FutbolMedia.Az
  • 06:59 Cümə
    2 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo

"Qarabağ"a və transfer məsələsinə ağız əyənlərin menyusuna - YAZI


Azərbaycanı Çempionlar Liqasınıda "Qarabağ" klubumuz təmsil edəcək. Böyük sevinc və fəxr hissidir. Hər kəs bu sevincini açıq-aydın göstərirdi. Lakin həm mətbuat, azarkeşlər, hətta futboldan düz-əməlli başı çıxmayanlarda "Qarabağ"a mütləq hücumçuların transferinin lazım olduğunu deyirdi. Əlbəttə ki, belə mötəbər turnirlərdə, hələ ki, Liverpul, Napoli, Çelsi, Ayaks kimi klublarla bir yarışmada varsansa, yaxşı transferlərin olmalıdır. İndi gələk məsələnin real prizmadan baxılmasına. Bəli. "Qarabağ" son ana qədər mücadilə etdi ki, Juninyonu, Sambunu, heç olmasa Klovisi transfer edərək güclənsin. Lakin alınmayanda da, alınmır. Bu transferlərin alınmamasının səbəbi nə Tahir Gözəl, nə Əmrah Çəlikəl, Asif Əsəfəgrov, nə dəki, Qurban Qurbnovdur. İnanın mənə transferlərin alınmasını klub rəhbərliyi, Qurban Qurbanov hamıdan daha çox istəyirdi. Axı bu illər ərzində onalrın zəhməti, əziyyəti, sistemi və xərclədiyi pulların sayəsində "Qarabağ" dünyada tanındı. Məhz onların gecə -gündüz, fasiləsiz, yuxusuz əziyyətləri, xidmətləri sayəsində bu gün "Qarabağ"ın uğurlarından fəxrlə danışırıq. Bu uğurlar onalra aitdir. Nə biz jurnalistlər, nə də ki, azrakeşlər onlar qədər əziyyət və zəhmət çəkməmişik. Azərbaycanın fəxri, futbolda başımızın ucalığı olan "Qarabağ"a bu qədər aqressiya, həddindən artıq tənqid yol verilməzdir. Biz də bilirik ki, "Qarabağ"ın son saniyəyə qədər istədiyi futbolçuların qiymətini klubları 2-3 qat artırmışdılar.

"Qarabağ"a və transfer məsələsinə ağız əyənlərin menyusuna - YAZI


Ayqlarını dirəyib maliyə məsələsində güzəşt etmədilər. Bir də, "Qarabağ"ın transferə ayrılan büdccəsi "Liverpul kimi 500 milyon dollar deyil ki, istədiyi məbləği xərcləsin. Yaxşı azarkeşlər bilmir danışır ki, "Qarabağ"a UEFA - dan 15 milyon avro gəldi. Dövlət 5 milyon ayırdı. Pullarl vardı ala bilərlər deyərək klubu qınadılar. Bir baxın görün "Qarabağ"ın heyətində nə qədər legioner futbolçular var. Hər biri kifayyət qədər yüksək məbləğ qarşılığında futbolu zəif olan Azərbaycanda oynamağa razılıq veriblər. Həm yerli, həm də,legioner futbolçuların maaşlarını, bonuslarını, mükıfatlarını "Qarabağ" nə ilə ödəməlidir ki? məgər "Qarabağ" təkcə UEFA-dan ayrılan gəlirlə yaşayır? əlbəttə ki, yox. Eyni zmanda yeni mövsüm üçün "Qarabağ" baxın görün neçə legioner futbolçu transfer etdi. Dani Bolt, . Sami Mmaee,Pedro Bikalyo, Kris Kuaku,Kamilo Duran kimi legionerlərin gəlişi həm də böyük maliyə xərcidir. Hər birnin həm transferinə, həm də, onlara veriləcək maaş üçün böyük xərclər var. "Qarabağ" bu pulları yerdən yığmır axı. Bir də ki, məgər "Qarabağ" Çempionlar liqasına hücumçusuz gedir ki??? Heyətdə Musa və Nəriman Axundzadədən başqa, Addai və yeni taransfer Kamilo Duran var. Bu qədər aqressiv, yersiz, tənqiddlərə ehtiyac yoxdur cənablar. Bu bizim hamımızın "Qarabağ"dır. Sabah "Qarabağ" ÇL-də "Napoli"dən, "Benfika"dan xal alanda, "Liverpulda sensasiyaya imza ataraq, İngiltərədən xalla qayıdan zaman, sevinc göz yaşlarımızla bravo , möhtəşəmsən "Qarabağ" deyəcəyik. Gəlin indidən kinli, aqresiyalı, açıqlamalarla tənqidlərlə, yazılarla, hadisələri qabaqlamayaq. Bu bizim "Qarabağ" hər zaman bizi yaxşı mənada təəccübləndirməyi bacarıb. İnanıram ki, bu il ÇL-də bizləri sevindirəcək. Gəlin bir olaq, "Qarabağ"ın yanında olaq. Həm mətbuat, həm də, azarkeşlər tarix yazan klubumuz "Qarabağ"a dəstək olaq.

Əli HƏYATİ

3-09-2025, 10:07
9501
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
3-09-2025, 14:34
"Qarabağ"ın ÇL üçün sifariş ərizəsini təqdim etdi - Siyahı
2-09-2025, 12:16
“Qarabağ” üçün transferdə son gün
“Qarabağ” üçün transferdə son gün
30-08-2025, 14:32
“Qarabağ”ın oyunlarının təqvimi -
“Qarabağ”ın oyunlarının təqvimi - Çempionlar Liqası
29-08-2025, 13:07
“Qarabağ”dan UEFA reytinqində əla irəliləyiş
“Qarabağ”dan UEFA reytinqində əla irəliləyiş
28-08-2025, 07:08
"Qarabağ"ın uğurlarında müstəsna xidməti və əməyi olan şəxsiyyətlər - YAZI
2-05-2025, 07:12
Abdulbari Gözəlin ruhunu şad edən
Abdulbari Gözəlin ruhunu şad edən "Qarabağ"dan daha bir tarix - YAZI
9-08-2023, 07:12
Gəlin Elmar Baxşıyev kimi mütəxəssizə dəstək olaq - YAZI
Gəlin Elmar Baxşıyev kimi mütəxəssizə dəstək olaq - YAZI
15-05-2023, 15:46
"Qarabağ"ın möhtəşəm beşliyi YAZI
25-10-2022, 08:14
Maksim Medvedev:
Maksim Medvedev: “Qarabağ” mənim həyatımdır”
7-10-2022, 09:25
Emrah Çelikel:
Emrah Çelikel:
24-08-2022, 15:42
Əmrah Çəlikəl:
Əmrah Çəlikəl: "Bu, “Qarabağ”ın gəlib çatdığı yerdən xəbər verir”
6-08-2021, 15:26
“Qarabağ”ın oyunundakı qalmaqal -
“Qarabağ”ın oyunundakı qalmaqal - Geniş VİDEO
  Xəbər Lenti
Joao Feliks agentindən “Barselona”ya xəbər göndərib - Transfer xəbərləri 1.10.2026, 19:22
"Napoli"nin futbolçusu "Atletiko"ya keçir - Transfer xəbərləri 1.10.2026, 18:18
Maykl Cordana məxsus forma 12,26 milyon dollara satıldı - Xarici xəbərlər 1.10.2026, 17:27
AFFA rəsmisi Fransanın oyununda 1.10.2026, 17:01
Millətlər Liqasında 3-cü tur start götürür - YENİLƏNİR 1.10.2026, 16:10
Ayxan Abbasov milli heyətindən Renat, Bədavi Hüseynov, R. Məmmədov, R. Daşdəmirovu uzaqlaşdırdı 1.10.2026, 15:45
"Neftçi" "Araz-Naxçıvan"la qarşılaşacaq 1.10.2026, 15:38
“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər - Transfer xəbərləri 1.10.2026, 14:36
Şotlandiya (U-21) – Azərbaycan (U-21) 5:2 - VİDEO 1.10.2026, 14:05
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb