



Azər Bağırov: "Millidən təklif gəlsə, kim qəbul etməz ki?"
"Oyun gərgin başladı. Bəlkə məğlub da ola bilərdik. Futbolçularımız daha tez ayıldılar. Lazımi qolu lazımi vaxtda vurduq. Şükürlər olsun ki, 3 xal qazandıq".
Futbolmedia.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 10-cu turunda səfərdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
- Hesabın belə olacağını gözləmirdiniz?
- Sığortalı iş görməyi xoşlayıram. Açıq futbol alındı. Bu gün biz daha dəqiq olduq. Biz qol vurandan sonra rəqib irəli atıldı. Bundan sonra istədiyimiz futbolu göstərə bildik.
- Bəyənmədiyiniz məqamlar oldu?
- Əlbəttə. İlk 20 dəqiqədə müdafiədə zəif oynadıq. Bunu aradan qaldırmaq lazımdır.
- Hazırkı heyet avrokuboklar üçün yetərlidir?
- Bu haqda hələ ki, fikirləşmirik. Daha yaxşı "Araz-Naxçıvan" görmək istəyirik. Qışda nələrisə düşünəcəyik. Hələ qarşıda 8 oyunumuz var.
- Tez-tez rotasiyalar etməyinizin səbəbi nədir?
- Rəqibə görə bunları edirik. Futbolçu meydanda olmalıdır. Bizim heyətlə rotasiya qaçılmazdır.
- Hər qələbədən sonra avrokuboklar haqda düşünməyə başlayırsız?
- Yox. Mənim hazırda elə bir iştahım yoxdur. Vaxtımı komandanı oyundan-oyuna hazırlamağa sərf edirəm.
- Artıq Azərbaycanda ən yaxşı gənc məşqçilərdən hesab olunursuz. Bu cür uğuru gözləyirdiniz?
- Hələ heç nə etməmişik. Mən Premyer Liqada çalışmaq üçün U-11-dən yuxarı qalxmışam. Burada debüt etmək üçün çox gözləmişəm.
- Adınız milli komandaya namizəd göstərilir. Buna münasibətiniz necədir?
- Hər əsgərin fikri general olmaqdır. Əlbəttə ki, bizim də düşüncəmiz yuxarılarda işləməkdir. Bir məşqçi kimi mənim də hədəflərim var. Zamanı gələndə niyə də olmasın? Bu, zamana bağlı məsələdir.
- Azər Bağırova millidə işləmək üçün nə qədər vaxt lazımdır?
- Bunu funksionerlər yaxşı bilər. Hər zaman milli komandalarda çalışmaq istəmişəm. Hər hansı səbəbdən alınmayıb. Biz balaca adamlarıq. İşimiz komandanı oyunlara hazırlamaqdır.
- Bu gün millidən təklif gəlsə, qəbul edərsiz?
Azərbaycan Premyer Liqası























