FutbolMedia.Az
  • 10:43 Şənbə
    31 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Valdas Dambrauskas:

Valdas Dambrauskas: "Tənqid normaldır, amma belə tənqidi qəbul etmirəm"

Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Sabah" "Şəfa"ya 3:0 hesabı ilə qalib gəlib.

Futbolmedia.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablayıb:

“Çempionlar Liqasından sonra belə oyunlara köklənmək çətindir. Amma futbolçularımın yanaşmasından razı qaldım. Yaxşı oynadıq. “Old Trafford”dan sonra bura gəlib oynamaq asan deyil. Bəyənmədiyim məqamlar da oldu. İlk hissədə səhvlərə yol verdik və bundan sonra rəqib qapımıza 5-6 zərbə endirdi. İngiltərədəki oyunda da belə səhvlər etmişdik.

Rotasiyalar etdik. Matça yaxşı və yüksək intensivliklə başladıq. İlk hissədə iki qol vurduq, daha çox da vura bilərdik. “Şəfa”nın da haqqını vermək lazımdır. Onlar yaxşı oynadılar. İkinci hissəyə də yaxşı başladıq və topa daha çox sahib olduq. Ümumilikdə razı qaldım. Bəzi futbolçulara istirahət verdim. Qarşıda “İmişli” ilə oyun var və ona hazırlaşacağıq".

- “Sabah”ın “Mançester Yunayted”ə qarşı müdafiə futbolu oynamayıb açıq futbol nümayiş etdirməsi tənqid olundu. Buna münasibətiniz necədir?

- Futbolda ən asan şey tənqid etməkdir. Hər kəs öz fikrini bildirə bilər. Biz işimizi yaxşı görməyə çalışırıq. Tənqidə sakit yanaşıram və bu, işimizə təsir etmir.

- Xüsusilə Rəhman Daşdəmirov “Mançester Yunayted”lə oyundan sonra tənqid olundu.

- Əvvəllər deyirdilər ki, azərbaycanlı futbolçular niyə oynamır. Bu gün Rəhman Çempionlar Liqasının əsas mərhələsində oynayır. Ona hörmətlə yanaşmaq lazımdır. O, Azərbaycanın ən yaxşı üç futbolçusundan biridir. Tənqid normaldır, amma belə tənqidi qəbul etmirəm. Biz Çempionlar Liqasında oynayan ikinci Azərbaycan klubuyuq. Niyə bizi tənqid edirlər? Mən öz futbolçularımızın qədrini bilməyi məsləhət görərdim. Onlar böyük işlər görürlər. Belə tənqidi qəbul etmirəm və bunu hörmətsizlik kimi qiymətləndirirəm.

- Komanda mövsümə yaxşı başlayıb. Bütün mövsümü bu tempdə davam etdirməyə gücünüz çatacaq?

- Matçdan-matça öz məqsədimizə doğru irəliləyəcəyik. Hazırda bu barədə danışmaq çətindir. Əla komandamız və heyətimiz var. Böyük potensiala sahibik. Bu komanda ilə işlədiyim üçün xoşbəxtəm.

14-09-2026, 22:07
21772
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
14-09-2026, 21:24
Zaur Həşimov:
Zaur Həşimov: "Bu, bizi əlbəttə narahat edir"
5-09-2026, 21:20
Dambrauskas:
Dambrauskas: "Mançester Yunayted”ə qarşı fərqli planımız olacaq"
31-08-2026, 21:45
Dambrauskas:
Dambrauskas: “Avrokubok matçından sonra asan olmayacağını bilirdik”
15-08-2026, 23:23
Valdas Dambrauskas:
Valdas Dambrauskas: “Neqativ məqamları düşünmək lazım deyil”
28-07-2026, 21:44
Valdas Dambrauskas:
Valdas Dambrauskas: "Bu qələbə tarixi nailiyyətdir"
8-05-2026, 22:34
Valdas Dambrauskas:
Valdas Dambrauskas: "Üzülməyə vaxt yoxdur"
19-03-2026, 22:00
Valdas Dambrauskas:
Valdas Dambrauskas: "Futbolu unutmaqlarını istəyirəm"
23-11-2025, 18:24
Valdas Dambrauskas:
Valdas Dambrauskas: “Hücum futbolu oynamağa çalışırıq, amma bəzən alınmır”
25-10-2025, 18:22
Valdas Dambrauskas :
Valdas Dambrauskas : “Bilmirəm, Hakimlər Komitəsinin sədri bu barədə nə deyəcək”
1-09-2025, 08:05
Dambrauskas:
Dambrauskas: "Biz belə nəticəni gözləmirdik"
25-07-2025, 08:09
Valdas Dambrauskas:
Valdas Dambrauskas: "Yaxşı nəticədir, amma iş hələ bitməyib"
1-09-2024, 08:56
Krunoslav Renduliç:
Krunoslav Renduliç: "Qarşıdakı matça belə yanaşsaq, qalib gələ bilməyəcəyik"
  Xəbər Lenti
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı 31.10.2026, 10:15
“Qalatasaray” səfərdə rəqibinə acımadı - Türkiyə Superliqası 31.10.2026, 09:11
"Turan Tovuz" - "Sabah" 3:2 - VİDEO 31.10.2026, 08:10
Dambrauskas: "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" 30.10.2026, 21:28
Kurban Berdıyevdan qələbə şərhi 30.10.2026, 21:20
Azərbaycan çempionu 1/8 finala yüksələ bilər 30.10.2026, 18:07
“Sumqayıt”ın keçmiş hücumçusu Momo Yansanen Hindistan klubunda 30.10.2026, 17:05
“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Arsenal” futbolçusunu satır - 30.10.2026, 16:14
"Napoli" klubuna şok xəbər - Futbolçusu Stanislav Lobotka 60 gün oynaya bilməyəcək 30.10.2026, 15:12
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
2-10-2026, 15:23
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə etdi
2-10-2026, 16:05
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
6-10-2026, 09:11
"Şamaxı"nın hücumçusu Abdullahi Şaybu: "Düşünürəm ki, bizim üçün asan olmayacaq" (Özəl Açıqlama)
2-10-2026, 17:00
Türkiyə millisində ciddi itki -
Türkiyə millisində ciddi itki - Millətlər Liqası
1-10-2026, 14:36
“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər -
“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər - Transfer xəbərləri
1-10-2026, 19:22
Joao Feliks agentindən “Barselona”ya xəbər göndərib -
Joao Feliks agentindən “Barselona”ya xəbər göndərib - Transfer xəbərləri
1-10-2026, 17:27
Maykl Cordana məxsus forma 12,26 milyon dollara satıldı -
Maykl Cordana məxsus forma 12,26 milyon dollara satıldı - Xarici xəbərlər
1-10-2026, 14:05
Şotlandiya (U-21) – Azərbaycan (U-21) 5:2 -
Şotlandiya (U-21) – Azərbaycan (U-21) 5:2 - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb