FutbolMedia.Az
  • 00:27 Çərşənbə
    4 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Ayxan Abbasov:

Ayxan Abbasov: "Mənə elə gəlir ki, VAR-da olanlar başqa oyuna baxıb"

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 10-cu turunda doğma meydanda "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.

Futbolmedia.az saytının məlumatına görə, Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında əvvəlcə matçla bağlı fikirlərini açıqlayıb:

- Bizə də Tovuzda axşam oyun keçirmək qismət oldu. Bu gün hər şey möhtəşəm idi. "Qarabağ"ı burada görmək xoşdur. İddialı olmaq istəyiriksə, bu cür komandalarla oyunda çəkinməməliyik. İkinci hissəyə çox yaxşı başladıq. Təmiz qolumuzu saymadılar. Top göydə olanda hakim fiti çalır. Bu gün VAR sistemi var. Mübahisəli epizodu buraxıb sonra VAR-da incələmək lazımdır. 1 xal bizim üçün önəmli idi. Uduza da bilərdik. Futbolçularıma təşəkkür edirəm. Son 5 dəqiqədə irəli atılıb qol vurdular. Biz klub olmaq istəyirik. Bunun üçün də bir çox maneələr var. Onlarda biri də ot örtüyüdür. Artıq yeni yerimiz var. Orada meydançalar salınandan sonra buranı təbii örtüklü edəcəyik.

- Adətən rəqiblər "Qarabağ"la oyunda müdafiəni düşünür. Siz isə hesab 1:1 olarkən hücum oyunçuları buraxdınız meydana. Qələbə qazana biləcəyinizi hiss edirdiniz?

- Bütün oyunlarda bunu istəyirik. "Qarabağ"la ilk oyunda da müdafiəyə oturmamışdıq. Əlbəttə məğlubiyyətlər olacaq. Komanda belə olur. Bir oyun sistemini qurmaq üçün vaxt lazımdır. Oyundan-oyuna fərq var. Qələbə qazanmaq istəyirdik.

- Bu heç-heçəni qələbəyə bərabər hesab etmək olar?

- Hər xal vacibdir. Uduzmamaq lazımdır. "Neftçi", "Zirə" ilə heç-heçə etsəydik, indi yuxarı pillələrdə ola bilərdik.

- 90-cı dəqiqədə qol buraxdıqdan sonra 1 xalın əldən getdiyini düşündünüz?

- Bizim çəkdiyimiz stress tam başqadır. Amma futbolçuların əzmkarlığı mənə yaxşı siqnal verirdi. Gələcəkdə qələbələr olacaq.

- Hakimin qələbəni əlinizdən aldığını düşünmək olar?

- Hakimə dedim ki, epizoda baxdım. Mənə elə gəlir ki, VAR-da olanlar başqa oyuna baxıb. Faiq Medinaya toxunmadı. VAR-da dedilər ki, rəqibin köynəyini əynindən çıxarıb. Tək bu oyun deyil. "Sumqayıt"la matçda da penaltimizi vermədilər.

- Azarkeşlər Belajdi Pusini meydana buraxmağınız üçün onun adını səsləndirirdilər. Bu, sizi əsəbləşdirmədi?

- Tovuzda bəzi şeylərə öyrəşməliyilk. Pusi meydanda olsaydı, Otto Conun adını səsləndirəcəkdilər. Azarkeş fikridir. Bu, normaldır. Bizim öz planımız var.

20-10-2023, 22:01
13348
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
30-09-2023, 18:42
Ayxan Abbasov:
Ayxan Abbasov: "Təzyiqə tab gətirə bilmirdik"
23-09-2023, 20:23
Ayxan Abbasov:
Ayxan Abbasov: "Bu gün onlar möhtəşəm idilər”
17-09-2023, 19:25
Ayxan Abbasov:
Ayxan Abbasov: "Oyunun qəhrəmanı rəqibin qapıçısı idi"
1-09-2023, 21:39
Ayxan Abbasov:
Ayxan Abbasov: "Klubun daxilində möhtəşəm ab-hava var"
13-08-2023, 20:54
Ayxan Abbasov:
Ayxan Abbasov: "Biz hələ işin başlanğıcındayıq"
4-08-2023, 23:00
Ayxan Abbasov:
Ayxan Abbasov: "Buna görə çətinliyə dözmək olar"
22-05-2023, 21:07
Ayxan Abbasov:
Ayxan Abbasov: "Ona təklifimizi etmişik, cavab gözləyirik"
5-03-2023, 22:06
Ayxan Abbasov:
Ayxan Abbasov: "Belə məğlubiyyətin üzücü olur"
8-10-2022, 21:53
Ayxan Abbasov:
Ayxan Abbasov: "Əzmkarlıq sayəsində xal qazandıq"
16-09-2022, 21:10
Ayxan Abbasov:
Ayxan Abbasov: "Hakimlər sanki qərar verə bilmirlər"
16-04-2022, 22:50
Murad Musayev:
Murad Musayev: "Təmiz qolumuzu əlimizdən aldılar"
26-09-2021, 21:58
Ayxan Abbasov:
Ayxan Abbasov: "Rəqiblərimiz bizdən bir gün çox istirahət edir"
  Xəbər Lenti
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri 3.11.2026, 18:10
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər 3.11.2026, 17:06
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər 3.11.2026, 16:15
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı 3.11.2026, 15:24
Elçin Məsiyevə UEFA-dan təyinat 3.11.2026, 14:22
"Turan" voleybol klubu ÇL-də növbəti oyuna çıxır 3.11.2026, 14:04
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri 3.11.2026, 13:08
"Difai" - "Hypers" 3:1 - VİDEO 3.11.2026, 12:10
"Barselona"nın futbolçusu Qordon: "Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm" 3.11.2026, 11:31
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
6-10-2026, 12:10
"Sabah"ın qapıçısı Amin Ramazanov: "Neftçi" ilə oyunda azarkeşlər gözəl matç izaləyəcək." (Özəl Açıqlama)
6-10-2026, 09:11
"Şamaxı"nın hücumçusu Abdullahi Şaybu: "Düşünürəm ki, bizim üçün asan olmayacaq" (Özəl Açıqlama)
6-10-2026, 11:28
"İmişli" klubunun kapitanı Azər Salahlı iki həftəlik sıradan çıxdı - Özəl Xəbər
2-11-2026, 18:08
Azərbaycanlı FIFA referisi  “Vilyarreal” – PSJ matçını idarə edəcək
Azərbaycanlı FIFA referisi “Vilyarreal” – PSJ matçını idarə edəcək
22-10-2026, 09:13
"Şahdağ Qusar" - "Səbail" 1:0 - VİDEO
22-10-2026, 18:09
Yamal “qızıl top” üçün şəxsi təyyarə sifariş verib
Yamal “qızıl top” üçün şəxsi təyyarə sifariş verib
22-10-2026, 10:11
"Arsenal"ın əsas üzvü Saka "Bavariya" ilə oyunda zədələndi - Xarici xəbərlər
2-11-2026, 14:29
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
22-10-2026, 14:32
Rövşən Nəcəf:
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
2-11-2026, 15:21
Harri Keyn:
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb