FutbolMedia.Az
  • 11:31 Bazar ertəsi
    2 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Azər Məmmədov:

Azər Məmmədov: “Komandada hələ ki, stabillik çatışmır”

Misli Premyer Liqasının IV turunda keçirilən “Kəpəz” - “Şamaxı” (1:4) matçından sonra meydan sahiblərinin baş məşqçisi Azər Məmmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolmedia.az xəbər verir ki, ilk növbədə mütəxəssis ağır məğlubiyyəti şərh etdi:

- Möhtəşəm azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Məğlub olmağımıza baxmayaraq, sonadək bizi dəstəklədilər. Komandamız adından nəticəyə görə üzr istəyirəm, amma bu, futboldur. Qələbə də olur, məğlubiyyət də. Çempionat yeni başlayıb. Səhvlərimiz üzərində işləməli, daha da böyüməliyik. Etiraf edim ki, komanda yenidir və hələ ki, stabillik çatışmır. Başlanğıcda pis deyildik, lakin öz səhvlərimizdən buraxılan iki qoldan sonra komandanı toparlamaq çətin oldu. Birinci hissə “Şamaxı”nın üstünlüyü ilə keçdi. İkinci taymda istədiyimiz oyunu müəyyən qədər göstərə bildik, qol da vurduq. Həmin vaxt hesabın fərqini azalda bilərdik, lakin rəqibdən çıxan topun aut verilməsindən sonra qapımızda üçüncü qolu gördük. Bu, matçın dönüş nöqtəsi oldu və oyunçuları yenidən ayağa qaldırmaq çətinləşdi.

- Məğlubiyyətdə ötən həftə qazanılan qələbənin yaratdığı eyforiya rol oynadı, yoxsa rəqibə düzgün qiymət verilməmişdi?

- Eyforiyada olduğumuzu düşünmürəm, çünki bu məsələ ilə bağlı hər gün futbolçularla ünsiyyətdə olurdum. Sadəcə, birinci hissədə oyunumuz alınmadı. Böyükhesablı məğlubiyyət ağırdır, amma oyunçular da uduzmaq istəmirdilər.

- Start heyətində dəyişiklik edərək Rafael Məhərrəmliyə şans verdiniz, lakin fasilədə onu Urfan Abbasovla əvəzlədiniz. Bu qərar nədən qaynaqlanırdı?

- Tamamilə taktiki bir dəyişiklik etdik. Rafaelin sürəti və cəldliyindən istifadə edərək evdə oynadığımız üçün matça birinci nömrə kimi başlamaq istəyirdik, lakin ilk hissədə hər şey istədiyimiz kimi alınmadığı üçün fasilədə belə bir dəyişikliyi etməli olduq.

- “Kəpəz”in ev oyunlarını ardıcıl keçirməsi və növbəti matçların da doğma meydanda olacağı təşviş yaratmır?

- Tamamilə haqlısınız, rəqiblər bizim səviyyəmizə yaxın komandalardır. Oyunçuların belə bir nəticədən sonra psixoloji cəhətdən tez bərpa olunması üçün onlarla söhbətlər aparmalıyam. Futbolda qələbə də, məğlubiyyət də normaldır. İnanıram ki, qarşıdakı matçda tamamilə fərqli “Kəpəz” görəcəyik.

- Komandanın yenə çox sarı vərəqə almasının səbəbi nədir?

- Futbol təmas oyunudur və sürətlənən oyunda kartlar qaçılmazdır. Əlbəttə, sarı vərəqələr gələcəkdə futbolçuların cəzalanması baxımından bizim üçün itki ola bilər, amma mən buna ümumilikdə normal baxıram.

5-09-2026, 07:42
16492
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
16-05-2026, 19:50
Kurban Berdiyev:
Kurban Berdiyev: "Hakim qərarlarından qaynaqlanırdı"
13-03-2026, 21:00
Füzuli Məmmədov:
Füzuli Məmmədov: "Araz-Naxçıvan" kimi komandaya 2-3 qol vurmaq çətindir"
2-11-2025, 20:43
Elmar Baxşıyev:
Elmar Baxşıyev: "Çempionat hamı üçün ağırdır"
4-05-2025, 22:25
Azər Bağırov:
Azər Bağırov: "Bu nəticə "Kəpəz" üçün çoxdur"
3-05-2025, 22:07
Vasili Berezutski:
Vasili Berezutski: "Rəqibə daha çox təzyiq edirdik"
23-03-2025, 00:21
Santuş:
Santuş: “Sanki uduzmağa çıxmışdılar, qələbə qazanmağa yox”
26-10-2024, 21:33
Şahin Diniyev:
Şahin Diniyev: "Güclənməyən yeganə komanda bizik"
28-10-2023, 22:06
Azər Məmmədov:
Azər Məmmədov: "Hakimin qərarı məğlubiyyətimizə təsir edə bilər"
8-10-2023, 19:34
Azər Məmmədov:
Azər Məmmədov: "İstədiyimiz 11-liyi hələ meydana buraxa bilməmişik"
3-09-2023, 20:00
Azər Bağırov:
Azər Bağırov: "Buraxdığımız qol bizim üçün siqnal olmalıdır"
10-09-2022, 21:23
Regekampf:
Regekampf: "İlk yarıda komandam yaşlı insanlar kimi futbol oynadı"
7-08-2022, 20:19
"Şamaxı"nın baş məşqçisi: "İndi nəticə barədə düşünmürük"
  Xəbər Lenti
"Kasımpaşa" - "Beşiktaş" 2:2 - VİDEO 2.11.2026, 11:27
Mİllimizin üzvü Zamiq Əliyev oynadı, komandası qələbə qazandı - Albaniya Superliqası 2.11.2026, 11:05
"Liverpul" - "Arsenal" 0:1 - VİDEO 2.11.2026, 10:06
“Mançester Yunayted” təklif göndərdi, Fermin Lopes rədd etdi - Transfer xəbərləri 2.11.2026, 09:14
Dambrauskasa "Fənərbaxça”dan təklif olduğu doğrudur? 2.11.2026, 08:03
"İmişli" - "Kəpəz" VİDEO 1.11.2026, 21:28
Azər Məmmədov: “Ardıcıl oyunlarda qol vurmağımız sevindiricidir” 1.11.2026, 21:00
"İmişli"nin baş məşqçisi: “Rəqibin bizdən üstün oynadığını deməzdim” 1.11.2026, 20:10
“Şamaxı” - “Neftçi” 2:3 - VİDEO 1.11.2026, 18:31
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
2-10-2026, 15:23
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
2-10-2026, 16:05
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
6-10-2026, 09:11
"Şamaxı"nın hücumçusu Abdullahi Şaybu: "Düşünürəm ki, bizim üçün asan olmayacaq" (Özəl Açıqlama)
2-10-2026, 17:00
Türkiyə millisində ciddi itki -
Türkiyə millisində ciddi itki - Millətlər Liqası
2-10-2026, 18:07
“Neftçi” və “Spartak” veteranları arasında oyun olacaq -
“Neftçi” və “Spartak” veteranları arasında oyun olacaq -
6-10-2026, 11:28
"İmişli" klubunun kapitanı Azər Salahlı iki həftəlik sıradan çıxdı - Özəl Xəbər
2-10-2026, 19:09
“Barselona” almaniyalı müdafiəçi ilə maraqlanır -
“Barselona” almaniyalı müdafiəçi ilə maraqlanır - Transfer xəbərləri
2-10-2026, 13:12
Danimarka - Portuqaliya 2:4 -
Danimarka - Portuqaliya 2:4 - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb