FutbolMedia.Az
  • 18:37 Bazar ertəsi
    12 Oktyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: “İlk oyundan bizim üçün böyük siqnal oldu”

Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Qarabağ" "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib.

Futbolmedia.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra matç barədə fikirlərini bölüşüb:

"İlk oyunumuz idi. Əvvəlcə bütün komandalarımıza, hər bir futbolçumuza və məşqçimizə uğurlar arzulayıram. İnanıram ki, bu çempionat daha aktiv və maraqlı keçəcək.

Oyuna gəldikdə, gördüyünüz kimi, gərgin qarşılaşma oldu. Yeni rəqib idi və onları o qədər yaxından tanımırdıq. Həm məşqçi heyətində, həm də futbolçuların tərkibində xeyli dəyişikliklər olmuşdu. Bu baxımdan çox vacib qələbə qazandıq.

Futbolçularımız bir qədər yoruldular. Buna baxmayaraq ikinci hissədə daha yaxşı xarakter göstərdilər və sonda qələbə əldə edə bildik. Məncə, bütün oyunlar belə gərgin keçəcək. İlk qarşılaşmadan bizim üçün böyük bir siqnal oldu ki, bütün oyunlara çox ciddi yanaşmalıyıq".

- Renaldo Sefasın son durumu necədir?

- Renaldo Sefas ikinci hissədə bir qədər zədələndi. Əzələsində gərginlik oldu. Sonda onu meydanda saxlamaq üçün risk etmədik. Dəyişikliklər də bitmişdi. Yəqin ki, sabah klub tərəfindən tam məlumat veriləcək.

- Samuel Lobatonun oyununu necə qiymətləndirirsiniz?

- Yaxşı oynadı. Əslində, uzun müddətdir ki, meydana çıxmırdı. Aktiv oynadı, çox fəal idi. Sadəcə, bir qədər oyun təcrübəsinə ehtiyacı var. Həmçinin heyətdə müəyyən dəyişikliklər olmuşdu. Amma ümumilikdə onun aktivliyi, meydanda topla davranışı və hərəkətləri komandamız üçün lazım olan formada idi. İnanıram ki, qarşıdakı oyunlarda yavaş-yavaş daha yaxşı formasını bərpa edəcək.

- Bəhlul Mustafazadənin hazırlıq durumu necədir? Onu qarşıdakı “Tvente” ilə oyunlarda görə bilərikmi?

- Gördüyünüz kimi, yavaş-yavaş oynamaq lazımdır. O, daha çox fərdi qaydada məşq edirdi, komandaya da qoşulub. Ümumiyyətlə, gedişat pis deyil. Amma bildiyiniz kimi, bir neçə aydır oyun təcrübəsi yoxdur. Ona görə də tələsmədən, yavaş-yavaş onu gücləndirməliyik. Belə davam etsə, qarşıdakı müddətdə öz optimal formasını bərpa edəcək.

17-08-2026, 21:34
20720
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
15-08-2026, 21:20
Cavid Hüseynov:
Cavid Hüseynov: "Bizi çox çətin oyunlar gözləyir"
13-08-2026, 23:03
Qurban Qurbanov:
Qurban Qurbanov: "İki Azərbaycan komandası olsa, daha maraqlı olar"
17-07-2026, 09:15
Qurban Qurbanov:
Qurban Qurbanov: "SSKA ilə oyuna daha yaxşı hazırlaşmalıyıq"
15-07-2026, 22:00
Qurban Qurbanov:
Qurban Qurbanov: "Heyətdə dəyişikliklər ola bilər"
8-03-2026, 22:55
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionat heç də asan keçmir"
21-09-2025, 19:40
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçular daha rahat oynayırdılar"
1-12-2024, 21:54
Qurban Qurbanov:
Qurban Qurbanov: "Psixoloji yorğunluğu aradan qaldırmaq çətindir"
20-08-2023, 22:40
Adrian Mutu:
Adrian Mutu: "Xarakter göstərməyi bacardıq"
20-08-2023, 21:16
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox əziyyət çəkdik"
25-01-2023, 16:27
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox möhkəm komandaya qarşı oynadıq"
16-10-2022, 20:07
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionat gərgin keçir"
2-08-2022, 11:52
Tərlan Quliyev:
Tərlan Quliyev: "Qəbələ" ilə oyun gərgin keçəcək"
  Xəbər Lenti
“Real” klubu “Mançester Yunayted”in hücumçusuna göz qoydu - Transfer xəbərləri 12.10.2026, 18:03
“Barselona”nın müdafiəçisi Jül Kunde “Bayern”in transfer siyahısında - Transfer xəbərləri 12.10.2026, 17:31
"Milan"da Matteo Qabbiya şoku - Xarici xəbərlər 12.10.2026, 17:00
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirdi 12.10.2026, 16:07
"Slaviya"nın futbolçusu: "Sabah"ı məğlub etmək üçün yaxşı şansımız var" 12.10.2026, 15:26
“Qalatasaray”ın ulduzu Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır" 12.10.2026, 14:25
“Real” Martin Zubimendini transfer etmək istəyir - Transfer xəbərləri 12.10.2026, 14:05
“Real”da baş məşqçi Joze Mourinyo fasilədən narazıdı - Xarici xəbərlər 12.10.2026, 13:11
Gürcüstanlı futbolçu İtaliya klublarının diqqətində - Transfer xəbərləri 12.10.2026, 12:09
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 57
2 Neftçi 27 56
3 Zirə 27 38
4 Sumqayıt 27 36
5 Sabah 27 26
6 Qəbələ 27 26
7 Səbail 27 24
8 Keşlə 27 23
Ətraflı
22-09-2026, 20:30
“Real”da  Federiko Valverde şoku -
“Real”da Federiko Valverde şoku - Bir ay oynamayacaq
22-09-2026, 21:18
Türkiyə millisinin üzvü Orkun Kökçü
Türkiyə millisinin üzvü Orkun Kökçü "Real"ın transfer siyahısında - Transfer xəbərləri
28-09-2026, 16:05
Mahir Emreli:
Mahir Emreli: "Başımızı aşağı salmadıq"
28-09-2026, 14:34
"Sumqayıt"ın futbolçusu Emil Mustafayev: "Bizə mütləq qələbə lazımdır" (Özəl Açıqlama)
2-10-2026, 14:03
Günün oyunları –
Günün oyunları – TV
28-09-2026, 15:03
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
Əliyar Ağayev bu gün Millətlər Liqasının oyununu idarə edəcək
28-09-2026, 18:15
"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçir - Transfer xəbərləri
5-10-2026, 15:00
"Kəpəz"in kapitanı Urfan Abbasov: "Araz Naxçıvan" hazırda qələbəyə çox ac komandadır" (Özəl Açıqlama)
28-09-2026, 19:21
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir -
“Mançester Yunayted” İspaniya millisinin üzvü Niko Uilyamsı transfer edir - Transfer xəbərləri
28-09-2026, 17:08
“Parma” klubu baş məşqçisi Alberto Cilardino -
“Parma” klubu baş məşqçisi Alberto Cilardino - Xarici xəbərlər
28-09-2026, 21:12
Azərbaycan cüdoçularıdan 5 medal
Azərbaycan cüdoçularıdan 5 medal
6-10-2026, 13:16
"Zirə"nin futbolçusu İsmayıl İbrahimli: "Ümumiyyətlə, biz orda məğlub olmamalı idik" (Özəl Açıqlama)
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Neftçi-2 27 64
2 Zaqatala 27 56
3 Turan-Tovuz 27 51
4 Sabah-2 27 45
5 Qarabağ-2 27 34
6 Keşlə-2 27 31
7 Qaradağ Lökbatan 27 29
8 Kəpəz 27 28
9 Sumqayıt-2 27 22
10 MOİK 27 20
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb