FutbolMedia.Az
  • 06:20 Çərşənbə axşamı
    24 Noyabr 2026
logo
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

  • Haqqımızda
logo
Qurban Qurbanov:

Qurban Qurbanov: "Çox əziyyət çəkdik"

"Çox gərgin oyun oldu, vacib üç xal qazandıq. Çox açıqlama vermək istəmirəm. Elə indi futbolçularıma bildirdim ki, qrafikimiz elədir ki, bundan da gərgin oyunlara çıxa bilərik. Çünki futbolçuların hazırlığında bir az qeyri-stabillik var. Bu da başadüşüləndir".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 3-cü turunda bu gün "Araz-Naxçıvan"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 2:1 hesablı qələbəni belə şərh edib: "Bir qrup oyunçular avrokuboklarda, digərləri çempionatda oynayır, bəziləri zədəlidir. Buna baxmayaraq, bəzən belə hallarda futbolçularımın xarakterini görürəm. Onların daha da böyümələrini görürəm. Düşünürəm ki, bu sıx qrafik, gərgin oyunların bizə faydası var. Qalib olmasaq belə. Çox əziyyət çəkdik. Futbolçuları təbrik edirəm, azarkeşlərə təşəkkür edirəm. Azər müəllimə, "Araz-Naxçıvan"a uğurlar arzulayıram".

Q.Qurbanov rusiyalı qapıçı Andrey Lunyovun transferi ilə bağlı da danışıb: "Lunyovla xeyli vaxt idi ki, danışıqlar gedirdi. Sadəcə son 7-8 ayda oyun təcrübəsi çatmır. Dünən ilk məşqimiz oldu. Hazırlığı tam yaxşı səviyyədə deyil. Kimin əsas qapıçı olması özlərindən asılı olacaq. Ona ümidlərimiz böyükdür. Karyerası haqda açıqlama verməyə ehtiyac yoxdur. Yaxşı klublarda, yaxşı liqalarda oynayıb. Qarşıdakı günlərdə hər şey bəlli olacaq. Onu əvvəldən istəyirdik. Bir neçə gün vaxtımız var. Oyunqabağı məşqimiz oldu. Sabah və birigün məşqimiz olacaq. Məşqlərdə baxacağıq. Oyun təcrübəsi son vaxtlar olmasa da, təcrübəsi ona kömək edə bilər. Hazırlığı mənim üçün vacib olacaq. Qapıçı məşqçiləri ilə danışacağıq. Get-gedə qarşıdakı oyunlarda öz idman formasını geri qaytarsa, istifadə edəcəyik".

Q.Qurbanov çox güc sərf etdikləri bugünkü matçın "Olimpiya" ilə oyunqabağı səmərəli hazırlıq olduğunu bildirib: "Faydası olacaq. Sona kimi mübarizə aparmaq, sona qədər açıq oynamaq, sonda qol vurmaq oyunçulara inam verir. Təki faydası çox olsun. Hər bir halda, iki gün əvvəl qayıtmışıq Bakıya. Beş saatdan çox havada olmuşuq. Oyundan sonra istirahət etmək heç də asan deyil. Bu gün də 6-da oyun oldu. Üç sutka keçməyib HİK-lə matçdan. Bizim borcumuzdur oynamaq. Çalışırıq ki, işimizə məsuliyyətlə yanaşaq. Rotasiyaları, əlimizdəki heyəti gördünüz. Kevin Medinanın ağrıları var idi, risk etmədik. Bədavi Hüseynovun da ağrıları oldu. Bu hallar mənə də, komandaya da böyük təcrübə verir".

Baş məşqçi beş il əvvəl "Olimpiya" ilə oynamaları ilə bağlı isə deyib: "Onda heç də asan olmamışdı. İndiki "Olimpiya" tam fərqlidir. Sxem dəyişib, fərqli futbola üstünlük verirlər. Baş məşqçiləri də portuqaldır, xeyli sayda legioner Portuqaliyadandır. Portuqaliya və İspaniya futboluna dah yaxın sistemdə oynayırlar. Əvvəlki ilə indikinin çox fərqi var. İnanıram ki, iki oyun maraqlı olacaq".

20-08-2023, 21:16
17746
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
13-08-2023, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Ola bilər ki, HİK bizimlə oyunda sürpriz etsin, riskə getsin"
10-08-2023, 22:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bir az üstünlüyümüz var"
8-05-2023, 22:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "İmkan olsa, özüm də oynamaq istəyərəm"
16-04-2023, 21:30
Qurban Qurbanov:
Qurban Qurbanov: "Bu məğlubiyyətin faydalı olacağını düşünürəm"
9-04-2023, 21:45
Qurban Qurbanov:
Qurban Qurbanov: "İstəyərdim ki, məğlubiyyətsiz çempion olaq"
19-02-2023, 20:25
Qurban Qurbanov:
Qurban Qurbanov: "İngiltərədə özümün yox, Qarabağ"ın adının çəkilməsinə görə şadam"
25-01-2023, 16:27
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çox möhkəm komandaya qarşı oynadıq"
2-12-2022, 23:10
Qurban Qurbanov:
Qurban Qurbanov: "Futbolçularımı tanıyıram və hər şeyi başa düşürəm”
28-11-2022, 22:04
Qurban Qurbanov:
Qurban Qurbanov: "Görünür, futbolçular lap yaxşı istirahət ediblər"
16-10-2022, 20:07
Qurban Qurbanov:
Qurban Qurbanov: "Çempionat gərgin keçir"
7-02-2022, 21:55
Qurban Qurbanov:
Qurban Qurbanov: "Hakimlərə əsəbi deyildim"
20-09-2021, 21:52
Qurban Qurbanov:
Qurban Qurbanov: "Şeydayev qarşıda daha yaxşı olacaq"
  Xəbər Lenti
Dambrauskasla Hans Flikin mətbuat konfranslarının vaxtı bilindi 23.11.2026, 18:15
Yamal “Sabah”la matçı buraxacaq 23.11.2026, 17:28
"Sumqayıt" yaponiyalı futbolçu ilə yollarını ayırdı 23.11.2026, 17:00
Kamal Umudlu "Dinamo" - "Benfika" matçını idarə edəcək 23.11.2026, 16:02
“Rakuv”un baş məşqçisi Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən danışdı 23.11.2026, 15:18
Bəhlul Mustafazadə: "Mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik" 23.11.2026, 14:33
"Neftçi"nin futbolçusu: “Hədəfimiz qış çempionu olmaqdır” 23.11.2026, 14:07
"Sabah"la matçda "Barselona"ya kömək edə bilməyəcək 23.11.2026, 13:15
Qurban Qurbanov karyerasında 900-cü oyuna çıxdı 23.11.2026, 12:40
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
Ətraflı
3-11-2026, 13:08
Argentinalı müdafiəçi
Argentinalı müdafiəçi "Barselona"ya keçə bilər - Transfer xəbərləri
3-11-2026, 14:22
Elçin Məsiyevə UEFA-dan təyinat
Elçin Məsiyevə UEFA-dan təyinat
3-11-2026, 12:10
"Difai" - "Hypers" 3:1 - VİDEO
3-11-2026, 16:15
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı -
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı - Xarici xəbərlər
3-11-2026, 17:06
İngiltərə klubu baş məşqçisini qovdu -
İngiltərə klubu baş məşqçisini qovdu - Xarici xəbərlər
3-11-2026, 15:24
Azərbaycanın FİFA referisi Əliyar Ağayev
Azərbaycanın FİFA referisi Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
3-11-2026, 18:10
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi -
“Liverpul” “Real”ın futbolçusu Federiko Valverde üçün üçün 100 milyon təklif etdi - Transfer xəbərləri
4-11-2026, 09:11
"Sabah"ın futbolçusu: "Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidirlər"
4-11-2026, 08:09
Dambrauskas:
Dambrauskas: “Hər bir futbolçu bizim yerimizdə olmaq istəyərdi”
4-11-2026, 10:13
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq -
“Liverpul” bu axşam “Fənərbaxça” ilə oyuna itki ilə çıxacaq - Xarici xəbərlər
4-11-2026, 11:04
Emre Belözoğlu
Emre Belözoğlu "Fənərbaxça"da - Rəsmi
4-11-2026, 14:05
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı -
Rəhim Həsənov FİFA referisinin səhv qərar verdiyini açıqladı - VİDEO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
Ətraflı
Ətraflı
REKLAM
Məlumatdan istifadə etdikdə istinad mütləqdir
© 2013 - 2021 Futbolmedia.Az BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb