FutbolMedia.Az
  • 09:21 Bazar ertəsi
    21 Sentyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Azər Məmmədov:

Azər Məmmədov: "Son nöqtəni qoymaqda çətinliyimiz var"

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Kəpəz" "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb.

Futbolmedia.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:

"Maraqlı oyun oldu. Düşünürəm ki, azarkeşlər oyundan zövq ala bildilər. Qələbə qazanmağa çalışırdıq. Amma bizim üçün 1 xal da önəmlidir. Oyuna rəng qatan azarkeşlərə təşəkkür edirəm. Vurduğumuz qol sayılmayandan sonra futbolçularda bir qədər psixoloji eniş yarandı. Hesabda geriyə düşdükdən sonra geri dönüş edə bildik. Son dəqiqədə qələbə qolunu da vura bilərdik. Komandadan razıyam. Amma işləmək lazımdır. Milli fasilədə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".

- Sayılmayan qolunuzla bağlı fikriniz necədir?

- Hələ ki baxa bilməmişəm. Yəqin ki, düzgün qərar veriblər. Epizoda baxdıqdan sonra dəqiq fikir bildirə bilərəm.

- Evdə keçirilən 4 oyunda 7 xal qazanmısınız. Bu nəticə sizi qane edir?

- Hər oyuna qələbə üçün çıxırıq. Həmişəki kimi yenidən qurulan komandayıq. Yenidənqurma stabillik yaratmaq baxımdan çətindir. Çalışırıq ki, stabillik yaradaq. Düşünürəm ki, 7 xal bizim üçün yaxşı nəticədir.

- Qələbə qazanmaq üçün nə çatmadı?

- Komanda bu gün xarakter göstərdi. Son nöqtəni qoymaqda çətinliyimiz var. “Sabah”la matçdan başqa bütün oyunlarda qol vurmuşuq. Futbolçularda bir qədər təcrübə çatışmır. Daha çox qol vura bilərdik.

- Gözləntilərin əksinə olaraq 7 xal toplamısınız. Sanki bəziləri bunu həzm etmir. Məğlubiyyətlərdən sonra sizə qarşı kampaniya aparılır. Hətta "Kəpəz"i yeni yarananan "Gəncəbasar"la da müqayisə edirlər. Bu fikirlərə münasibətiniz necədir?

- “Gəncəbasar”ın yaranmasına ən çox sevinənlərdən biri mənəm. Çünki şəhərimizdə komanda sayı çox olmalıdır. “Kəpəz” burada həmişə “bir nömrə” olub. Sosial şəbəkələrə gəlincə, elə adamlar var, bunu məqsədli şəkildə edirlər. Futbolçuların dəstəyə ehtiyacı var. Onlar buna layiqdirlər.

- Milli fasilədən sonra nələri dəyişməyi planlaşdırırsız?

- Oyundan əvvəl futbolçulara dedim ki, burada olan 15 min azarkeş futboldan həzz almalıdır. Gəncədən olan azarkeşlər Azərbaycan futboluna rəng qatır. İlk matçlarda bəzi futbolçularda həyəcan olurdu. Elə oyunçular var ki, belə atmosferdə oynamayıblar. Artıq oyundan-oyuna buna öyrəşirik. Milli fasilədə daha yaxşı hazırlaşıb burada yaxşı oyunlar keçirmək istəyirik.

Dünən, 22:05
5429
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
14-09-2026, 22:07
Valdas Dambrauskas:
Valdas Dambrauskas: "Tənqid normaldır, amma belə tənqidi qəbul etmirəm"
12-09-2026, 20:12
Azər Məmmədov:
Azər Məmmədov: “Hər oyunda qalib gələcək qədər güclü deyilik”
5-09-2026, 07:42
Azər Məmmədov:
Azər Məmmədov: “Komandada hələ ki, stabillik çatışmır”
30-08-2026, 21:33
Azər Məmmədov:
Azər Məmmədov: “Qələbə üçün məşqçinin Gəncədən olması vacib deyil”
15-08-2026, 23:02
Azər Məmmədov:
Azər Məmmədov: “Daha bir-iki futbolçu transfer etmək istəyirik”
5-04-2026, 18:20
Kaxaber Sxadadze:
Kaxaber Sxadadze: "Onlardan xahiş etdim ki, bunu etməsinlər"
23-10-2025, 06:58
Qurban Qurbanov:
Qurban Qurbanov: "Benfika" ilə matçdakı geridönüş burada da ola bilərdi"
22-10-2023, 19:31
Azər Bağırov:
Azər Bağırov: "Millidən təklif gəlsə, kim qəbul etməz ki?"
20-10-2023, 22:01
Ayxan Abbasov:
Ayxan Abbasov: "Mənə elə gəlir ki, VAR-da olanlar başqa oyuna baxıb"
1-10-2023, 18:53
Azər Məmmədov:
Azər Məmmədov: "İstefa şüarı "Kəpəz"də işləyən bütün məşqçilərə səsləndirilib"
24-09-2023, 19:40
Azər Məmmədov:
Azər Məmmədov: "Mən qorxaq adam deyiləm"
9-09-2022, 19:35
Ayxan Abbasov:
Ayxan Abbasov: "Kəpəz"dəki dəyişikliklərdən sonra sürprizlə qarşılaşa bilərdik"
  Xəbər Lenti
"Fulhem" - "Mançester Yunayted" 1:1 - VİDEO 21.09.2026, 09:05
Millimizin üzvü Zamiq Əliyevin klubu qələbə qazandı - Albaniya Superliqası 21.09.2026, 08:06
"Kəpəz" - "Sumqayıt" 1:1 - VİDEO 20.09.2026, 23:22
Azər Məmmədov: "Son nöqtəni qoymaqda çətinliyimiz var" 20.09.2026, 22:05
Filipe Kandido: Nəticəyə görə məyusam 20.09.2026, 21:40
Azər Bağırov: “Araz-Naxçıvan”ın daha çox hücum edəcəyini gözləyirdik” 20.09.2026, 19:23
"Şamaxı" - "Araz-Naxçıvan" 2:1 - VİDEO 20.09.2026, 19:07
Zaur İsmayılov: "Birinci penalti mübahisəli idi, ikincidə..." 20.09.2026, 19:00
"Sabah"ın rəqibi "Borussiya" (Dortmund) qələbə qazandı - VİDEO 20.09.2026, 15:13
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
24-08-2026, 15:32
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
AFFA və rəhbərliyi Edmund Klausa barmaq sikələmlədir - YAZI
11-09-2026, 13:10
Deku:
Deku: “Yamal “qızıl top” üçün əla namizəddir”
11-09-2026, 17:01
II Liqada III turun təyinatları açıqlandı
II Liqada III turun təyinatları açıqlandı
11-09-2026, 16:10
Tanınmış futbolçu ölkəsinə qayıtdı -
Tanınmış futbolçu ölkəsinə qayıtdı - Xarici xəbərlər
10-09-2026, 16:10
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır -
“Real”ın 125 milyon avroluq transferi Yan Diomande narazıdır - Xarici xəbərlər
10-09-2026, 14:00
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" 2:2 - VİDEO
10-09-2026, 15:29
AFFA
AFFA "Difai"nin futbolçusunu 1000 manatlıq cərimələdi
10-09-2026, 17:01
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
Federasiya prezidenti milli üzvləri ilə görüşdü
11-09-2026, 15:18
"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - Transfer xəbərləri
10-09-2026, 14:27
Okan Buruk:
Okan Buruk: "Hakim əleyhimizə işləyirdi"
10-09-2026, 18:03
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
“Kəpəz” – “Qəbələ” oyununa 3800 bilet satılıb
11-09-2026, 12:08
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
Braziliyalı futbolçu yenidən “İmişli”yə qayıtdı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb