləri verdik.

- Əsas rəqibləriniz olan "Sabah" və "Qarabağ"la görüşdə hesabı açsanız da, uduzdunuz. Bu matçlarda oxşarlıq var?

- Məncə, fərqli ssenarilər oldu. Həmin görüşdə qapımıza 3 penalti verilmişdi. Bu gün ilk hissədə yaxşı oynadıq. Hücumdan müdafiəyə tez qayıtmalıyıq. Keçidlərdən yaxşı istifadə edə bilmirik. Buna görə də qapımız qarşısında çoxlu şanslar yarandı.

- Salomon Kverkveliyanın heyətdə olmaması nədən qaynaqlandı?

- O, millisinin düşərgəsindən gəlmişdi. Bu fasilədə Mamadu Mbodj üzərində çox yaxşı çalışdı. Həftəboyu məşqlərə əsasən belə qərar verdim.

- Kənardan belə göründü ki, problem əvəzetmələrdə idi. Bu barədə nə deyə bilərsiniz?

- Oyunçular və komandam haqda danışmaq istəmirəm. Bütövlükdə bir yerdə çalışırıq. Hər kəs ən yaxşısını eləməyə çalışır. Bütün oyunçularımıza inanırıq. Özümüzü kimləsə müqayisə etmək istəmirik. Hazırkı situasiya belədir. Qarşıdakı periodda hansı mövqedə oyunçu çatışmazlığı olduğuna, hara oyunçu cəlb etmək lazım olduğuna baxacağıq.

- Yəni heyətin kasad olması təsir edib?

- Bu prizmadan baxmaq istəmirəm ki, əvəzetmələr düzgün olmadı. Öməri İsmayılla əvəzlədim. Eyni ssenari olacaqdı. Hər ikisi yaxşı oyunçudur, gəncdir. "Qəbələ" ilə görüşdə də İsmayılı ilk hissədən sonra oyuna daxil oldu və görüşü dəyişdi. Bu gün də meydana daxil olandan sonra iki epizodda Qəbələdəki kimi asma eləməli idi. Bunu etmədi, arxaya oynadı. Ondan sonra gördüm ki, özünə inamı itirir, bu üzdən əvəzlədim. Demirəm ki, pis oyunçudur, sadəcə bu gün onun günü deyildi.

- Nəhayət ki, “Qarabağ”la derbinin canlı şahidi oldunuz. Nə deyə bilərsiniz?

- Mənə elə gəlir ki, nə etmək istədiyimizi görə bildiniz. Komanda ilk dəqiqələrdən futbol oynamağa, müdafiədə oturmamağa çalışdı. Bir çox epizodda yaxşı imkanı qaçırdıq. Birinci hissədə rəqibin də çoxlu qol epizodları oldu. Bu da normaldır. Onların geniş heyəti var, yaxşı oyunçular cəmləşib. Bu riski üzərimə götürdüm. Komandamın baxımlı futbol oynamasını xoşlayıram. Məncə, bu oyunu özümüzə dərs kimi götürməliyik. Dərk eləməliyik ki, oyun 90 dəqiqə davam edir.

- İsmayılın əvəzlənməyə etirazını gənc olduğu üçün bağışlayırsınız?

- Düzü, həmin anı görməmişəm. Əgər elə reaksiya göstəribsə, sevinirəm. Oyunçu əvəzləndiyi zaman narazı qalırsa, bu, yaxşıdır. Oyunçularımla matçın ardından paltardəyişmə otağında toplantı elədik, ağlımdan keçənlərin müzakirəsini apardıq. İsmayıl inkişaf eləməli və həqiqəti görməlidir. Futbolçuların adını pis yöndə hallandırmaqdan xoşum gəlmir.

- Azarkeşlər üçün “Qarabağ”a məğlubiyyət ikiqat üzücü olur. Onlara deyiləcək sözünüz var?

- Mənim üçün ikiqat yox, maksimum üzücüdür. Çünki bu matça qələbə qazanmaq üçün hazırlaşmışdıq. Fanatlar da ilk dəqiqələrdən bunu gördü. Görüş bitəndən sonra oyunçularla birlikdə azarkeşlərə tərəf getdik, onları alqışladıq. Sağ olsunlar, hər zaman arxamızdadırlar. Üzülmələri normaldır, mən də onlar qədər üzülürəm. Deyə bilərəm ki, “Qarabağ”la növbəti matçda daha yaxşı çıxış edib qələbə qazanmalıyıq.

- “Qarabağ”a çatmaq üçün “Neftçi”yə nə qədər vaxt lazımdır?

- Hazırda yalnız bu oyun barədə danışa bilərəm. Onlar bu gün qələbə qazandılar. Bu, yalnız bir matçdır. Görüşə yenidən baxmalı, nəyi pis elədiyimizi görməliyik. Biz “Neftçi”yik, kiməsə çatmağımıza ehtiyac yoxdur. Sadəcə, hər oyunda qələbə üçün çalışıb, sonda titul qazanmaq istəyirik. Bu, təkcə “Neftçi” və “Qarabağ” arasındakı mübarizə deyil.

- Müdafiənin sağ cinahında və bitirici hücumçu mövqeyində problem görünür. Bu mövqelərin gücləndirilməsini düşünürsünüz?

- İndi bu barədə danışmağım düzgün deyil. Hər bir oyunçuma inanıram. Onların üzərində gərgin çalışırıq ki, maksimum səviyyəyə çıxaraq. Görməlisiniz ki, yeni komanda qururuq. Nəticələrimiz də pis deyil. Futbolçulara daha da inkişaf eləmək və komanda şəklində uyğunlaşmaları üçün vaxt vermək lazımdır. İkinci hissədə bu fərq böyük göründü. “Qarabağ” güclü heyət qurub, uzun müddətdir bir yerdə oynayırlar, bir-birlərini yaxşı tanıyırlar. Biz düzgün yoldayıq, sağlam və güclü heyət qurmaq istəyirik. Bunun üçün vaxta ehtiyacımız var.

- Mert Çelik bəzi matçlarda müdafiənin sağında oynayıb. Onu həmin mövqedə sınamağı düşünmürsünüz?

- Gəlin bu oyun haqda danışaq. Oyunçularımı hər gün məşqdə görürəm. Sağ cinahımızda iki yaxşı oyunçumuz var. Oyundan-oyuna inkişaf eləməli, təcrübə qazanmalıdırlar. Hər matçdan sonra hansısa oyunçunu dəyişmək barədə düşünməyək. Böyük komandalarda belə şeylər düşünmürlər. Hansısa futbolçunun çıxışından razı olmaya bilərəm. Ancaq elə məşqçilərdən deyiləm ki, rəhbərliyin qarşısına qaçım deyib ki, onu dəyişmək lazımdır. İstəyim odur ki, hər oyunçuya kömək edim. Hazırkı vəziyyətdə biz daha yaxşı bir yerdə olmalıyıq.

- Mbodj yaxşı vəziyyətdə idisə, ikinci hissədə niyə əvəzləndi?

- Çünki növbəti addımımı hazırlamalıyam. İstəyirəm ki, bütün oyunçularımız hazır olsun. Mbodji pis oynadığı üçün dəyişmədim. Hesab artıq 1:3 idi. Salomonu meydana buraxdım ki, müdafiə xəttində pozitivlik yaratsın.

1-10-2022, 20:34
17797
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
1-10-2022, 20:34
Qurban Qurbanov:
Qurban Qurbanov: "Nəticə bizim üçün vacib idi"
17-09-2022, 08:26
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Bəzi komandalar var ki, onlarla mübarizə aparmağa gücümüz çatmır"
16-09-2022, 23:20
Regekampf:
Regekampf: "Hazırda nəticə o qədər də önəmli deyil"
10-09-2022, 21:23
Regekampf:
Regekampf: "İlk yarıda komandam yaşlı insanlar kimi futbol oynadı"
3-09-2022, 22:55
Regekampf:
Regekampf: "Futbolçularımın yaxşı səviyyəyə qalxmasını istəyirəm"
26-08-2022, 23:33
Regekampf:
Regekampf: "Məndə bəzən elə hiss yaranır ki, biz odla oynamağı xoşlayırıq"
14-08-2022, 23:13
Regekampf:
Regekampf: "Neftçi"nin bundan da artıq gücü var"
6-08-2022, 22:42
Mahmud Qurbanov:
Mahmud Qurbanov: "Ruhdan düşmək fikrimiz yoxdur"
4-08-2022, 23:43
Regekampf:
Regekampf: "Azərbaycan futbolu üçün böyük qələbədir"
22-07-2022, 00:10
"Neftçi"nin baş məşqçisi Regekampf: "Komandada döyüşkən ruh olmalıdır"
26-11-2021, 00:23
Henninq Berq:
Henninq Berq: "Bu cür gözəl qolları çox görmürük"
29-10-2021, 09:15
"Araz"ın baş mıəşqçisi Joze Alesio: "Mübarizəmizi davam etdirməliyik"
  Xəbər Lenti
Reşford DÇ-2026-ya Messinin yanında hazırlaşır - Xarici xəbərlər 1.06.2026, 18:06
"Şəfa" "Qarabağ"ın sabiq futbolçusu Rauf Hüseynli istəyir - Transfer xəbərləri 1.06.2026, 17:04
Türkiyə millisi DÇ-2026 öncəsi ilk oyuna çıxır 1.06.2026, 16:09
"Araz-Naxçıvan"da iki yeni müqavilə 1.06.2026, 15:40
"Vilyarreal"ın yeni baş məşqçisi müəyyənləşdi - Transfer xəbərləri 1.06.2026, 15:38
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı 1.06.2026, 14:36
“Barselona” yetirməsini geri qaytarmaq istəyir - Xarici xəbərlər 1.06.2026, 14:01
“Turan Tovuz”un müdafiəçisi Roderik Miller Braziliya millisinə qarşı oynadı - FOTO 1.06.2026, 13:10
Klublarımız Konfrans Liqasında bütün mümkün rəqiblər 1.06.2026, 12:07
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
19-05-2026, 07:29
Rauf Hüseynli:
Rauf Hüseynli: "Moldovanın "Şerif" klubuna keçməyim an məsələsi idi"
24-05-2026, 07:46
"Kəpəz"in müdafiəçisi Rauf Hüseyinli "Sumqayıt" və "Şamaxı"nın transfer siyahısında - Transfer xəbərləri
14-05-2026, 16:09
“Real”ın prezidenti Florentino Peres:
“Real”ın prezidenti Florentino Peres: “Vinisiusun müqaviləsini yeniləməyə tələsmirik"
14-05-2026, 18:03
Flik:
Flik: “Barselona”da xüsusi bir bağ var”
14-05-2026, 14:00
Skoulz:
Skoulz: “Artıq Reşfordu “Mançester Yunayted”də görmürəm”
14-05-2026, 15:38
Millimizin üzvü  Rüfət Abdullazadə yenə Avropa klubunda oynamaq istəyir
Millimizin üzvü Rüfət Abdullazadə yenə Avropa klubunda oynamaq istəyir
26-05-2026, 09:13
Ramiz Məmmədov kimi güclü mütəxəssiz premyer liqada işləməlidir - YAZI
Ramiz Məmmədov kimi güclü mütəxəssiz premyer liqada işləməlidir - YAZI
14-05-2026, 14:33
AFFA
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
14-05-2026, 17:11
Almaniyalı futbolçu “Atletiko”nun hədəfində -
Almaniyalı futbolçu “Atletiko”nun hədəfində - Transfer xəbərləri
15-05-2026, 14:25
"Arsenal" yeni formasını təqdim etdi - FOTO
18-05-2026, 12:12
Abubakar “Neftçi”dən gedir ?
Abubakar “Neftçi”dən gedir ?
25-05-2026, 09:25
Ramiz Məmmədov:
Ramiz Məmmədov: "Qəbələ" ilə oyunda sona qədər mübarizə aparacağıq"
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb